| 
								 Bakının orta 
								məktəblərində öz ixtisasına uyğun dərs keçməyən 
								müəllimlərin sayı minimuma endirilmişdir. 
								 
								Bakı Şəhəri 
								üzrə Təhsil İdarəsinin Strateji təhlil, 
								planlaşdırma və kadrların idarə olunması 
								sektorundan AzərTAc-a bildirmişlər ki, idarə 
								yeni fəaliyyətə başladığı 2006-cı ildə paytaxtın 
								orta məktəblərində 303 qeyri-ixtisaslı fənn 
								müəllimi çalışırdısa, artıq onların sayı 30-a 
								endirilmişdir. Həmin müəllimlər Bakının ucqar 
								kəndlərində, əsasən, fiziki tərbiyə, gənclərin 
								çağırışaqədərki hazırlığı fənləri üzrə dərs 
								keçirlər.  
								Hazırda Bakı 
								məktəblərində qeyri-ixtisas fənn müəllimlərinin 
								işə qəbulu aparılmır. Əgər bir müəllim 10 ildən 
								çox 1 ixtisas üzrə dərs keçirsə, artıq o, 
								ixtisaslaşmış hesab edilir.   | 
								  |