| 
								 Gürcüstanın 
								Qardabani rayonunun Qaratəhlə açıq məktəbində 
								Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) 
								Qaratəhlə və Ağtəhlə məktəblərində təşkil etdiyi 
								gürcü dili kurslarının müəllimləri tədbir 
								keçirmişlər.  
								Azərbaycan 
								Respublikası Diasporla İş üzrə Dövlət 
								Komitəsindən AzərTAc-a bildirmişlər ki, 
								Qaratəhlə məktəbinin direktoru Elza Həsənova 
								şagirdlərin gürcü dilini öyrənməyə böyük 
								marağından, bu işdə AMM-in təşkil etdiyi 
								kursların əhəmiyyətindən danışmışdır. 
								Bildirmişdir ki, məktəbin 15 siniflik binası bp 
								neft şirkəti və yerli əhalinin köməyi ilə 
								tikilmişdir. Burada təhsil alan 285 şagirdin 
								təlim-tərbiyəsi ilə 23 nəfərlik pedaqoji 
								kollektiv məşğul olur. Məktəbdə fəaliyyət 
								göstərən gürcü dili kurslarında hazırda 20 
								azərbaycanlı şagird gürcü dilini öyrənir. 
								 
								Ağtəhlə 
								məktəbində fəaliyyət göstərən gürcü dili 
								kurslarına Sofio Koberidze rəhbərlik edir. 
								Kurslarda 24 şagird gürcü dilini öyrənir. Bir 
								ildir fəaliyyət göstərdiklərinə baxmayaraq, 
								böyük uğurlar qazandıqlarını qeyd edən 
								S.Koberidze şagirdlərin böyük həvəslə kurslara 
								gəlməsini, ikinci bir qrupun açılmasına ehtiyac 
								olduğunu da bildirmişdir. Məktəbin direktoru 
								Ketevan Koçiaşvili qeyd etmişdir ki, builki 
								buraxılış sinifləri gürcü dili fənni üzrə test 
								imtahanlarını 6,5-7 bal göstəricisi ilə başa 
								vurmuşlar ki, bu da çox yüksək göstəricidir. 
								K.Koçiaşvili belə yüksək göstəricilərin əldə 
								olunmasında AMM-in təşkil etdiyi kursların böyük 
								rolunu vurğulamışdır.  
								Sonra 
								Qaratəhlə məktəbinin binasında hər iki məktəbin 
								nəzdində fəaliyyət göstərən gürcü dili 
								kurslarında oxuyan şagirdlərin iştirakı ilə 
								Gürcüstanın və Azərbaycanın müstəqillik gününə 
								həsr olunmuş tədbir keçirilmişdir. Qaratəhlə 
								məktəbinin dil-ədəbiyyat müəllimi Məhərrəm 
								Cəfərov may ayının hər iki xalq üçün əlamətdar 
								olduğunu vurğulamış, tədbir iştirakçılarını 
								bayram münasibətilə təbrik etmişdir.  
								Tədbirdə 
								şagirdlər hər iki ölkənin dövlət himnlərini 
								səsləndirmiş, Azərbaycan və gürcü dillərində 
								şeirlər oxumuş, səhnəciklər göstərmişlər. 
								Şagirdlərin ifası alqışlarla qarşılanmışdır.
								 
								AMM-in 
								əməkdaşı Əbülhəsən Əzizov tədbir iştirakçılarını 
								Azərbaycan və Gürcüstanın milli bayramları 
								münasibətilə təbrik etmiş, gürcü dili 
								kurslarının işinin yüksək səviyyədə təşkilinə 
								görə hər iki məktəbin rəhbərliyinə təşəkkürünü 
								bildirmişdir.  
								Tədbirdə 
								Kvemo-Kartli qubernatorunun köməkçisi Ramilə 
								Allahyarova iştirak etmişdir.   |