| 
								 "Azercell 
								Telekom" Şirkətinin Qafqaz Universitetində 
								yaratdığı   dünyanın ən son mobil texnologiyası 
								- 4G (LTE) avadanlığı ilə təmin edilmiş yeni 
								rabitə laboratoriyasının iyunun 8-də açılışı 
								oldu. Açılış mərasimində "Azercell Telekom" 
								MMC-nin prezidenti Ali Ağan, təhsil nazirinin 
								müavini Elmar Qasımov, millət vəkilləri Vahid 
								Əhmədov, Məlahət İbrahimqızı, Sevinc Hüseynova, 
								Ceyhun Osmanlı və b. iştirak edirdilər. Rəmzi 
								açılışı bildirən qırmızı lent kəsildikdən sonra 
								qonaqlar laboratoriya ilə tanış oldular. Onlara  
								məlumat verildi ki, Azercell-in Qafqaz 
								Universitetinə hədiyyəsi olan laboratoriyada 
								mobil rabitədə son üç nəsil texnologiya - 2G 
								(GIM), 3G (WCDMA/UMTS)  və 4G (LTE) radio-baza 
								stansiyaları qurulub. O, nəinki Azərbaycanda, 
								ümumiyyətlə, regionda bu səviyyədə və bu tipdə 
								texnologiya ilə təchiz olunan ilk 
								laboratoriyadır. 
								Dördüncü nəsil 
								texnologiya sayılan LTE çox yüksək sürətli mobil 
								İnternet - saniyədə 100 Mbit məlumat 
								ötürülməsinə imkan verən şəbəkəyə çıxışı təmin 
								edir. Bu avadanlıq Ericsson şirkəti tərəfindən 
								təchiz olunan sınaq sistemidir. Hazırda dünyada 
								4G texnologiyasının məhdud dairədə tətbiq 
								olunduğunu nəzərə alsaq, bu sistemin hansı önəm 
								daşıdığını təsəvvür etmək olar. 
								
								Laboratoriyanın bir əhəmiyyəti də ondan 
								ibarətdir ki, "Azercell Telekom" MMC buradakı 4G 
								avadanlığı üzərində testləri həyata keçirəcək. 
								Digər tərəfdən, laboratoriya Qafqaz 
								Universitetinin tələbələri qarşısında böyük 
								yaradıcılıq imkanları açır. Çünki texnologiyanın 
								köməyilə bacarıqlı gənclər müxtəlif məzmun və 
								yeni xidmətlər yarada biləcəklər. 
								
								Laboratoriyanın açılışı münasibəti ilə mərasim 
								iştirakçılarını təbrik edən "Azercell Telekom" 
								MMC-nin prezidenti Ali Ağan əməkdaşlığa görə 
								Qafqaz Universitetinin rəhbərliyinə, müəllim və  
								tələbə heyətinə minnətdarlığını bildirdi. Qeyd 
								etdi ki, laboratoriya peşəkar kadrların 
								inkişafına, nəzəri biliklərin təhsildə tətbiqi 
								bacarıqlarının güclənməsinə və ən vacibi ölkədə 
								təcrübəli və savadlı mühəndislərin 
								yetişdirilməsinə şirkətin verdiyi önəmin 
								rəmzidir. 
								Azərbaycanda 
								təhsilin inkişafına xüsusi diqqət yetirən 
								şirkətin dəstəklədiyi sosial layihələr arasında 
								təhsil sahəsinə aid olanları çoxdur, xüsusilə də 
								telekommunikasiya sahəsində təcrübəli kadrların 
								yetişməsinə kömək edən təşəbbüslərə həmişə mühüm 
								yer verilir. 
								Qeyd etmək 
								yerinə düşərdi ki, "Azercell" ilə Qafqaz 
								Universiteti arasında çoxillik səmərəli 
								əməkdaşlıq mövcuddur. Universitetin tələbələri 
								şirkətin innovativ Barama layihəsi çərçivəsində 
								araşdırma aparıblar. Onlar həmçinin, 
								"Azercell"-in Tələbə təqaüdü proqramında da 
								iştirak edirlər. Şirkətin mütəxəssisləri məhz 
								Qafqaz Universitetinin tələbələri üçün yeni 
								nəsil texnologiyalar üzrə təlim keçirlər.  
								
								
								Yusif ƏLİYEV  |