| 
								 Azərbaycan 
								hökuməti ilə Dünya Bankının Beynəlxalq İnkişaf 
								Assosiasiyası arasında bağlanmış maliyyələşdirmə 
								Sazişi çərçivəsində təsdiq olunan Təhsil 
								Sektorunun İkinci İnkişaf Layihəsinin "Ümumi 
								təhsil üzrə kurikulumun tətbiqinə dəstək və 
								kurikulum islahatlarının davam etdirilməsi" 
								komponentinin icrası ilə əlaqədar 
								
								
								ƏMR EDİRƏM:  
								1. 
								Respublikanın  təlim Azərbaycan dilində və 
								qeyri-dillərdə aparılan ümumtəhsil məktəblərinin 
								ümumi orta (V-IX) və tam orta (X-XI siniflər) 
								təhsil səviyyələri üçün fənn proqramları 
								(kurikulumları) və tədris planları təsdiq 
								edilsin (əlavə olunur). 
								2. Dərslik və 
								nəşriyyat şöbəsi (F.Şahbazlı) həmin fənn 
								proqramları (kurikulumları) əsasında dərslik 
								komplektlərinin hazırlanması ilə bağlı müvafiq 
								təşkilati tədbirlər həyata keçirsin. 
								3. 
								İqtisadiyyat şöbəsi (Ş.Əliyev) fənn 
								proqramlarının (kurikulumların) kitab 
								variantının müəyyən olunmuş tirajla Azərbaycan 
								və rus dillərində çapı, həmin sənədlərin rus 
								dilinə tərcüməsi üçün tələb edilən miqdarda 
								maliyyə vəsaiti ayrılmasını nəzərdə  tutsun. 
								4. "Kurikulum 
								islahatlarının davam etdirilməsi və kurikulumun 
								tətbiqinə dəstək" alt-komponentinin koordinatoru 
								A.Əhmədov, Kurikulum Mərkəzinin direktoru 
								Ə.Abbasov fənn proqramlarının (kurikulumların) 
								kitab variantının çapı üçün lazım olan maliyyə 
								vəsaitinin miqdarı barədə təkliflərini 10 gün 
								müddətinə nazirliyin İqtisadiyyat şöbəsinə 
								təqdim etsinlər, mütəxəssislərin  iştirakı ilə 
								fənn proqramlarının (kurikulumların) kitab 
								şəklində çap variantının hazırlanmasını təmin 
								etsinlər. 
								5. "Kurikulum 
								islahatlarının davam etdirilməsi və kurikulumun 
								tətbiqinə dəstək" alt-komponentinin koordinatoru 
								A.Əhmədov, Dərslik və nəşriyyat şöbəsi 
								(F.Şahbazlı), Layihəni Əlaqələndirmə Qrupu 
								(E.Rüstəmov) fənn proqramlarının 
								(kurikulumların) rus dilinə tərcüməsi və onların 
								Azərbaycan və rus dillərində elektron 
								variantının hazırlanması üçün lazımi tədbirlər 
								görsünlər. 
								6. Nəzərə 
								alınsın ki, mahiyyət etibarı ilə ümumi orta və 
								tam orta təhsil səviyyələri üçün fənn 
								proqramları (kurikulumları) ilk dəfə 
								hazırlandığından onlar tətbiq edilənədək həmin 
								sənədlərdə redaktə xarakterli və digər aidiyyəti 
								düzəlişlər oluna bilər. 
								7. 
								İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin 
								"Azərbaycan müəllimi" qəzetində və "Təhsil 
								xəbərləri" məcmuəsində dərc olunmasını təmin 
								etsin. 
								8. Əmrin 
								icrasına nəzarət nazir müavini, TSİİL üzrə milli 
								əlaqələndirici İ.İsgəndərova həvalə olunsun.  
								
								
								Misir MƏRDANOV, 
								Azərbaycan Respublikasının təhsil naziri 
								6 iyun 2011-ci il  |