| 
								 
								Ümumi orta təhsil pilləsində məzmun xətləri üzrə 
								təlim nəticələri  
								
								1. Musiqi aləmi 
								
								Şagird: 
								
								- Azərbaycan və dünya musiqi mədəniyyətinin 
								görkəmli nümayəndələri və onların geniş yayılmış 
								əsərləri haqqında təqdimatlar edir;  
								
								- dinlədiyi Azərbaycan musiqi folklor 
								nümunələrinə, muğamlara, aşıq havalarına 
								münasibət bildirir, onların xarakterik  
								xüsusiyyətlərini şərh edir, muğamların tərkib 
								hissələrini bildiyini nümayiş etdirir. 
								
								2. Emosional dəyərləndirmə 
								
								Şagird: 
								
								- musiqi əsərlərini melodik, ritmik və poetik 
								xüsusiyyətlərinə görə təhlil edir; 
								
								- musiqi əsərlərini hissi-emosional cəhətdən 
								dərk etdiyini nümayiş etdirir; 
								
								- dinlədiyi musiqi əsərləri əsasında yaranmış 
								təəssüratlarını yazılı və şifahi ifadə edir. 
								
								3. Musiqi fəaliyyəti  
								
								Şagird: 
								
								- ümumi qaydalara riayət etməklə bir və ikisəsli 
								mahnıları notla və mahnının sözləri ilə fərdi, 
								qrup və xor şəklində oxuyur; 
								
								- müxtəlif  xarakterli melodiyalara ikinci səsi 
								qoşur.  
								
								Siniflər üzrə məzmun standartları  
								
								
								
								V SİNİF 
								
								 V 
								sinfin sonunda şagird: 
								
								* 
								Azərbaycan və dünya musiqi mədəniyyətinin 
								görkəmli nümayəndələri (Üzeyir bəy Hacıbəyli, 
								Qara Qarayev, Fikrət Əmirov, Nazim Əliverdibəyov, 
								Əfsər Cavanşirov, Volfhanq Amadey Motsart, 
								Mixail İvanoviç Qlinka, Lüdviq Van Bethoven, 
								Pyotr İliç Çaykovski) və onların əsərləri 
								haqqında biliklərini izah edir;  
								
								* 
								Azərbaycan musiqi folklor nümunələrinin (mahnı, 
								rəqs) və əsas muğamların xüsusiyyətlərini izah 
								edir; 
								
								* 
								xalq mahnı və rəqslərini melodik, ritmik və 
								poetik xüsusiyyətlərinə görə təhlil edir; 
								
								* 
								musiqinin emosional məzmununu öz hərəkətləri ilə 
								büruzə verir; 
								
								* 
								muğam ifaçılarında alətlərin emosional hisslərə 
								təsirini dəyərləndirir, dinlədiyi muğam 
								parçaları haqqında təəssüratlarını ifadə edir; 
								
								* 
								mahnının melodiyasını birsəsli (unison) notla və 
								sözlərlə oxuyur; 
								
								* 
								fərdi və kollektiv şəkildə birsəsli (unison) 
								oxuyur.  
								
								Məzmun xətləri üzrə əsas və alt-standartlar 
								
								1. Musiqi aləmi 
								
								Şagird: 
								
								1.1.         Azərbaycan və dünya musiqi 
								mədəniyyətinin görkəmli nümayəndələri və onların 
								geniş yayılmış əsərləri haqqında bilik və 
								bacarıqlar nümayiş etdirir. 
								
								1.1.1.     Azərbaycan və dünya musiqi 
								mədəniyyətinin görkəmli nümayəndələri Üzeyir bəy 
								Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Nazim 
								Əliverdibəyov, Əfsər Cavanşirov, Volfhanq Amadey 
								Motsart, Mixail İvanoviç Qlinka, Lüdviq Van 
								Bethoven, Pyotr İliç Çaykovski) və onların 
								əsərləri haqqında biliklərini izah edir. 
								
								1.2. Azərbaycan musiqi folklor nümunələri, muğam 
								və aşıq havalarına dair bilik və bacarıqlar 
								nümayiş etdirir. 
								
								1.2.1. Azərbaycan musiqi folklor nümunələrinin (mahnı, 
								rəqs) xüsusiyyətlərini izah edir;  
								
								1.2.2. Azərbaycanın əsas muğamlarının 
								xüsusiyyətlərini izah edir.  
								
								2. Emosional dəyərləndirmə 
								
								Şagird: 
								
								2.1. Musiqi əsərlərini melodik, ritmik və poetik 
								xüsusiyyətlərinə görə təhlil edir. 
								
								2.1.1. Xalq mahnı və rəqslərini melodik, ritmik 
								və poetik xüsusiyyətlərinə görə təhlil edir. 
								
								2.2. Musiqi əsərlərini hissi-emosional cəhətdən 
								dərk etdiyini nümayiş etdirir. 
								
								2.2.1. Musiqinin emosional məzmununu öz 
								hərəkətləri ilə büruzə verir. 
								
								2.2.2. Muğam ifaçılığında alətlərin emosional 
								hisslərə təsirini dəyərləndirir. 
								
								2.3. Dinlədiyi musiqi əsəri əsasında yaranan 
								təəssüratlarını yazılı və şifahi ifadə edir. 
								
								2.3.1. Dinlədiyi muğam parçaları haqqında 
								təəssüratlarını ifadə edir. 
								
								3. Musiqi fəaliyyəti 
								
								Şagird: 
								
								3.1. Mahnının melodiyasını notla və sözləri ilə 
								oxuyur. 
								
								3.1.1. Mahnı melodiyasını birsəsli (unison) not 
								və sözləri ilə oxuyur. 
								
								3.2. Fərdi, qrup və kollektiv ifaçılıq bacarığı 
								nümayiş etdirir. 
								
								3.2.1. Fərdi və kollektiv şəkildə birsəsli 
								(unison) oxuyur.  
								
								
								
								VI SİNİF  
								
								VI sinfin sonunda şagird: 
								
								* 
								Azərbaycan və dünya musiqi mədəniyyətinin 
								görkəmli nümayəndələri (Üzeyir bəy Hacıbəyli, 
								Müslüm Maqomayev, Vasif Adıgözəlov, Tofiq 
								Quliyev, Soltan Hacıbəyov, İohan Sebastyan Bax, 
								Frans Şubert, Sergey Raxmaninov, Rimski 
								Korsakov) və onların əsərləri haqqında 
								biliklərini izah edir; 
								
								* 
								Azərbaycan bəstəkarlarının xalq mahnı və rəqs 
								işləmələrinin xüsusiyyətlərini şərh edir. Onları 
								melodik, ritmik və poetik xüsusiyyətlərinə görə 
								təhlil edir; 
								
								* 
								Azərbaycan bəstəkarlarının əsərlərində 
								muğamlardan istifadəyə dair kiçik təqdimatlar 
								edir; 
								
								* 
								musiqi ifadə vasitələri ilə yaranan obrazlara 
								münasibət bildirir, ansambllarla ifa olunan 
								əsərlər haqqında təəssüratlarını ifadə edir; 
								
								* 
								aşıq ifaçılığında sazın emosional hisslərə 
								təsirini dəyərləndirir;  
								
								* 
								mahnının melodiyasını birsəsli (unison) və 
								ikisəsli oxuyur; 
								
								* 
								fərdi, qrup (trio, kvartet) və kollektiv şəkildə 
								birsəsli oxuyur.    
								
								Məzmun xətləri üzrə əsas və alt-standartlar 
								
								1. Musiqi aləmi 
								
								Şagird: 
								
								1.1. Azərbaycan və dünya musiqi mədəniyyətinin 
								görkəmli nümayəndələri və onların geniş yayılmış 
								əsərləri haqqında bilik və bacarıqlar nümayiş 
								etdirir. 
								
								1.1.1. Azərbaycan və dünya musiqi  
								mədəniyyətinin görkəmli nümayəndələri (Üzeyir 
								bəy Hacıbəyli, Müslüm Maqomayev, Vasif 
								Adıgözəlov, Tofiq Quliyev, Soltan Hacıbəyov, 
								İohan Sebastyan Bax, Frans Şubert, Sergey 
								Raxmaninov, Rimski Korsakov) və onların əsərləri 
								haqqında biliklərini izah edir.  
								
								1.2. Azərbaycan musiqi folklor nümunələri, muğam 
								və aşıq havalarına dair bilik və bacarıqlar 
								nümayiş etdirir. 
								
								1.2.1. Azərbaycan bəstəkarlarının xalq mahnı və 
								rəqs işləmələrinin xüsusiyyətlərini şərh edir. 
								
								1.2.2. Azərbaycan bəstəkarlarının əsərlərində 
								muğamlardan istifadəyə dair kiçik təqdimatlar 
								edir. 
								
								2. Emosional dəyərləndirmə 
								
								2.1. Musiqi əsərlərini melodik, ritmik və poetik 
								xüsusiyyətlərinə görə təhlil edir. 
								
								2.1.1. Azərbaycan bəstəkarlarının xalq mahnı və 
								rəqs işləmələrini melodik, ritmik və poetik 
								xüsusiyyətlərinə görə təhlil edir. 
								
								2.2. Musiqi əsərlərini hissi-emosional cəhətdən 
								dərk etdiyini nümayiş etdirir. 
								
								2.2.1. Musiqi ifadə vasitələri ilə yaranan 
								obrazlara münasibət bildirir. 
								
								2.2.2. Azərbaycan xalq çalğı alətləri 
								ansamblında istifadə olunan alətlərin emosional 
								hisslərə təsirini dəyərləndirir. 
								
								2.3. Dinlədiyi musiqi əsəri əsasında yaranan 
								təəssüratlarını yazılı və şifahi ifadə edir. 
								
								2.3.1. Ansamblda ifa  olunan əsərlər haqqında 
								təəssüratlarını ifadə edir. 
								
								3. Musiqi fəaliyyəti 
								
								Şagird: 
								
								3.1. Mahnının melodiyasını notla və sözləri ilə 
								oxuyur. 
								
								3.1.1. Mahnının melodiyasını bir və ikisəsli 
								oxuyur. 
								
								3.2. Fərdi, qrup və kollektiv ifaçılıq bacarığı 
								nümayiş etdirir. 
								
								3.2.1. Fərdi, qrup (trio, kvartet) və kollektiv 
								şəklində birsəsli (unison) oxuyur.  
								
								
								
								VII SİNİF  
								
								VII sinfin sonunda şagird: 
								
								* 
								Azərbaycan və dünya musiqi mədəniyyətinin 
								görkəmli nümayəndələri (Üzeyir bəy Hacıbəyli, 
								Qara Qarayev, Cövdət Hacıyev, Arif Məlikov, 
								Şəfiqə Axundova, Edvard Qriq, Modest Petroviç 
								Musorqski, Jorj Bize, İohan Ştraus) və onların 
								əsərləri haqqında biliklərini izah edir; 
								 
								
								* 
								Rus bəstəkarlarının əsərlərində istifadə olunmuş 
								Azərbaycan musiqi folkloru nümunələrini, onların 
								melodik, ritmik və poetik xüsusiyyətlərini şərh 
								edir;  
								
								* 
								aşıq musiqisinin əsas xüsusiyyətlərini izah 
								edir, sazın emosional hisslərə təsirini 
								dəyərləndirir və dinlədiyi aşıq havaları 
								haqqında təəssüratlarını ifadə edir; 
								
								* 
								mahnının melodiyasına ikinci səsi qoşur, mahnını 
								ikisəsli kollektiv şəkildə oxuyur.  
								
								Məzmun xətləri üzrə əsas və alt-standartlar 
								
								1. Musiqi aləmi 
								
								Şagird: 
								
								1.1. Azərbaycan və dünya musiqi mədəniyyətinin 
								görkəmli nümayəndələri və onların geniş yayılmış 
								əsərləri haqqında bilik və bacarıqlar nümayiş 
								etdirir. 
								
								1.1.1. Azərbaycan və dünya musiqi  
								mədəniyyətinin görkəmli nümayəndələri (Üzeyir 
								bəy Hacıbəyli, Qara Qarayev, Cövdət Hacıyev, 
								Arif Məlikov, Şəfiqə Axundova, Edvard Qriq, 
								Modest Petroviç Musorqski, Jorj Bize, İohan 
								Ştraus) və onların əsərləri haqqında biliklərini 
								izah edir. 
								
								1.2. Azərbaycan musiqi folklor nümunələri, muğam 
								və aşıq havalarına dair bilik və bacarıqlar 
								nümayiş etdirir. 
								
								1.2.1. Rus bəstəkarlarının əsərlərində istifadə 
								olunmuş Azərbaycan musiqi folkloru nümunələrini 
								şərh edir. 
								
								1.2.2. Aşıq musiqisinin əsas xüsusiyyətlərini 
								izah edir. 
								
								2. Emosional dəyərləndirmə 
								
								Şagird: 
								
								2.1. Musiqi əsərlərini melodik, ritmik və poetik 
								xüsusiyyətlərinə görə təhlil edir. 
								
								2.1.1. Rus bəstəkarlarının əsərlərində istifadə 
								olunmuş Azərbaycan musiqi folkloru nümunələrini 
								melodik, ritmik və poetik xüsusiyyətlərinə görə 
								təhlil edir. 
								
								2.2. Musiqi əsərlərini hissi-emosional cəhətdən 
								dərk etdiyini nümayiş etdirir. 
								
								2.2.1. Bəstəkarın ritm, temp və dinamik 
								nüanslardan müxtəlif variantlarda istifadə 
								etməklə yaratdığı obrazlara münasibət bildirir. 
								
								2.2.2. Aşıq ifaçılığında sazın emosional 
								hisslərə təsirini dəyərləndirir. 
								
								2.3. Dinlədiyi musiqi əsəri əsasında yaranan 
								təəssüratlarını yazılı və şifahi ifadə edir. 
								
								2.3.1. Dinlədiyi aşıq havaları haqqında 
								təəssüratlarını ifadə edir. 
								
								3. Musiqi fəaliyyəti 
								
								Şagird: 
								
								3.1. Mahnının melodiyasını notla və sözləri ilə 
								oxuyur. 
								
								3.1.1. Mahnının melodiyasına ikinci səsi qoşur. 
								
								3.2. Fərdi, qrup və kollektiv ifaçılıq bacarığı 
								nümayiş etdirir. 
								
								3.2.1. Mahnını ikisəsli kollektiv şəkildə 
								oxuyur.  
								
								
								
								VIII SİNİF  
								
								VIII sinfin sonunda şagird: 
								
								* 
								Azərbaycan və dünya musiqi mədəniyyətinin 
								görkəmli nümayəndələri (Üzeyir bəy Hacıbəyli, 
								Niyazi Tağızadə-Hacıbəyov, Cahangir Cahangirov, 
								Cüzeppe Verdi, Dmitri Dmitriyeviç Şostakoviç, 
								İohan Ştraus, Friderik Şopen) və onların 
								əsərləri haqqında biliklərini izah edir; 
								 
								
								* 
								Qərbi Avropa bəstəkarlarının əsərlərində 
								istifadə olunmuş Azərbaycan musiqi folkloru 
								nümunələrini, onların melodik, ritmik və poetik 
								xüsusiyyətlərini şərh edir; 
								
								* 
								Azərbaycan bəstəkarlarının əsərlərində aşıq 
								musiqisindən istifadəyə dair kiçik təqdimatlar 
								edir; 
								
								* 
								tanınmış dünya musiqi nümunələrini ifadə 
								vasitələrinə görə dəyərləndirir; 
								
								* 
								simfonik orkestrdə istifadə olunan alətlərin 
								emosional təsirini dəyərləndirir; 
								
								* 
								 simfonik orkestrdə dinlədiyi musiqi haqqında 
								təəssüratını ifadə edir; 
								
								* 
								mahnının melodiyasını müşayiətsiz (a kapella) 
								oxuyur; 
								
								* 
								mahnını solo və xor şəklində ikisəsli oxuyur.  
								
								Məzmun xətləri üzrə əsas və alt-standartlar 
								
								1. Musiqi aləmi 
								
								Şagird: 
								
								1.1. Azərbaycan və dünya musiqi mədəniyyətinin 
								görkəmli nümayəndələri və onların geniş yayılmış 
								əsərləri haqqında bilik və bacarıqlar nümayiş 
								etdirir. 
								
								1.1.1. Azərbaycan və dünya musiqi  
								mədəniyyətinin görkəmli nümayəndələri (Üzeyir 
								bəy Hacıbəyli, Niyazi Tağızadə-Hacıbəyov, 
								Cahangir Cahangirov, Cüzeppe Verdi, Dmitri 
								Dmitriyeviç Şostakoviç, İohan Ştraus, Frederik 
								Şopen) və onların əsərləri haqqında biliklərini 
								izah edir. 
								
								1.2. Azərbaycan musiqi folklor nümunələri, muğam 
								və aşıq havalarına dair bilik və bacarıqlar 
								nümayiş etdirir. 
								
								1.2.1. Qərbi Avropa bəstəkarlarının əsərlərində 
								istifadə olunan Azərbaycan musiqi folkloru 
								nümunələrini şərh edir. 
								
								1.2.2. Azərbaycan bəstəkarlarının əsərlərində 
								aşıq musiqisindən istifadəyə dair kiçik 
								təqdimatlar edir. 
								
								2. Emosional dəyərləndirmə 
								
								Şagird: 
								
								2.1. Musiqi əsərlərini melodik, ritmik və poetik 
								xüsusiyyətlərinə görə təhlil edir. 
								
								2.1.1. Qərbi Avropa bəstəkarlarının əsərlərində 
								istifadə olunmuş Azərbaycan musiqi folkloru 
								nümunələrini melodik, ritmik və poetik 
								xüsusiyyətlərinə görə təhlil edir. 
								
								2.2. Musiqi əsərlərini hissi-emosional cəhətdən 
								dərk etdiyini nümayiş etdirir. 
								
								2.2.1. Bəstəkarın ritm, temp və dinamik 
								nüanslardan müxtəlif variantlarda istifadə 
								etməklə yaratdığı obrazlara münasibət bildirir. 
								
								2.2.2. Simfonik orkestrdə alətlərin emosional 
								təsirini dəyərləndirir. 
								
								2.3. Dinlədiyi musiqi əsəri əsasında yaranan 
								təəssüratlarını yazılı və şifahi ifadə edir. 
								
								2.3.1. Simfonik orkestrdə dinlədiyi musiqi 
								haqqında təəssüratlarını ifadə edir. 
								
								3. Musiqi fəaliyyəti 
								
								Şagird: 
								
								3.1. Mahnının melodiyasını notla və sözləri ilə 
								oxuyur. 
								
								3.1.1. Mahnının melodiyasını müşayiətsiz (a 
								kapella)  oxuyur. 
								
								3.2. Fərdi, qrup və kollektiv ifaçılıq bacarığı 
								nümayiş etdirir. 
								
								3.2.1. Mahnını solo və xor şəklində ikisəsli 
								oxuyur.    
								
								
								
								IX SİNİF  
								
								IX sinfin sonunda şagird: 
								
								* 
								Azərbaycan və dünya musiqi mədəniyyətinin 
								görkəmli nümayəndələri (Fikrət Əmirov, Vaqif 
								Mustafazadə, Sevda İbrahimova, Firəngiz Əlizadə, 
								Corc Gerşvin, İohan Sebastyan Bax, Lüdviq Van 
								Bethoven) və onların əsərləri haqqında 
								biliklərini izah edir;  
								
								* 
								bəstəkar yaradıcılığında istifadə olunmuş 
								Azərbaycan musiqi folkloru nümunələri, onların 
								melodik, ritmik və poetik xüsusiyyətlərinə dair 
								təqdimat edir;  
								
								* 
								muğam və aşıq musiqisini xüsusiyyətlərinə görə 
								fərqləndirir; 
								
								* 
								Azərbaycan və dünya musiqi nümunələrini 
								fərqləndirir, onlara münasibət bildirir; 
								
								* 
								eyni əsərlərin müxtəlif alətlərdə səslənməsinə 
								münasibət bildirir, müxtəlif alətlərdə səslənən 
								eyni musiqi haqqında təəssüratlarını ifadə edir; 
								
								* 
								mahnını müşayiətsiz (a kapella) və solo, qrup, 
								xor şəklində müşayiətlə ikisəsli oxuyur.  
								
								Məzmun xətləri üzrə əsas və alt-standartlar 
								
								1. Musiqi aləmi 
								
								Şagird: 
								
								1.1. Azərbaycan və dünya musiqi mədəniyyətinin 
								görkəmli nümayəndələri və onların geniş yayılmış 
								əsərləri haqqında bilik və bacarıqlar nümayiş 
								etdirir. 
								
								1.1.1. Azərbaycan və dünya musiqi  
								mədəniyyətinin görkəmli nümayəndələri (Fikrət 
								Əmirov, Vaqif Mustafazadə, Sevda İbrahimova, 
								Firəngiz Əlizadə, Corc Gerşvin, İohan Sebastyan 
								Bax, Lüdviq Van Bethoven) və onların əsərləri 
								haqqında biliklərini izah edir. 
								
								1.2. Azərbaycan musiqi folklor nümunələri, muğam 
								və aşıq havalarına dair bilik və bacarıqlar 
								nümayiş etdirir. 
								
								1.2.1. Azərbaycan musiqi folkloru nümunələri və 
								bəstəkar yaradıcılığında onlardan istifadəyə 
								dair təqdimatlar edir. 
								
								1.2.2. Muğam və  aşıq musiqisini 
								xüsusiyyətlərinə görə fərqləndirir. 
								
								2. Emosional dəyərləndirmə 
								
								Şagird: 
								
								2.1. Musiqi əsərlərini melodik, ritmik və poetik 
								xüsusiyyətlərinə görə təhlil edir. 
								
								2.1.1. Bəstəkar yaradıcılığında istifadə olunmuş 
								Azərbaycan musiqi folkloru nümunələrini melodik, 
								ritmik və poetik xüsusiyyətlərinə görə təhlil 
								edir. 
								
								2.2. Musiqi əsərlərini hissi-emosional cəhətdən 
								dərk etdiyini nümayiş etdirir. 
								
								2.2.1. Azərbaycan və dünya musiqi nümunələrini 
								fərqləndirir və ona münasibət bildirir. 
								
								2.2.2. Eyni əsərlərin müxtəlif alətlərdə 
								səslənməsinə münasibət bildirir. 
								
								2.3. Dinlədiyi musiqi əsəri əsasında yaranan 
								təəssüratlarını yazılı və şifahi ifadə edir. 
								
								2.3.1. Müxtəlif alətlərdə səslənən eyni musiqi 
								haqqında təəssüratlarını ifadə edir. 
								
								3. Musiqi fəaliyyəti 
								
								Şagird: 
								
								3.1. Mahnının melodiyasını notla və sözləri ilə 
								oxuyur. 
								
								3.1.1. Mahnını müşayiətsiz (a kapella) ikisəsli 
								oxuyur. 
								
								3.2. Fərdi, qrup və kollektiv ifaçılıq bacarığı 
								nümayiş etdirir. 
								
								3.2.1. Mahnını solo, qrup və xor şəklində 
								ikisəsli oxuyur.  
								
								
								
								(ardı var)  |