| 
								 Qlobal 
								Məsələlər üzrə Amerika Şuraları Liderlik 
								Missiyasının nümayəndə heyəti Azərbaycan Dillər 
								Universitetində oldu. Görüş  ADU-nun İnformasiya 
								Resurs Kompleksində (İRK) keçirildi. 
								
								 Görüşdə 
								ADU-nun rektoru, millət vəkili, professor Səməd 
								Seyidov, ADU-nun Beynəlxalq əlaqələr üzrə 
								prorektoru Jalə Qəribova, regionşünaslıq və 
								beynəlxalq münasibətlər fakültəsinin dekanı 
								Məcid Əliyev iştirak edirdilər.  Nümayəndə 
								heyətinə  Azərbaycanın  ABŞ-ın Nyu-Mexiko 
								ştatındakı fəxri konsulu, Qlobal Məsələlər üzrə 
								Amerika Şuraları Liderlik Missiyasının (WACA)  
								milli idarə heyətinin Santa Fe Şurasının 
								direktoru Art Makafi (Art McHaffie) rəhbərlik 
								edirdi. Görüşdə Qlobal Məsələlər üzrə Amerika 
								Şuraları Liderlik Missiyasının nümayəndə 
								heyətinin prezidenti və baş icraçı direktoru Dr. 
								Lori E. Murrey, Qlobal Məsələlər üzrə Amerika 
								Şuraları Liderlik Missiyasının milli idarə 
								heyətinin direktoru Maykl Filip, İndiana 
								Universitetinin təqaüddə olan dosenti Viktor 
								Ernest Çaylderz, Qlobal Məsələlər üzrə Amerika 
								Şuraları dərnəyinin idarəetmə heyətinin üzvü Con 
								Deyli, Detroitin Qlobal Məsələlər üzrə 
								Şuralarının direktor köməkçisi Dellaşon LaVerne 
								Di Kresse, Paytaxt Region üzrə Beynəlxalq 
								Mərkəzin direktoru Diana Konroy Lakivita, Meynin 
								Qlobal Məsələlər üzrə Amerika Şuralarının fəal 
								üzvü və könüllüsü Kimberli A.MakLauqhlin, Prell 
								səhrasının (Palm Springs) qlobal məsələlər üzrə 
								şurasının təqaüddə olan  direktoru Cerri Vit 
								iştirak edirdilər. 
								Tədbiri giriş 
								sözü ilə açan rektor Səməd Seyidov qonaqları 
								universitetdə görməkdən məmnun olduğunu 
								bildirdi. ADU haqqında qonaqlara məlumat verən 
								Səməd Seyidov, universitetdə ingilis dili ilə 
								yanaşı fransız, alman, italyan, ispan, 
								Skandinaviya, İndoneziya, Koreya, yapon və s. 
								dillərin tədris olunduğunu qeyd etdi, ADU-da  
								5000-dən çox tələbənin təhsil aldığını 
								qonaqların nəzərinə çatdırdı. Amerika 
								universitetləri ilə ADU-nun əlaqələri haqqında 
								danışan rektor hər il ADU-nun iki müəlliminin 
								İndiana Universitetində Azərbaycan dilini tədris 
								etdiyini qeyd etdi. 
								Nümayəndə 
								heyətinin rəhbəri, Qlobal Məsələlər üzrə Amerika 
								Şuraları Liderlik Missiyasının   milli idarə 
								heyətinin Santa Fe Şurasının direktoru Art 
								Makafi (Art McHaffie)  öz növbəsində Azərbaycan 
								Dillər Universitetində olmağından şad olduğunu 
								söylədi. O, ADU tələbələri ilə ünsiyyətdən 
								məmnunluğunu dilə gətirdi. 
								Tədbirin 
								sonunda qonaqlar tələbələrin suallarını 
								cavablandırdılar. 
								
								
								ADU-nun Mətbuat xidməti  | 
								  |