| 
				
				
				
				
				
				
		 | 
		
				
					
						
				
					
						| 
						  | 
						 
					
						| 
						
												 | 
						 
					
						
						
							
	
		| 
		 
		Yuxu 
		rejiminə əməl edən şagirdlər daha yaxşı oxuyurlar  | 
	 
	 
 | 
							 
							 
						 | 
						 
					
						| 
						
						 | 
						 
					
						
						
							
								| 
								 
								 Amerikanın 
								Texas ştatında aparılmış tədqiqatlar şagirdlərin 
								müntəzəm yuxu rejiminə əməl etməsinin 
								vacibliyini göstərir. Məlum olub ki, müntəzəm 
								surətdə axşamlar eyni vaxtda, eyni saatda  yatan 
								şagirdlər daha yaxşı oxuyur, hesablayır və 
								savadlı danışırlar.  Yuxu rejimi məktəblilərin 
								ümumi  koqnitiv inkişafına müsbət təsir edir. 
								Araşdırmalar göstərir ki, sərt yuxu rejiminin 
								bərqərar olduğu ailələrdən olan uşaqlar daha 
								yaxşı inkişaf edirlər. Yuxunun təhlili göstərir 
								ki, müntəzəm surətdə eyni vaxtda yuxu rejiminə 
								əməl olunması 4 yaşlı uşaqların yaxşı inkişaf 
								səviyyəsinin ən düzgün  göstəricisidir.  Bu cür 
								uşaqlar şifahi nitqin ən yüksək səviyyəsini, 
								savadlılıq və riyazi qabiliyyətlər göstəriblər. 
								Bu cür uşaqların valideynləri bildirir ki, 
								onların evlərində uşaqların hansı saatda 
								yatmasına dair qaydalar mövcuddur. Eyni zamanda 
								yatmağa tez hazırlaşan uşaqlar da bir sıra 
								qabiliyyətlər üzrə  daha yaxşı inkişaf səviyyəsi 
								nümayiş etdiriblər.    Amerikalı alimlər 4 yaşlı 
								uşaqların gündə neçə saat yatmalı olmasını da 
								müəyyən ediblər. Məlum olub ki, məktəbəqədər 
								yaşlı uşaqlar hər gecə ən azı 11 saat 
								yatmalıdırlar. Tədqiqatlarda  4 yaşlı 8 minə 
								yaxın uşaq iştirak edib.  
								
								
								
								Xarici mətbuat materialları əsasında  
								hazırladı: Oruc MUSTAFAYEV  | 
								  | 
							 
						 
						 | 
						 
					
						| 
						  | 
						 
					
						| 
						
						 | 
						 
					 
						 | 
						 
					 
								 | 
		
								
									
										
						
						
						
						
						
						
							
						
							
				|   | 
							 
							
				|   | 
							 
							
				| 
 
BİZ 
TORPAQLARIMIZA QAYIDACAĞIQ!  | 
							 
							
				
						
							
								| 
								
								
								XANKƏNDİ | 
								
								
								
								26.12.1991 | 
							 
							
								| 
								
								
								XOCALI | 
								
								
								
								26.02.1992 | 
							 
							
								| 
								
								
								ŞUŞA | 
								
								
								
								08.05.1992 | 
							 
							
								| 
								
								
								LAÇIN | 
								
								
								
								18.05.1992 | 
							 
							
								| 
								
								
								XOCAVƏND | 
								
								
								
								02.10.1992 | 
							 
							
								| 
								
								
								KƏLBƏCƏR | 
								
								
								
								04.04.1993 | 
							 
							
								| 
								
								
								AĞDƏRƏ | 
								
								
								
								07.07.1993 | 
							 
							
								| 
								
								
								AĞDAM | 
								
								
								
								23.07.1993 | 
							 
							
								| 
								
								
								CƏBRAYIL | 
								
								
								
								23.08.1993 | 
							 
							
								| 
								
								
								FİZULİ | 
								
								
								
								23.08.1993 | 
							 
							
								| 
								
								
								QUBADLI | 
								
								
								
								31.08.1993 | 
							 
							
								| 
								
								
								ZƏNGİLAN | 
								
								
								
								29.10.1993 | 
							 
						 
								 | 
							 
							
				|   | 
							 
							
| 
						  | 
							 
						 
 | 
							 
						 
						
							
| 
														
												
										 | 
							 
							 
						
										 | 
									 
								 
								 |