| 
								 Azərbaycan 
								gənclərinin VI Forumu ərəfəsində Mingəçevir 
								gənclərinin toplantısı keçirilmişdir. 
								 
								Gənclər üçün 
								Təhsil Mərkəzindən (GTM) AzərTAc-a bildirmişlər 
								ki, Mingəçevir Politexnik İnstitutunda təşkil 
								edilən tədbirin məqsədi tələbə gənclərin 
								problemləri və müxtəlif sahələrdə qazandıqları 
								uğurlarla tanış olmaqdır. GTM-in Mingəçevir 
								regional ofisinin əməkdaşları da tədbirdə fəal 
								iştirak etmişlər.  
								Ofisin rəhbəri 
								Tural Kərimov mərkəzin 10 illik fəaliyyəti 
								haqqında tədbir iştirakçılarına məlumat vermiş, 
								gəncləri narahat edən bir sıra məsələlərdən söz 
								açaraq, konkret təkliflər səsləndirmişdir.
								 
								Tədbirdə 
								Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 
								birinci müavini İlham İsmayılov, şəhər Gənclər 
								və İdman İdarəsinin rəisi Ramiz Əliyev və digər 
								rəsmi şəxslər iştirak etmişlər.   |