| 
								 
								 Mayın 
								13-də Bakıdakı  70 nömrəli məktəb-liseydə 
								ümummilli lider Heydər Əliyevin anadan olmasının 
								88-ci ildönümünə  həsr olunmuş "dəyirmi masa" 
								keçirildi. 
								
								Əvvəlcə şagirdlərin  ifasında  Azərbaycanın 
								Dövlət himni səsləndirildi və ümummilli lider 
								Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla 
								yad edildi.  Bayraq meydanının kiçik təsviri 
								əhatəsində təşkil olunmuş "dəyirmi masa"da  
								məktəb-liseyin direktoru Nazim Qasımov  
								qonaqları salamlayaraq,  dahi şəxsiyyət Heydər 
								Əliyevin həyat və fəaliyyəti haqqında  ətraflı 
								məlumat verdi.  
								
								Şagirdlər ümummilli liderə həsr olunmuş 
								şeirlərdən parçalar söylədilər, mahnılar ifa 
								etdilər.  
								
								Sonra ulu öndər Heydər Əliyevin həyatından bəhs 
								edən  film nümayiş olundu.   
								
								Tədbirdə məktəb-liseyin müəllimlərinin müxtəlif 
								siniflərdə apardıqları "açıq dərs"lər  
								dinlənildi. Dərslər başa çatdıqdan sonra onların 
								müzakirəsi aparıldı.  Qonaqlar dərslərin  
								gedişindən,  şagirdlərin bilik səviyyəsinin 
								yüksək olmasından razı qaldıqlarını  bildirdilər.  
								  
								
								
								
								Rəşad  ZİYADOV  |