| 
								 
								 Azərbaycan 
								Dövlət Dəmir Yolu Liseyinin direktoru  Fərrux 
								Abbasov bildirir ki, ötən  ilin oktyabrında 
								liseyin direktor müavini Ziloy Cabbarov və GÇH 
								müəllimi Əli Məmmədov  Rusiya Federasiyasının 
								Ulan-Ude şəhərindəki 1 nömrəli Dəmir Yolu Peşə 
								Liseyində olmuşlar.  
								
								Bir sıra görüşlərlə zəngin  olan səfərin sonunda 
								nümayəndələrimiz Ulan-Ude şəhərindəki 1 nömrəli 
								Dəmir Yolu Peşə  Liseyi ilə  təcrübə mübadiləsi 
								haqqında müqavilə imzalayaraq  doğma vətənə 
								qayıtmışlar. Bağlanmış müqaviləyə əsasən bu  il 
								mayın 13-dən 19-dək Ulan-Ude şəhərindəki 1 
								nömrəli Dəmir Yolu Peşə Liseyinin direktoru 
								Mirzə Əhədov və tədris-istehsalat işləri üzrə 
								direktor müavini  Svetlana Semennikova da   
								Bakıda  liseyin qonağı olmuşlar.  
								
								Qonaqlar liseydə  pedaqoji kollektivin iş 
								təcrübəsi ilə   yaxından tanış olmuş və geniş 
								fikir mübadiləsi aparmışlar. Rusiyalı 
								mütəxəssislər Azərbaycan Respublikası Təhsil 
								Nazirliyinin məsul  işçiləri ilə görüşmüş və 
								təcrübə mübadiləsindən əlavə, şagird mübadiləsi 
								haqqında  da müqavilə imzalamaq təklifi ilə 
								çıxış etmişər. 
								
								Hər iki lisey arasında  yaradılmış  bu sıx 
								əməkdaşlıq günü-gündən artır və inkişaf edir.  
								
								
								
								Şakir CƏFƏROV  |