| 
								 
								 İyunun 
								14-də Bakıdakı 115 nömrəli körpələr evi-uşaq 
								bağçasında 15 İyun - Milli Qurtuluş Günü 
								münasibəti ilə tədbir keçirildi. Bağçanın 
								al-əlvan şarlar, bayraqlarla bəzədilmiş 
								həyətində keçirilən bayram tədbirini tərbiyə 
								ocağının müdiri Şəfiqə Yaqubova açaraq 
								iştirakçıları Milli Qurtuluş Günü münasibəti ilə 
								təbrik etdi. Bildirdi ki, dünya miqyasında 
								tanınmış siyasətçi  və dövlət xadimi, ümummilli 
								lider Heydər Əliyevin hakimiyyətə gəlişindən 
								sonra respublikada hökm sürən özbaşınalığa son 
								qoyuldu, gələcək inkişafın bünövrəsini təşkil 
								edən sabitlik bərqərar edildi, ölkəni bürümüş 
								ağır böhran aradan qaldırıldı və  dövrün 
								tələbinə uyğun köklü islahatlar həyata 
								keçirilərək  xalqımız əmin-amanlığa, xoşbəxtliyə 
								qovuşdu. Ş.Yaqubova ulu öndərin hakimiyyəti 
								illərində olduğu kimi bu gün də uşaqlara 
								göstərilən dövlət qayğısından danışdı. O, 
								gələcəyimiz olan uşaqların böyüməsində və təhsil 
								almasında ölkə başçısı cənab İlham Əliyevin 
								həyata keçirdiyi işlərdən söhbət açdı. 
								 
								Tədbirin 
								aparıcısı, məktəbəhazırlıq qrupunun tərbiyəçisi 
								Bahar Balabəyova Milli Qurtuluş Günü münasibəti 
								ilə bağçanın kollektivini və qonaqları təbrik 
								etdi. O, 1993-cü ilin 15 iyununun Azərbaycan 
								xalqı üçün böyük tarixi-siyasi əhəmiyyəti barədə 
								məlumat verdi.  
								"Əsgər 
								marşı"nın sədaları altında, əllərində kiçik  
								bayraqlar  meydana daxil olan balaca fidanlar 
								müstəqil Azərbaycanın qurucusu, uşaqların 
								sevimlisi, ulu öndər Heydər Əliyevə həsr edilmiş 
								"Bizim Heydər babamız"  mahnısını ifa etdilər, 
								şeirlər söylədilər, rəqs nömrələri göstərdilər.  
								
								
								Rəşad ZİYADOV  | 
								  |