| 
								 
								 Bakıdakı  
								21 nömrəli  körpələr evi-uşaq bağçasının müdiri 
								Sona Nağıyevadan aldığımız  məlumatda bildirilir 
								ki,  burada son vaxtlar müxtəlif mövzularda  
								keçirilən tədbirlər tərbiyəçiləri daha yaxşı 
								işləməyə sövq edir. Bağçada  75  uşağın  
								tərbiyəsi ilə  beş  tərbiyəçi   müəllim məşğul 
								olur. Onlardan Kəmalə  Əliyeva, Cəmilə 
								Əliyeva,   Aynurə Rzayeva  və başqaları 
								qruplarda məşğələləri yüksək səviyyədə qururlar 
								və balaca körpələrə əsl doğma ana qayğısı 
								göstərirlər. 
								
								Elə bu günlərdə bağçada keçirilən "Əlvida, 
								bağça" tədbiri də   bu deyilənlərə əyani 
								sübutdur. Bağçada tərbiyə alan 22 uşaq artıq 
								birinci sinfə yola salınırdı. Uşaqlar böyük 
								sevinc içərisində Vətən,  məktəb, bağça ilə 
								bağlı  şeir  söyləyir, mahnı oxuyur və rəqs 
								edirdilər.  
								
								Məktəbə  yola salınan körpə balalara müxtəlif 
								hədiyyələr  də verildi. 
								
								Sonda bağça ilə vidalaşan uşaqlar öz tərbiyəçi 
								müəllimləri ilə birlikdə xatirə şəkli çəkdirməyi 
								də unutmadılar.  
								
								
								Şakir CƏFƏROV  |