| 
								 
								 İyunun 
								16-da XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya 
								Mərkəzində tədbir keçirildi. Tədbirdə  Xəzər 
								İnvestisiya Mərkəzinin nümayəndəsi, mərkəzdə  
								təhsil alan şagirdlərin valideynləri, müəllimlər 
								və KİV əməkdaşları iştirak edirdilər.  Tədbiri 
								giriş sözü ilə açan XXI əsr Beynəlxalq Təhsil və 
								İnnovasiya Mərkəzinin direktoru  Vəfa Məmmədova 
								bildirdi ki, mərkəz bu ilin iyun ayında  
								Beynəlxalq Bakalavriat Təşkilatının dünya 
								məktəblərinin sırasına daxil olub və həmin 
								təşkilatın diplom proqramını tədris etmək hüququ 
								qazanıb. Diplom proqramı axırıncı iki sinif, 
								yəni X və XI sinifləri əhatə edir ki, bu 
								proqramı  uğurla bitirib diplom alanlar dünyanın 
								2500-dən çox universitetində təhsillərini davam 
								etdirmək hüququ qazanırlar. Həmçinin bu  
								universitetlərin siyahısına dünya reytinqində I 
								yerləri tutan Harvard, Oksford, Kembric kimi 
								universitetlər də  daxildir. 
								Sonra Xəzər 
								İnvestisiya Mərkəzinin prezidenti Elşən Musayev 
								Beynəlxalq Bakalavriat Təşkilatı və onun tədris 
								proqramları haqqında  təqdimat  etdi və 
								beynəlxalq təhsil sahəsində dünya üzrə tanınmış 
								lider olan Beynəlxalq Bakalavriat Proqramının 
								yaranma tarixindən ətraflı danışdı. 
								Tədbirdə  XXI 
								əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində 
								işləyən müəllimlərdən Aytən Kazımova, Nigar 
								İsmayılova, Nigar Cahangirova və başqaları   da 
								çıxış edərək proqramın mahiyyətindən, 
								üstünlüklərindən danışdılar. Tədbir diskussiya  
								şəklində başa çatdı.    
								
								
								Şakir CƏFƏROV  |