| 
								 
								Ümumi orta təhsil pilləsində məzmun xətləri üzrə 
								təlim nəticələri  
								
								1. Cəmiyyət və təsviri incəsənət 
								
								Şagird: 
								
								* 
								təsviri incəsənətin cəmiyyət həyatında 
								əhəmiyyətini şərh edir; 
								
								* 
								Azərbaycanın, dünya incəsənətinin görkəmli 
								nümayəndələri və onların əsərləri haqqında 
								məlumatları şərh və təqdim edir; 
								
								* 
								təsviri sənət növlərini, onları təşkil edən əsas 
								janrları ayırır, xarakterik xüsusiyyətlərini 
								izah edir. 
								
								2. Təsviri və dekorativ yaradıcılıq 
								 
								
								Şagird: 
								
								* 
								həyati görüntüləri real, abstrakt tərzdə təsvir 
								edir; 
								
								* 
								bədii tərtibat və dizayn bacarıqları nümayiş 
								etdirir. 
								
								3. Estetik reaksiya  
								
								Şagird: 
								
								* 
								bədii sənət əsərlərini milli üslubi cəhətlərinə 
								görə müqayisə və izah edir; 
								
								* 
								təsviri sənət növlərini, onları təşkil edən əsas 
								janrları ayırır, onların xarakterik 
								xüsusiyyətlərini izah edir.  
								
								Siniflər üzrə məzmun standartları  
								
								
								
								V SİNİF  
								
								V sinfin sonunda şagird: 
								
								* 
								təsviri incəsənətin həyat hadisələrini əks 
								etdirdiyini izah edir; 
								
								* 
								təsviri və dekorativ sənətin növ və janrlarını 
								(qrafika, rəngkarlıq, heykəltəraşlıq) xarakterik 
								xüsusiyyətlərinə görə şərh edir; 
								
								* 
								Azərbaycanın, dünya təsviri incəsənətinin 
								görkəmli nümayəndələri (Məsud İbn Davud, Soltan 
								Məhəmməd, Elmira Şaxtaxtinskaya, İbrahim 
								Zeynalov, Qriqori Qaqarin) və onların əsərləri 
								haqqında məlumatları şərh edir; 
								
								* 
								müxtəlif vasitələrdən istifadə etməklə həyati 
								görüntüləri təsviri sənətin növlərində (qrafika, 
								rəngkarlıq, heykəltəraşlıq) real və abstrakt 
								tərzdə təsvir edir; 
								
								* 
								sadə əşyalar üzərində tərtibat və dizayn 
								bacarıqları nümayiş etdirir; 
								
								* 
								təsviri sənət növlərini ayırır, təsviri sənət 
								əsərlərini milli üslubi cəhətinə görə izah 
								edir.  
								
								Məzmun xətləri üzrə əsas və alt-standartlar 
								
								1. Cəmiyyət və təsviri incəsənət 
								
								Şagird: 
								
								1.1. Təsviri incəsənətin cəmiyyətin həyatında 
								əhəmiyyətinə dair biliklərə malik olduğunu 
								nümayiş etdirir. 
								
								1.1.1.  Təsviri incəsənətin həyat hadisələrini 
								əks etdirdiyini izah edir. 
								
								1.2. Təsviri və dekorativ sənətin növ və 
								janrlarına aid bilik və bacarıqlar nümayiş 
								etdirir. 
								
								1.2.1. Təsviri sənətin növlərinin (qrafika, 
								rəngkarlıq, heykəltəraşlıq) xarakterik 
								xüsusiyyətlərini şərh edir.   
								
								1.2.2. Dekorativ sənət növlərini (xalçaçılıq, 
								bədii tikmə, ağac üzərində oyma) xarakterik 
								xüsusiyyətlərinə görə şərh edir.  
								
								1.3. Azərbaycanın, dünya incəsənətinin görkəmli 
								nümayəndələri və onların əsərlərinə dair bilik 
								və bacarıqlar nümayiş etdirir. 
								
								1.3.1. Azərbaycanın və dünyanın görkəmli təsviri 
								incəsənət nümayəndələri (Məsud İbn Davud, Soltan 
								Məhəmməd, Elmira Şaxtaxtinskaya, İbrahim 
								Zeynalov, Qriqori Qaqarin) və onların əsərləri 
								haqqında məlumatları şərh edir. 
								
								2. Təsviri və dekorativ yaradıcılıq 
								
								Şagird: 
								
								2.1. Həyati görüntüləri real və abstrakt  təsvir 
								edir.  
								
								2.1.1. Həyati görüntüləri qrafika, rəngkarlıq, 
								heykəltəraşlıq növlərində  real və abstrakt 
								tərzdə təsvir edir. 
								
								2.1.2. Həyati görüntülərin real və abstrakt 
								təsvirində müxtəlif vasitələrdən (kömür, sulu 
								boya, plastilin və ya gil) istifadə edir. 
								
								2.2. Tərtibat və dizayn bacarıqları nümayiş 
								etdirir. 
								
								2.2.1 Sadə əşyanın üzərində tərtibat və dizayn 
								bacarıqları nümayiş etdirir. 
								
								3. Estetik reaksiya  
								
								Şagird: 
								
								3.1. Təsviri və  dekorativ sənət nümunələrinə 
								münasibət bildirir. 
								
								3.1.1. Bədii sənət əsərlərini milli üslubi 
								cəhətinə görə izah edir. 
								
								3.1.2. Təsviri sənət növlərini ayırır.  
								
								
								
								VI  SİNİF  
								
								VI  sinfin sonunda şagird: 
								
								* 
								təsviri incəsənətin cəmiyyət həyatındakı rolunu 
								izah edir; 
								
								* 
								təsviri və dekorativ sənətin növ və janrlarını 
								(natürmort, mənzərə, portret) bədii 
								xüsusiyyətlərinə görə şərh edir; 
								
								* 
								Azərbaycanın, dünya təsviri incəsənətinin 
								görkəmli nümayəndələri (Əcəmi Əbubəkir oğlu 
								Naxçıvani, Sadiq bəy Əfşar, Vəcihə Səmədova, 
								Lətif Kərimov, Leonardo da Vinci, Mikelancelo, 
								Rafael Santi) və onların əsərləri haqqında 
								məlumatları şərh edir; 
								
								* 
								müxtəlif vasitələrdən istifadə etməklə həyati 
								görüntüləri təsviri sənətin janrlarında 
								(natürmort, mənzərə, portret) real və abstrakt 
								tərzdə təsvir edir; 
								
								* 
								məişət əşyaları üzərində tərtibat və dizayn 
								bacarıqları nümayiş etdirir; 
								
								* 
								təsviri sənətin janrlarını ayırır; 
								
								* 
								bədii sənət əsərlərini milli üslubi cəhətinə 
								görə izah edir.  
								
								Məzmun xətləri üzrə əsas və alt-standartlar 
								
								1. Cəmiyyət və təsviri incəsənət 
								
								Şagird: 
								
								1.1. Təsviri incəsənətin cəmiyyət həyatında 
								əhəmiyyətinə dair biliklərə malik olduğunu 
								nümayiş etdirir. 
								
								1.1.1. Təsviri incəsənətin cəmiyyət həyatındakı 
								rolunu izah edir. 
								
								1.2. Təsviri və dekorativ sənətin növ və 
								janrlarına aid bilik və bacarıqlar nümayiş 
								etdirir. 
								
								1.2.1. Dekorativ sənət növlərini (metal üzərində 
								döymə, keramika, zərgərlik) xarakterik 
								xüsusiyyətlərinə görə şərh edir. 
								
								1.3. Azərbaycanın, dünya incəsənətinin görkəmli 
								nümayəndələri və onların əsərlərinə dair bilik 
								və bacarıqlar nümayiş etdirir. 
								
								1.3.1. Azərbaycanın və dünyanın görkəmli təsviri 
								incəsənət nümayəndələri (Əcəmi Əbubəkir oğlu 
								Naxçıvani, Sadiq bəy Əfşar, Vəcihə Səmədova, 
								Lətif Kərimov, Leonardo da Vinci, Mikelancelo, 
								Rafael Santi) və onların əsərləri haqqında 
								məlumatları şərh edir. 
								
								2. Təsviri və dekorativ yaradıcılıq 
								 
								
								Şagird: 
								
								2.1. Həyati görüntüləri real və abstrakt təsvir 
								edir. 
								
								2.1.1. Həyati görüntüləri natürmort, mənzərə, 
								portret janrlarında real və abstrakt təsvir 
								edir. 
								
								2.1.2. Həyati görüntülərin real və abstrakt 
								təsvirində müxtəlif vasitələrdən (pastel 
								təbaşirləri, sulu boya, plastilin və ya gil) 
								istifadə edir. 
								
								2.2. Tərtibat və dizayn bacarıqları nümayiş 
								etdirir. 
								
								2.2.1. Məişət əşyaları üzərində tərtibat və 
								dizayn bacarıqları nümayiş etdirir. 
								
								3. Estetik reaksiya  
								
								Şagird: 
								
								3.1. Təsviri və  dekorativ sənət nümunələrinə 
								münasibət bildirir. 
								
								3.1.1. Bədii sənət əsərlərini milli üslubi 
								cəhətlərinə görə izah edir. 
								
								3.1.2. Təsviri sənətin janrlarını ayırır.  
								
								
								
								VII SİNİF  
								
								VII sinfin  sonunda şagird: 
								
								* 
								təsviri incəsənətin cəmiyyət həyatındakı rolunu 
								və əhəmiyyətini nümunələr əsasında şərh edir; 
								
								* 
								təsviri və dekorativ sənətin növ və janrlarını 
								(məişət, əsatir) xüsusiyyətlərinə görə şərh 
								edir; 
								
								* 
								Azərbaycanın və dünyanın təsviri incəsənətinin 
								görkəmli nümayəndələri (Müzəffər Əli, Mirəli 
								Mirqasımov, Kamil Əliyev, Rasim Babayev, Xocai 
								Sinan, Albrext Dürer, İlya Repin) və onların 
								əsərləri haqqında məlumatları şərh edir; 
								
								* 
								müxtəlif vasitələrdən istifadə etməklə həyati 
								görüntüləri incəsənətin müxtəlif növündə 
								(dizayn, milli geyimlər, bədii hörmə)  real və 
								abstrakt tərzdə təsvir edir; 
								
								* 
								müxtəlif texniki avadanlıqlar üzərində tərtibat 
								və dizayn bacarıqları nümayiş etdirir; 
								
								* 
								təsviri sənət əsərlərini milli üslubi cəhətinə, 
								növ və janrlarına görə fərqləndirir.  
								
								Məzmun xətləri üzrə əsas və alt-standartlar 
								
								1. Cəmiyyət və təsviri incəsənət 
								
								Şagird: 
								
								1.1. Təsviri incəsənətin cəmiyyət həyatında 
								əhəmiyyətinə dair biliklərə malik olduğunu 
								nümayiş etdirir. 
								
								1.1.1. Təsviri incəsənətin cəmiyyət həyatındakı 
								rolunu və əhəmiyyətini nümunələr əsasında şərh 
								edir. 
								
								1.2.  Təsviri və dekorativ sənətin növ və 
								janrlarına aid bilik və bacarıqlar nümayiş 
								etdirir. 
								
								1.2.1. Təsviri sənətin növ və janrlarını 
								(məişət, əsatir) xarakterik xüsusiyyətlərinə 
								görə şərh edir. 
								
								1.2.2. Dekorativ sənət növlərini (milli 
								geyimlər, bədii hörmə) xarakterik 
								xüsusiyyətlərinə görə şərh edir. 
								
								1.3.  Azərbaycanın, dünya incəsənətinin görkəmli 
								nümayəndələri və onların əsərlərinə dair bilik 
								və bacarıqlar nümayiş etdirir. 
								
								1.3.1. Azərbaycanın və dünyanın görkəmli təsviri 
								incəsənət nümayəndələri (Müzəffər Əli, Mirəli 
								Mirqasımov, Kamil Əliyev, Rasim Babayev, Xocai 
								Sinan, Albrext Dürer, İlya Repin) və onların 
								əsərləri haqqında məlumatları şərh edir. 
								
								2.  Təsviri və dekorativ yaradıcılıq 
								 
								
								Şagird: 
								
								2.1. Həyati görüntüləri real və abstrakt təsvir 
								edir. 
								
								2.1.1. Həyati görüntüləri məişət, əsatir  
								janrlarında real və abstrakt təsvir edir. 
								
								2.1.2. Həyati görüntülərin real və abstrakt 
								təsvirində müxtəlif vasitələrdən (tuş, sulu boya 
								və ya qarışıq texnika, plastilin və ya gil) 
								istifadə edir. 
								
								2.2. Tərtibat və dizayn bacarıqları nümayiş 
								etdirir. 
								
								2.2.1. Müxtəlif texniki avadanlıqlar üzərində 
								tərtibat və dizayn bacarıqları nümayiş etdirir. 
								
								3.  Estetik reaksiya  
								
								Şagird: 
								
								3.1. Təsviri və  dekorativ sənət nümunələrinə 
								münasibət bildirir. 
								
								3.1.1. Bədii sənət əsərlərini milli üslubi 
								cəhətlərinə görə fərqləndirir. 
								
								3.1.2. Təsviri sənətin növ və janrlarını 
								fərqləndirir.  
								
								
								
								VIII SİNİF  
								
								VIII sinfin sonunda şagird: 
								
								* 
								Azərbaycan təsviri incəsənətini dünya 
								mədəniyyətinin tərkib hissəsi kimi şərh edir; 
								
								* 
								təsviri və  dekorativ sənətin növ və janrlarını 
								(tarixi, batal) xüsusiyyətlərinə görə şərh edir; 
								
								* 
								Azərbaycanın və dünyanın təsviri incəsənətinin 
								görkəmli nümayəndələri (Böyükağa Mirzəzadə, 
								Toğrul Nərimanbəyov, Eldar Mikayılov, Fuad 
								Əbdürrəhmanov, Tokay Məmmədov, Sadıq Dadaşov, 
								Rembrant, Karavacco, Van Qoq) onların əsərləri 
								haqqında təqdimat edir; 
								
								* 
								müxtəlif vasitələrdən istifadə etməklə həyati 
								görüntüləri incəsənətin müxtəlif növündə 
								(misgərlik, şəbəkə, qarışıq texnika) real və 
								abstrakt tərzdə təsvir edir; 
								
								* 
								geyim və nəqliyyat vasitələri üzərində tərtibat 
								və dizayn bacarıqları nümayiş etdirir; 
								
								* 
								bədii sənət əsərlərini milli üslubi cəhətlərinə, 
								növ və janrlarına görə  müqayisə edir.  
								
								Məzmun xətləri üzrə əsas və alt-standartlar 
								
								1. Cəmiyyət və təsviri incəsənət 
								
								Şagird: 
								
								1.1. Təsviri incəsənətin cəmiyyət həyatında 
								əhəmiyyətinə dair biliklərə malik olduğunu 
								nümayiş etdirir. 
								
								1.1.1. Azərbaycan təsviri incəsənətini dünya 
								mədəniyyətinin tərkib hissəsi kimi təqdim edir. 
								
								1.2. Təsviri və dekorativ sənətin növ və 
								janrlarına aid bilik və bacarıqlar nümayiş 
								etdirir. 
								
								1.2.1. Təsviri sənətin növ və janrlarını  
								(tarixi, batal) xarakterik xüsusiyyətlərinə görə 
								şərh edir. 
								
								1.2.2. Dekorativ sənət növlərini (misgərlik, 
								şəbəkə, qarışıq texnika) xarakterik 
								xüsusiyyətlərinə görə şərh edir. 
								
								1.3.  Azərbaycanın, dünya incəsənətinin görkəmli 
								nümayəndələri və onların əsərlərinə dair bilik 
								və bacarıqlar nümayiş etdirir. 
								
								1.3.1. Azərbaycanın və dünyanın görkəmli təsviri 
								incəsənət nümayəndələri (Böyükağa Mirzəzadə, 
								Toğrul Nərimanbəyov, Eldar Mikayılov, Fuad 
								Əbdürrəhmanov, Tokay  Məmmədov, Sadıq Dadaşov, 
								Rembrant, Karavacco, Van Qoq) və onların 
								əsərləri haqqında təqdimat edir. 
								
								2.  Təsviri və dekorativ yaradıcılıq 
								 
								
								Şagird: 
								
								2.1. Həyati görüntüləri real və abstrakt təsvir 
								edir. 
								
								2.1.1. Həyati görüntüləri  tarixi, batal  
								janrlarında real və abstrakt təsvir edir. 
								
								2.1.2. Həyati  görüntülərin real və abstrakt 
								təsvirində müxtəlif vasitələrdən (tuş, sulu 
								boyalar, qarışıq texnika  və ya yağlı boya, 
								plastilin, gil və ya gips) istifadə edir. 
								
								2.2. Tərtibat və dizayn bacarıqları nümayiş 
								etdirir. 
								
								2.2.1. Geyim əşyaları və nəqliyyat vasitələri 
								üzərində bədii tərtibat və dizayn bacarıqlarını 
								nümayiş etdirir. 
								
								3.  Estetik reaksiya 
								
								Şagird: 
								
								3.1. Təsviri və  dekorativ sənət nümunələrinə 
								münasibət bildirir. 
								
								3.1.1. Bədii sənət  əsərlərini milli üslubi 
								cəhətlərinə görə müqayisə edir.  
								
								3.1.2. Təsviri sənətin növ və janrlarının 
								xarakterik xüsusiyyətlərini izah edir.  
								
								
								
								IX SİNİF  
								
								IX sinfin  sonunda şagird: 
								
								* 
								müasir Azərbaycan və dünya təsviri incəsənətinin 
								cəmiyyət həyatındakı rolu və əhəmiyyətinə dair 
								təqdimatlar edir; 
								
								* 
								təsviri və dekorativ sənətin növ və janrlarını 
								(karikatura, şarj, tematik) xarakterik 
								xüsusiyyətlərinə görə şərh edir; 
								
								* 
								Azərbaycanın və dünyanın təsviri incəsənətinin 
								görkəmli nümayəndələri (Cavad Mircavadov, Tahir 
								Salahov, Fərhad Xəlilov, Sakit Məmmədov, Ömər 
								Eldarov, Fazil Nəcəfov, Arif Hüseynov, Mikayıl 
								Hüseynov, Pikasso, Dali) əsərləri haqqında 
								təqdimat edir; 
								
								* 
								müxtəlif vasitələrdən istifadə etməklə həyati 
								görüntüləri incəsənətin müxtəlif növlərində 
								(kompüter qrafikası) real və abstrakt tərzdə 
								təsvir edir; 
								
								* 
								memarlıq və inşaat işlərində tərtibat və dizayn 
								bacarıqları nümayiş etdirir; 
								
								* 
								bədii sənət əsərlərini milli üslubi cəhətlərinə 
								görə dəyərləndirir, təqdimatlar edir.  
								
								Məzmun xətləri üzrə əsas və alt-standartlar 
								
								1. Cəmiyyət və təsviri incəsənət 
								
								Şagird: 
								
								1.1. Təsviri incəsənətin cəmiyyət həyatında 
								əhəmiyyətinə dair biliklərə malik olduğunu 
								nümayiş etdirir. 
								
								1.1.1. Müasir Azərbaycan və dünya incəsənətinin 
								cəmiyyət həyatındakı rolu və əhəmiyyətinə dair 
								təqdimatlar edir. 
								
								1.2. Təsviri və dekorativ sənətin növ və 
								janrlarına aid bilik və bacarıqlar nümayiş 
								etdirir. 
								
								1.2.1. Təsviri sənətin növ və janrlarını  
								(karikatura, şarj, tematik) xarakterik 
								xüsusiyyətlərinə görə şərh edir. 
								
								1.2.2. Dekorativ sənət növlərini (kompüter 
								qrafikası) xarakterik xüsusiyyətlərinə görə şərh 
								edir. 
								
								1.3.  Azərbaycanın, dünyanın görkəmli təsviri 
								incəsənət nümayəndələrinin və onların əsərlərinə 
								dair bilik və bacarıqlar nümayiş etdirir. 
								
								1.3.1. Azərbaycanın və dünyanın görkəmli təsviri 
								incəsənət nümayəndələri (Cavad Mircavadov, Tahir 
								Salahov, Fərhad Xəlilov, Sakit Məmmədov, Ömər 
								Eldarov, Fazil Nəcəfov, Arif Hüseynov, Mikayıl 
								Hüseynov, Pikasso, Dali) və onların əsərləri 
								haqqında təqdimatlar  edir.  
								
								2.  Təsviri və dekorativ yaradıcılıq 
								 
								
								Şagird: 
								
								2.1. Həyati görüntüləri real və abstrakt təsvir 
								edir. 
								
								2.1.1. Həyati görüntüləri  karikatura, şarj, 
								tematik  janrlarda real və abstrakt təsvir edir. 
								
								2.1.2. Həyati görüntülərin real və abstrakt 
								təsvirində müxtəlif vasitələrdən (tuş, kömür, 
								sulu boya, qarışıq texnika və ya yağlı boya, 
								plastilin, gil və ya ağac) istifadə edir. 
								
								2.2. Tərtibat və dizayn bacarıqları nümayiş 
								etdirir. 
								
								2.2.1. Memarlıq və inşaat işlərində bədii 
								tərtibat və dizayn bacarıqları nümayiş etdirir. 
								
								3.  Estetik reaksiya 
								
								Şagird: 
								
								3.1. Təsviri və  dekorativ sənət nümunələrinə 
								münasibət bildirir. 
								
								3.1.1. Bədii sənət əsərlərini milli üslubi 
								cəhətlərinə görə dəyərləndirir, təqdimatlar 
								edir. 
								
								3.1.2. Təsviri sənətin növ və janrlarının 
								xarakterik xüsusiyyətlərini dəyərləndirir və 
								təqdimatlar edir.  
								
								
								
								(Ardı var)  |