| 
								 
								Bakıdakı 61 nömrəli orta məktəbin direktoru 
								Zenfira Şıxəliyevadan aldığımız məlumatda 
								bildirilir ki, sınaq imtahanları və onun 
								nəticələri ilə əlaqədar valideyn  yığıncağı 
								keçirilib. Yığıncaqda valideynlərlə qarşılıqlı 
								işin təşkilindən söz açılıb və təlim-tərbiyə 
								sahəsində onların rolu qeyd edilib. Bildirilib 
								ki, məktəblə ailənin qarşılıqlı əlaqəsi olmayan 
								yerdə mükəmməl təhsildən, tərbiyədən söz gedə 
								bilməz. Çünki təlim-tərbiyə kompleks  prosesdir 
								və onun səmərəliliyini müəllimlərlə 
								valideynlərin, məktəblə ailənin birgə səyi  
								nəticəsində yüksəltmək mümkündür. 
								
								242 nömrəli orta məktəbin direktoru  Akif 
								Rəsulov qeyd etdi ki, buraxılış imtahanlarında 
								yaxşı nəticə əldə etmək üçün pedaqoji kollektiv 
								valideynlərlə birgə çalışır, valideynlər 
								övladlarının yüksək biliyə yiyələnmələri, 
								vətənpərvərlik ruhunda tərbiyə olunmaları üçün 
								pedaqoji kollektivə yaxından köməklik 
								göstərirlər. 
								
								250 nömrəli orta məktəbin direktoru Nazim 
								Adıgözəlov isə  dedi ki,  rəhbərlik etdiyi 
								məktəbdə  hər bir valideyn uşaqlarının yaxşı 
								oxumasında, hərtərəfli inkişafında, Vətənə, 
								doğma dilinə, milli və ümumbəşəri dəyərlərə 
								hörmət və məhəbbət ruhunda böyüyüb 
								formalaşmasında pedaqoji kollektivə yaxından 
								kömək edir, tədris ocağının bütün tədbirlərində  
								fəallıq göstərirlər.   | 
								  |