| 
								 
								
								
								Ötən 25 illik tarixdə qazanılmış təcrübə, 
								perspektivlər  
								
								
								
								(Əvvəli qəzetin ötən sayında)  
								
								Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər 
								İnstitutunun 31.07.1998-ci il tarixli, 0/111 
								nömrəli, Təhsil Problemləri üzrə REMM-in 
								30.07.1998-ci il tarixli, 307/305 saylı 
								məktublarını və eksperimentin nəticələrini 
								nəzərə alaraq nazirlik 12.08.1998-ci il tarixli, 
								553 nömrəli əmri ilə 1998-99-cu dərs ilindən  
								həmin məktəbin 1-6-cı siniflərində maraq kursu 
								saatları hesabına "İnformatika və HT-nin 
								əsasları" fənninin tədrisinin təşkilini 
								məqsədəuyğun saymışdı. 
								
								1990-cı illərdən başlayaraq orta ümumtəhsil 
								məktəblərində çoxvariantlı proqramlardan 
								istifadəyə üstünlük verilirdi. 
								
								1991-ci ildə o zamankı SSRİ Dövlət Xalq Təhsili 
								Komitəsi tərəfindən "İnformatika və HT-nin 
								əsasları" kursu üzrə üç proqram təsdiq edildi və 
								bununla da ilk proqramın vahid metodiki 
								konsepsiyasına, məktəb informatika kursuna 
								yanaşmalarda vahidliyə son qoyuldu. 
								
								Proqramların izahat vərəqəsində qeyd edildiyi 
								kimi, müəllimlərə bu üç proqram və onlara uyğun 
								müxtəlif müəlliflər kollektivi tərəfindən 
								hazırlanmış üç sınaq dərs vəsaitlərinin birindən 
								istifadə etmək tövsiyə edilirdi. 
								
								Hər üç dərs vəsaiti iki il müddətində (X və XI 
								siniflərdə) 102 saat üçün nəzərdə tutulurdu. 
								Həmin dərs vəsaitlərinin müqayisəli təhlili 
								göstərirdi ki, hər üç dərs vəsaitindəki 
								məsələlərin hamısını bir proqramda reallaşdırmaq 
								mümkün deyil. K.A.Kayminin rəhbərliyi ilə 
								hazırlanan proqramda ilk proqramın nəzəri 
								məsələləri saxlanılmaqla EHM-də işə daha çox 
								diqqət verilirdi və o zaman məktəblərə əsasən 
								BK-0010, "Korvet", "Yamaha", "Aqat" tipli 
								kompüterlər verildiyindən proqram təminatı 
								onlara yönəlirdi. A.Q.Qeynin rəhbərliyi ilə 
								hazırlanan proqramda kurs üç hissəyə - EHM-lə  
								tanışlıq (16 s.), alqoritmlər və icraçılar (64 
								s.), informasiya və EHM informasiyanın emalı 
								vasitəsi kimi (34 s.) hissələrə ayrılmış, 
								proqram təminatına tədris elektron cədvəli, mətn 
								redaktoru, "Optima" tətbiqi proqramı və s. daxil 
								edilmişdi. 
								
								A.Q.Kuşnirenkonun rəhbərliyi ilə hazırlanmış 
								proqram isə üç variantda (maşınlı, yarımaşınlı 
								və maşınsız) tədrisin aparılmasına imkan verirdi. 
								Alqoritmik konstruksiyalar zəruri məsələlərin 
								həllindən asılı olaraq (praktikadan nəzəriyyəyə) 
								daxil edilirdi. 
								
								Lakin bu dövrdə olan sosial-ictimai şərait, 
								demokratiya ab-havası həmin proqramlar üzrə 
								qarşıya qoyulan məqsədlərə çatmağa  imkan 
								vermədi və nəticədə informatikanın ümumtəhsil 
								məktəblərində tədrisi vəziyyəti həyəcan 
								doğurmağa başladı. Əksər hallarda informatikanın 
								ümumtəhsil aspektləri unudularaq, texnoloji 
								aspektlərinə, praktiki proqramlaşdırmaya ("Beyzik", 
								"Paskal", "Si" və s. dillərdə) daha çox fikir 
								verildi. 
								
								Respublikamız müstəqillik qazandıqdan sonra 
								məktəblərimizdə informatika üzrə 1990-cı ilədək 
								istifadədə olan proqramların yeniləşmiş 
								variantlarından istifadə edilirdi. 
								
								IX və X siniflərdə isə R.Ə.Əliyev, T.M.Əliyev, 
								M.Ə.Salahlı tərəfindən hazırlanmış dərslikdən 
								istifadə edilirdi və 2004-cü ilədək də həmin 
								dərsliyin müxtəlif  nəşrlərindən istifadə 
								olunurdu. 
								
								Azərbaycan dilində ilk yeni proqram isə  bu 
								sətirlərin müəllifi-Akif Əliyev və Ramin 
								Mahmudzadə, Əlif Məmmədov, Hidayət Tağıyevin  
								daxil olduğu qrup tərəfindən 1997-ci ildə 
								hazırlanıb Azərbaycan Respublikası Təhsil 
								Nazirliyi tərəfindən təsdiq edildi. Proqramda 
								bütün kursa 128 saat vaxt ayrılırdı (64 saat X 
								sinifdə, 64 saat isə XI sinifdə). Bu yeni 
								proqramda proqramlaşdırmanın öyrədilməsində 
								ənənəvi metodikadan imtina edilirdi. Çünki artıq 
								məktəb təcrübəsi göstərirdi ki, 
								proqramlaşdırmanın alqoritm və riyazi məsələlər 
								(ƏBOB-un hesablanması, tənliklərin həlli və s.) 
								üzərində qurulması yararsızdır. 
								
								Proqram aşağıdakı mövzuları əhatə edirdi: 
								
								X sinifdə - informatikanın əsasları (7 saat 
								nəzəri, 7 saat praktika), alqoritm və 
								proqramlaşdırma (7s., 7s.), proqramlaşdırmanın 
								əsasları (17s., 17s.). 
								
								XI sinifdə - proqramların layihələşdirilməsi (17 
								s., 17 s.), EHM-in proqram təminatı (17 s., 17 
								s.). 
								
								Hazırlanmış həmin proqramda orta təhsil 
								pilləsini bitirənlərin informatika üzrə 
								hazırlığına verilən tələblərdə (bölmələr üzrə) 
								ilk dəfə olaraq mətn redaktoru, qrafik redaktoru 
								və verilənlər bazasına, elektron cədvələ aid 
								bilik və bacarıqlar da öz əksini tapmışdı. 
								
								Təəssüf ki, proqramın istifadə olunduğu bir neçə 
								ildə ona uyğun dərslik hazırlanmadığından 
								müəllimlər ayrı-ayrı dərsliklərdən, xüsusilə rus 
								dilində olan dərsliklərdən istifadə etmək 
								məcburiyyətində qaldılar. 
								
								Uzunmüddətli vahid tədris planından istifadə 
								cəmiyyətimizdə gedən demokratik dəyişikliklər 
								nəticəsində öz dövrünü başa vurdu. 1999-cu ilin 
								15 iyununda Azərbaycan Respublikası Prezidenti 
								Heydər Əliyevin "Azərbaycan Respublikasının 
								təhsil sahəsində İslahat Proqramının təsdiq 
								edilməsi haqqında" 168 saylı sərəncamı 
								imzalandı. İslahatın əsas istiqamətlərində təlim 
								və tərbiyənin məzmununda "Eyeni təhsil 
								texnologiyasının əsas komponentlərindən biri 
								olan multimedia, monitorinq və sair sistemlərin 
								yaradılması məqsədilə təhsil sistemi 
								müəssisələrinin kompüterləşdirilməsi və 
								mərkəzləşdirilmiş informasiya sistemləri 
								proqramını hazırlamaq və təbliğ etmək" qarşıya 
								qoyulurdu. Azərbaycan Respublikası təhsil 
								nazirinin 3 aprel 2000-ci il tarixli 280 saylı 
								əmri ilə ümumtəhsil məktəblərinin yeni bazis 
								tədris planları təsdiq edildi və 2000-2001-ci 
								dərs ilindən bu tədris planı tətbiq olunmağa 
								başlandı. Yeni tədris planının əvvəlkindən ən 
								müsbət cəhəti onda idi ki, məktəblərə geniş 
								səlahiyyət verilir və təhsil sahələrinə müvafiq 
								əlavə saatlar ayırmağa imkan yaranırdı. 
								
								Qeyd edək ki,  1982-ci ildə SSRİ Maarif 
								Nazirliyində mikro-EHM-lərin təhsil sisteminə 
								həm tədrisin texniki vasitəsi kimi,  həm də 
								öyrənmə sahəsi kimi tədricən daxil edilməsi 
								haqqında qərar qəbul edilmişdi. Yenidənqurma 
								ərəfəsində məktəb islahatlarının əsasını qoyan  
								normativ-hüquqi sənədlərdə kompüterləşmə 
								məktəblərin inkişafının vacib istiqamətlərindən 
								biri kimi qeyd edildi. Bu strateji istiqamətin 
								konkret məzmunla doldurulması sahəsində akademik 
								A.P.Yerşovun çox böyük xidmətləri oldu. 1984-cü 
								ilin sentyabrında SSRİ xalq təhsili 
								rəhbərlərinin  təhsil islahatlarına aid 
								iclasında A.P.Yerşovun məruzəsində məktəblərin 
								kompüterləşməsinin ilk illərində (1982-1985) 
								informatika ideya və metodlarının tədricən, 
								mərhələlərlə məktəblərə tətbiq edilməsi  
								strategiyasına yenidən baxılması məsələsi 
								gündəmə gəldi. Belə ki, A.P.Yerşovun 
								məruzəsindən sonra məlum oldu ki, daha böyük 
								sürətlə  işə başlamaq lazımdır. Ona görə də  
								hökumət müvafiq qərarlar qəbul etdi və nəticədə  
								sonrakı altı ayda çox böyük işlər görüldü. Belə 
								ki, IX-X siniflər üçün "İnformatika və hesablama 
								texnikasının əsasları" kursu üzrə  68 saatlıq 
								ilkin proqram hazırlandı, informatika üzrə I 
								hissə dərs vəsaitinin nümunəsi hazırlandı (IX 
								sinif) və  kütləvi şəkildə nəşr edildi, I hissə 
								dərs vəsaiti nümunəsinə aid metodiki vəsait 
								yazıldı və nəşr edildi, 1985-86-cı illərdə 100 
								min müəllim (SSRİ üzrə) informatika üzrə kurs 
								hazırlığı keçdi, ölkənin pedaqoji ali 
								məktəblərində "İnformatika və hesablama 
								texnikası" mütəxəssislərinin hazırlanmasının 
								təşkilinə başlanıldı,  məktəb kompüterlərinə 
								texniki tələblər  işlənib hazırlandı, başlanğıc 
								informatika (praktikum)  kursuna  uyğun proqram  
								təminatı işlənib hazırlandı, "AQAT", KUVT-86  
								bazasında  hesablama kabinetləri yaradıldı, 
								Yaponiyadan "YAMAHA" markalı fərdi EHM-lər 
								alındı və ölkə məktəblərinə paylandı, SSRİ  və 
								müttəfiq respublikaların maarif nazirliklərində, 
								vilayət xalq təhsil şöbələrində, müəllimləri 
								təkmilləşdirmə institutlarında, peşə və orta 
								ixtisas təhsili sistemlərində informatika və 
								hesablama texnikası idarələri və şöbələri  
								yaradıldı, SSRİ PEA-nin Novosibirsk İnformatika 
								və Hesablama Texnikası Elmi-Tədqiqat İnstitutu 
								yaradıldı və inkişaf etdirildı, "İnformatika i 
								obrazovanie" Ümumittifaq jurnalı, 
								respublikamızda isə "Fizika və riyaziyyat 
								tədrisi" jurnalı istiqamətini genişləndirərək  
								məqalə müəllifinin də daxil olduğu redaksiya 
								heyətinin  əzmkarlığı ilə "Fizika, riyaziyyat və 
								informatika tədrisi" elmi-nəzəri və metodik 
								məcmuə şəklində fəaliyyətini bərpa edərək nəşr 
								edilməyə başlanıldı, SSRİ Maarif Nazirliyinin, 
								eləcə də müttəfiq respublikaların  təhsil 
								nazirliklərinin  elmi-metodik şurasında  
								informatika bölməsi yaradıldı, İnformatika üzrə 
								II hissə dərs vəsaiti və ona uyğun müəllimlər 
								üçün metodik vəsait hazırlandı (X sinif), 
								müttəfiq respublika xalqlarının dillərinə 
								tərcümə edildi və kütləvi şəkildə nəşr edildi. 
								Eləcə də pedaqoji mətbuatda  informatika 
								dərslərinə aid metodiki yazılara aid rubrikalar 
								açıldı, informatika kursuna aid ümumi həcmi 
								təxminən 100 saat efir vaxtı olan 20 televiziya 
								dərsi çəkildi və Ümumittifaq mərkəzi 
								televiziyası ilə  nümayiş etdirildi. Yeri 
								gəlmişkən qeyd edim ki, respublika televiziyası 
								informatika üzrə ayda bir dəfə olmaqla birbaşa 
								sinfə veriləcək dərslər təşkil etdi, belə 
								dərslərin aparılması yerli mütəxəssislərə həvalə 
								edildi. Qürur hissi ilə deyim ki, bir il ərzində 
								o dərsləri televiziyada mən aparmışam. Sonralar 
								informatika üzrə stabil dərsliyin hazırlanması 
								üzrə Ümumittifaq müsabiqəsi təşkil olundu. 
								Məktəb hesablama texnikasına aid 
								sanitar-gigiyenik tələblər işlənilib hazırlandı.
								 
								
								O zaman SSRİ-nin tərkibində olduğumuz üçün bütün 
								qərar və göstərişlər təbii ki, bizim 
								respublikamıza da aid idi. Həmin qərarlar 
								çərçivəsində gələcəkdə informatika üzrə pedaqoji 
								kadrlar hazırlamaq məqsədi ilə Azərbaycandan da 
								pedaqoji ali məktəb müəllim və professorlarından 
								ibarət bir qrup riyaziyyatçı alim informatika 
								üzrə kurslara göndərildi. Kurslardan sonra bu 
								alimlər informatika və hesablama texnikasının 
								əsasları fənnindən ali məktəblərdə dərs deməyə 
								başladılar. 
								
								Tam siyahısını verə bilmədiyimiz yuxarıda 
								sadalanan tədbirlərin planlaşdırılmasına və 
								görülməsinə baxmayaraq, 1986-1991-ci illərdə 
								respublikamızda  bu fənnin tədrisində  çoxlu 
								problemlər var idi. Bu problemləri  üç qrupa 
								ayırmaq olardı: 
								
								* 
								İxtisaslı kadr çatışmazlığı; 
								
								* 
								
								Maddi-texnika bazanın zəifliyi, kompüter 
								texnikasının çatışmazlığı; 
								
								* 
								
								Müvafiq elmi-metodiki vəsaitlərin azlığı. 
								
								İnformatika müəllimi kimi kadr çatızmazlığı çox 
								ciddi problem idi. İnformatika müəllimlərinə 
								böyük ehtiyac olduğundan Maarif Nazirliyi  
								pedaqoji təhsili olmayan  texniki profilli elmi 
								işçiləri, mühəndisləri, riyaziyyatçıları da 
								informatika müəllimi kimi məktəblərdə çalışmağa 
								çağırdı. Bu çağırışa cavab verərək bu gün də  
								qabaqcıl informatika müəllimlərimiz Sevgüladə 
								Əzizova, Rafiq Qasımov, Mətanət  Əhmədova, Aygün 
								Əzizova,  Cəmalə Nəbiyeva  və başqaları  
								məktəblərimizdə informatika müəllimi kimi 
								çalışmağa başladılar.  Bu problemi həll etmək 
								üçün   məktəblərin fizika və riyaziyyat 
								müəllimləri seçilərək müvafiq təkmilləşdirmə 
								kurslarına göndərilir və sonradan informatika 
								dərslərinin tədrisi üçün onlara icazə verilirdi. 
								Fənnin spesifikasını bir çox məktəb direktorları 
								da hiss etmirdi. Ona görə də bəzən təkcə 
								riyaziyyat və fizika müəllimləri deyil, dərs 
								saatı az olan digər fənn müəllimlərinə də bu 
								fənni tədris etmək həvalə olunurdu. Ali və orta 
								ixtisas məktəblərində başlanan kadr hazırlığı 
								bir neçə ildən sonra öz bəhrəsini verdi və 
								ildən-ilə bu problem və çatışmazlıqlar aradan 
								tədricən qaldırıldı. 
								
								1987-88-ci illərdə artıq bəzi məktəblərdə 
								Yaponiyadan alınmış "YAMAHA" kompüterləri var 
								idi. Bununla paralel olaraq Bakı şəhərindəki 
								Radio Zavodunda iş prinsipinə görə "YAMAHA" 
								kompüterlərinə oxşar "KORVET" elektron hesablama 
								maşınları da istehsal olunmağa başlandı. Bu 
								hesablama maşınları SSRİ-nin digər 
								respublikalarını da təmin edirdi. Bunlar "KUVT 
								KORVET" adlanan 13  ədəd fərdi kompüterdən 
								ibarət dəst  idi, lakin imkanları məhdud idi. 
								Cəmiyyətin bir çox sahələrində artıq 
								çoxfunksiyalı İBM kompüterlərindən istifadə 
								olunurdu. 
								
								Odur ki,  Moskvada SSRİ EA və SSRİ Elm və 
								Texnika Komitəsi Amerikadan İBM kompüterlərini 
								almaq qərarı verdi. Lakin bu bahalı 
								kompüterlərlə bütün məktəbləri təmin etmək də 
								çox çətin idi. 
								
								ABŞ ilə SSRİ arasında SSRİ məktəblərinə ilk dəfə 
								İBM PC/2 markalı xeyli fərdi kompüterlərinin 
								bağışlanması haqda birgə saziş imzalandı. Bu 
								fərdi kompüter dəstləri sinfi müttəfiq 
								respublikalara paylandı. Məktəblərin say 
								nisbətinə görə  Azərbaycan Respublikasına da 
								təxminən 38 dəst İBM PC/2 kompüter sinfi 
								ayrıldı. İBM firması ilə birlikdə 
								respublikamızın ümumtəhsil məktəblərində həmin 
								kompüterlərin tətbiqi üzrə Ümumittifaq Pilot 
								Layihəsinin rəhbəri, eləcə də bu layihəni 
								dəstəkləyən "AzİNFO" mərkəzinin direktoru  Ramin 
								Mahmudzadə  idi. 1995-ci ilədək həmin mərkəz 
								informatika müəllimlərimizin  metodiki kömək 
								üçün müraciət edə bildiyi yeganə mərkəz idi. 
								
								Tədrisdə informatika fənninin inkişafına nəzər 
								salanda  yaddaqalan ən yaxşı hadisələrdən biri 
								də olimpiadalarla bağlıdır. 1987-ci ilin sonunda  
								informatika üzrə I Ümumittifaq Olimpiadasının 
								keçirilməsi qərara alındı. Respublikamızda isə 
								İnformatika üzrə ilk Respublika Olimpiadası 
								1990-cı ildə keçirildi. Belə ki, 1989/90-cı dərs 
								ilində əvvəlki illərdən fərqli olaraq 
								məktəblilərin fənn olimpiadalarının  təşkili və  
								keçirilməsinə xüsusi diqqət və əhəmiyyət 
								verilmiş, bir sıra əməli tədbirlər  görülmüşdü. 
								O zamankı Azərbaycan SSR Xalq Təhsili 
								Nazirliyinin  10 oktyabr 1989-cu il tarixli, 
								1100 nömrəli əmri ilə ciddi surətdə yenidən 
								işlənmiş "Məktəblilərin fənn olimpiadaları 
								haqqında Əsasnamə"  təsdiq edildi,  
								olimpiadaların coğrafiyası  daha da 
								genişləndirilərək olimpiada keçirilən fənlərin 
								sayı 4-dən 9-a  çatdırılmış (olimpiada keçirilən 
								fənlərin sırasına informatika da daxil edilmişdi),  
								olimpiadaların məktəb və rayon (şəhər) 
								turlarında  şagirdlərin VI sinifdən başlayaraq 
								iştirak etməsi nəzərdə tutulmuşdu. 
								
								 Hazırda respublikamızda  informatika üzrə 
								olimpiada  geniş vüsət almış, məktəblilər 
								arasında  daha  da populyarlaşmışdır. İndi 
								informasiya və kommunikasiya texnologiyalarına 
								aid digər müsabiqələr də  həm şagirdlər, həm də 
								müəllimlər arasında  keçirilir. Belə ki, 2008-ci 
								ildən şagirdlər arasında "Gənc kompüter 
								istedadları" müsabiqəsi müxtəlif nominasiyalar 
								üzrə, müəllimlər arasında "İnnovativ müəllimlər" 
								müsabiqəsi keçirilir. Lakin informatika üzrə 
								Məktəblilərin Respublika Olimpiadası həm 
								əhəmiyyətinə, həm də dövlət  dəstəyinə görə əsas 
								yer  tutur. Digər tərəfdən, bu olimpiadanın 
								qalibləri İnformatika üzrə Beynəlxalq 
								Olimpiadada respublikamızın şərəfini qoruyurlar. 
								
								Məktəblilərimiz İnformatika üzrə Beynəlxalq 
								Olimpiadada 1994-cü ildən iştirak edir. 
								Nailiyyətlərimiz aşağıdakı cədvəldə 
								verilmişdir:  
								
									
										|   | 
										
										
											
												| 
												 
												
												No  | 
												
												
												Qaliblərin adı, soyadı | 
												
												
												Olimpiadanın keçirildiyi ölkə | 
												
												
												İl | 
												
												
												Qazanılan medal | 
											 
											
												| 
												
												1 | 
												
												
												Seyidli Elnur | 
												
												
												Bolqarıstan | 
												
												
												1996 | 
												
												
												Bürünc | 
											 
											
												| 
												
												2 | 
												
												
												Neştun Denis | 
												
												
												Cənubi Afrika,  Keyptaun | 
												
												
												1997 | 
												
												 
												
												Bürünc  | 
											 
											
												| 
												
												3 | 
												
												
												Həsənov Tofiq | 
												
												
												ABŞ | 
												
												
												2003 | 
												
												
												Gümüş | 
											 
											
												| 
												
												4 | 
												
												
												İbrahimov Maqsud | 
												
												
												Yunanıstan | 
												
												
												2004 | 
												
												
												Bürünc | 
											 
										 
										 | 
										  | 
									 
								 
								
								
								Məsul
								
								
								katib
								
								
								kimi
								
								
								olimpiadanın
								
								
								münsiflər
								
								
								heyətinin
								
								
								sədri 
								
								
								Ramin 
								Mahmudzadənin 
								
								uzun
								
								
								illərdir
								
								
								ki,
								
								
								bu
								
								
								olimpiadaların
								
								
								yüksək
								
								
								səviyyədə
								
								
								təşkili
								
								
								və
								
								
								istedadlı
								
								
								uşaqların
								
								
								seçilməsinə 
								
								
								böyük
								
								
								qayğı
								
								
								və
								
								
								gərgin 
								əmək
								
								
								sərf
								
								
								etdiyinin 
								şahidi
								
								
								olmuşam. 
								
								
								İnformatikanın yalnız yuxarı təhsil pilləsində 
								tədrisinin kifayətləndirici olmaması bir çox 
								alim-pedaqoqlara, hətta ilk informatika 
								proqramını işləyib hazırlayan qrupun rəhbəri 
								A.P.Yerşova da aydın idi. 
								
								
								1990-cı ilin əvvəllərindən, yəni inormatika 
								kursunun tədris planına daxil edilməsindən cəmi 
								5 il sonra informatika təliminin yeni strukturu 
								haqqında müxtəlif eksperimentlər aparılmağa 
								başlanıldı. Yeni strukturun əvvəlkindən əsas 
								fərqi onda idi ki, təlimin məzmunundakı bir sıra 
								vacib məsələlər aşağı sinif şagirdləri üçün də 
								nəzərdə tutulurdu. 
								
								
								Hələ 90-cı illərdə məktəb təhsilinin müxtəlif 
								pillələri üçün informatika üzrə təlimin 
								məzmununun formalaşdırılmasına yanaşmalar 
								informatika təliminə aşağı siniflərdən 
								başlamaqla fasiləsiz təhsil tendensiyasına 
								yönəlmişdi.  
								
								
								Məktəb informatika kursunun ilk proqramının  
								işlənməsində əsas 3 (üç) bazis 
								anlayışına-informasiya, alqoritm və EHM-ə 
								istinad edilmişdi. EHM-də praktiki işlərin 
								aparılmasının təşkilindən asılı olaraq X sinifdə 
								kursun həcmi və məzmunu iki variantda (tam və 
								qısa) aparılırdı. EHM-i olan məktəblərdə əlavə 
								34 dərs saatı EHM-də müxtəlif riyazi və fiziki 
								məsələlərin həllinə, kompüterlərdə iş və onların 
								proqram təminatının tətbiqi vərdişlərinin 
								qazanılmasına verilirdi. 
								
								
								Kursun bu ilk variantının ətraflı 
								məntiqi-didaktik təhlili müəllimlər üçün xüsusi 
								hazırlanmış iki hissədən ibarət kitablarda 
								verilmişdi. 
								
								
								İlk proqramda konkret təlim məqsədi kimi 
								şagirdlərin kompüter savadlılığının (KS) 
								yüksəldilməsi qarşıya qoyulmuşdu. Lakin 
								müəllimlər üçün hazırlanmış ilk metodik kitabda 
								kompüter savadlılığının yüksəldilməsinin 
								şagirdlərin alqoritmik mədəniyyətinə (AM) "maşınla" 
								bağlı komponentləri əlavə etmək yolu ilə 
								mümkünlüyü təhlil edilirdi. Başqa sözlə, 
								alqoritmik mədəniyyətdən kompüter savadlılığına
								
								
								AM 
								
								Þ 
								KS 
								
								®… 
								
								
								keçidi təbii idi. 
								
								
								İlk proqramın tətbiqindən heç bir il keçməmiş 
								məlum oldu ki, məktəb informatika kursunun 
								tədrisi  məqsədlərini belə məhdudlaşdırmaq olmaz 
								və yaxın gələcək üçün bu məqsədlər 
								genişləndirilməlidir. Yeni məqsəd şagirdlərin 
								informasiya mədəniyyəti (İM) ilə bağlı idi. Onda 
								informatika üzrə təhsil məqsədlərini 
								
								AM 
								
								Þ 
								KS 
								
								Þ 
								İM 
								
								Þ…
								
								
								sxemi ilə vermək olar. 
								
								
								Sxemin sonundakı (E) məqsədlərin ildən-ilə 
								genişlənməsinin zəruriliyini göstərir. Məsələn, 
								müasir dövrdə məktəb informatika kursunun əsas 
								məqsədlərindən biri şagirdlərin yeni informasiya 
								və kommunikasiya texnologiyaları (İKT) ilə 
								tanışlığıdır. Yəni bu məqsədi həmin sxemə artıq 
								əlavə etmək olar.  AM
								
								
								Þ 
								KS 
								
								Þ 
								İM 
								
								Þ 
								İKT 
								
								Þ…
								
								
								Onu da qeyd edək ki, məktəb informatika kursunun 
								tədrisi məqsədlərinə belə təshihlər edilməsi 
								təkcə informatika elminin inkişafı ilə deyil, 
								həm də digər  amillərdən asılıdır. Gələcəkdə də 
								belə yeni məqsədlər ola bilər.  
								
								
								1990-cı ilədək hazırlanmış və istifadə edilən 
								proqramlarda kursun məzmunu üç fundamental 
								anlayışa - informasiya, alqoritm, EHM-ə 
								əsaslanırdı. 
								
								
								Ona görə də yeni şəraitə uyğun informatika 
								proqramının hazırlanması zərurəti nəticəsində 
								məqalə müəllifi-Akif Əliyev və Ramin Mahmudzadə, 
								Nəbi Mahmudov, Oqtay Nəbiyevin  daxıl olduğu 
								müəlliflər qrupu tərəfindən ümumtəhsil 
								məktəblərinin yeni informatika proqramları 
								hazırlanıb təsdiq edildi və  tətbiqinə 
								başlanıldı. 
								
								
								Yeni proqram müasir tipli kompüter texnikası 
								olan ümumtəhsil məktəblərinin V, X-XI sinifləri 
								üçün nəzərdə tutulmuş, həmçinin ümumtəhsil 
								məktəblərinin eksperiment aparılan I sinifləri 
								üçün informatika (məsələ və oyunlarda) kursunu 
								əhatə edirdi. Həmin proqramlara uyğun dərsliklər 
								olmadığından fənn müəllimləri əvvəlki dərsliyin 
								sonradan yenidən işlənmiş nəşrlərindən və rus 
								dilində olan dərs vəsaitlərindən istifadə etmək 
								məcburiyyətində idilər. 
								
								
								R.Ə.Əliyev, T.M.Əliyev, M.Ə.Salahlının IX-X 
								siniflər üçün hazırladıqları dərslikdə 
								alqoritmlər, kompüterin hesabı və məntiqi 
								əsasları, proqramlaşdırmanın əsasları, Beyzik 
								proqramlaşdırma dili, əməliyyat sistemləri 
								haqqında geniş məlumat verilirdi. Lakin yeni 
								proqramda olan məzmun tam əhatə olunmurdu. Ona 
								görə də yeni dərsliyin hazırlanması zərurəti 
								yaranırdı. 
								
								
								Azərbaycan Respublikası Təhsil Nazi 
								
								
								rliyi tərəfindən 2005-ci ildə təsdiq edilmiş 
								"2005-2006-cı dərs ili üçün ümumtəhsil 
								məktəblərinin tədris planı"nda "Riyaziyyat və 
								informatika" təhsil sahəsi üzrə informatikaya X 
								və XI  siniflərdə  həftədə 1 saat olmaqla cəmi 2 
								saat vaxt verilmişdi. Lakin tədris planına dair  
								qeydlərin 5-ci bəndində və 2.9-cu  alt-bəndində 
								həmin dərslərə əlavə saatların necə ayrılması 
								haqqında və eləcə də ixtisaslı kadrları və  
								müvafiq kompüter texnikası olan məktəblərin I  
								və V siniflərində fənnin tədrisi tövsiyə 
								olunurdu. 
								
								
								Ona görə də yeni tədris planına uyğun 
								informatika proqramının hazırlanması zərurəti 
								nəticəsində Ramin Mahmudzadə, Akif Əliyev, Nəbi 
								Mahmudov, Bilal Hüseynov, İradə Səfərovanın  
								daxıl olduğu müəlliflər qrupu tərəfindən 
								ümumtəhsil məktəblərinin I-XI sinifləri  üçün 
								yeni informatika proqramları hazırlanıb Təhsil 
								Nazirliyinin  30 dekabr 2004-cü il tarixli, 978 
								saylı əmri ilə  təsdiq edildi və  tətbiq 
								edilməyə başlanıldı. 
								
								
								Sonrakı illərdə də ayrı-ayrı lisey və 
								məktəblərdə ilk təşəbbüslər olmuş, Bakı şəhəri 
								Nəsimi rayonunun 41 nömrəli məktəbində V 
								sinifdən (Təhsil Nazirliyinin 11.09.2001-ci il 
								tarixli, 46-14-4546/16 nömrəli məktubu), Xətai 
								rayonu R.Məmmədov adına 269 nömrəli məktəbdə I 
								və V siniflərdə (məktəb direktorunun Azərbaycan 
								Respublikası Təhsil   Problemləri  İnstitutunun 
								direktoruna 25.06.2002-ci il tarixli, 35 nömrəli 
								məktubu) informatikanın məqalə müəllifinin də 
								daxil olduğu qrupun tərtib etdiyi eksperiment 
								proqramla tədrisinə başlamışdılar. 
								
								
								Lakin bütün bu təşəbbüslər müvafiq elmi-metodiki 
								araşdırmalar olmadan aparıldığından uğurla 
								nəticələnməmiş, yeni tədqiqat, dərslik və 
								didaktik vəsaitlərə ehtiyac yaranmışdı. 
								
								
								2005-ci idə V siniflər üçün  ilk dəfə Azərbaycan 
								dilində informatika dərsliyi məqalə müəllifinin 
								də daxil olduğu müəlliflər qrupu tərəfindən 
								hazırlanıb istifadəyə verildi və bu dərslik indi 
								də istifadə olunur. 
								
								
								2006-cı ildən başlayaraq informatika fənni I 
								sinifdən tədris edilməyə başlandı və 
								R.Mahmudzadə, İ.Sadıqov və başqalarının daxil 
								olduğu müəlliflər qrupu tərəfindən I-IV, VI-XI 
								siniflər üçün informatika dərslikləri, eləcə də 
								müvafiq metodiki vəsaitlər hazırlanıb 
								şagirdlərin istifadəsinə verilmişdi. 
								
								
								Təhsil Sektorunun İnkişafı Layihəsinə 
								əsasən,"Ümumi təhsilin keyfiyyəti və real 
								tələbatlara uyğunluğu" komponenti çərçivəsində "Kurikulum 
								islahatı" alt-komponenti üzrə icra planına uyğun 
								olaraq Təhsil Nazirliyinin  08.02.2006-cı il 
								tarixli, 87 nömrəli əmri ilə bütün fənlər, o 
								cümlədən informatika fənn kurikulumunun və 
								müvafiq qiymətləndirmə standartlarının  
								hazırlanması məqsədilə işçi qrupu yaradıldı. 
								Qrupa BDU-nun kafedra müdiri Ələkbər Əliyev, 
								alimlərdən Ramin Mahmudzadə, Zemfira Tağıyeva, 
								Əlövsət Əliyev, Firudin Ağayev, Bilal Hüseynov, 
								metodistlərdən Akif Əliyev, Hidayət Tağıyev, 
								fənn müəllimlərindən Aygün Əzizova, Mətanət 
								Əhmədova, Fatma Hacıyeva, Valid Məhərrəmov və 
								başqaları daxil idi. Həmin qrup  I-IV siniflər 
								üçün informatika fənn kurikulumunu hazırladı, 
								nazirliyin müvafiq əmri ilə 2007-2008-ci tədris 
								ilindən həmin kurikulum  eksperiment qaydasında  
								bir neçə məktəbdə tətbiq edilməyə başladı. 
								2008-2009-cu tədris ilindən başlayaraq bütün 
								ümumtəhsil məktəblərinin I siniflərində həmin 
								kurikulum tətbiq edilməyə başlanıb və hər il  
								ardıcıl olaraq  hər sinif üçün bu kurikuluma 
								uyğun Ramin Mahmudzadə, İsmayıl Sadıqov, Naidə 
								İsayeva və başqaları daxil olan müəlliflər qrupu 
								tərəfindən hazırlanmış dərslik, işçi dəftəri və 
								metodik vəsaitdən istifadə olunur. Növbəti dərs 
								ilində  IV siniflər yeni kurikulumla tədrisə 
								davam ediləcəkdir. 2009-cu ildə isə V-XI 
								siniflər  üçün informatika fənn kurikulumu 
								hazırlanaraq layihə şəklində "Azərbaycan 
								müəllimi" qəzetinin 12 iyun 2009-cu il tarixli 
								nömrəsində çap edilmişdir. 
								
								
								Yuxarıda qeyd etdiyimiz kimi, fənnin tədrisində 
								olan problemlərdən biri məktəblərin texnika ilə, 
								informasiya və kommunikasiya texnologiyaları ilə  
								təminatı idi. 
								
								
								Əvvəla respublikamızda ilk dəfə yalnız 1991-ci 
								ildə elektron poçt xidmətindən istifadə olunmağa 
								başlanıb. İnternet bağlantısı Rusiyanın "Relcom" 
								şirkətinə məxsus  kanallar vasitəsilə həyata 
								keçirilib. İnternet bağlantısının sürəti isə  
								cəmi 9600 Kbit/s  olub, "Relcom" şirkəti özü isə 
								Avropanın EUNet şəbəkəsi vasitəsilə İnternet 
								şəbəkəsinə 2Mbit/s sürətlə bağlanırdı. 
								
								
								1995-ci ilin əvvəllərində Azərbaycan Milli 
								Elmlər Akademiyasının ASU laboratoriyasında 
								Azərbaycanda ilk dəfə olaraq İnternetə qoşulma 
								həyata keçirilib. İnternet bağlantısı üçün 
								Türkiyə kanallarından istifadə edilib və 
								bağlantının sürəti 9600 Kbit/s olub. İndi 
								ölkəmizin  bir çox elmi-tədqiqat institutlarını, 
								elm, təhsil müəssisələrini birləşdirən AZRena 
								şəbəkəsinin özəyi də məhz  AMEA-nın həmin qurumu 
								tərəfindən qoyulub. 
								
								
								1996-cı ildə İntrans şirkəti tərəfindən  
								Azərbaycanda ilk dəfə olaraq  kommersiya 
								məqsədli İnternet  xidmətləri təklif edilməyə 
								başlanıb və İnternetə  qoşulmaq üçün Rusiyanınn 
								kanallarından istifadə edilib. İlkin dövrlərdə  
								qoşulma sürəti 64 Kbit/s olub.  Məktəblərimizin 
								İnternet şəbəkəsinə qoşulmasında vahid 
								koordinasiya sistemi yox idi. 
								
								
								Azərbaycan Respublikasının Prezidenti cənab 
								İlham Əliyevin 21 avqust 2004-cü il tarixli, 355 
								nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 
								Respublikasında ümumtəhsil məktəblərinin 
								informasiya və kommunikasiya texnologiyaları ilə 
								təminatı Proqramı (2005-2007-ci illər)" bu 
								istiqamətdə atılmış ən əhəmiyyətli addım oldu. 
								
								
								 Üçillik Proqram çərçivəsində  2005-2007-ci 
								illərdə 3693 məktəb 31677 kompüter, 1103 noutbuk 
								və proyektor dəsti, 2059 UPS, 2060 çap qurğusu 
								və digər İKT avadanlığı, 28661 masa, 23346 stul 
								ilə təchiz olunmuş, 1722 kompüter sinfi 
								yaradılmışdır. 1851 dəst şəbəkə avadanlığı 
								quraşdırılmışdır. Proqrama müvafiq olaraq 14 
								minə yaxın müəllim  İKT üzrə treninqlərdən 
								keçmişdir. V-XI siniflərdə hər 29 şagirdə  1 
								kompüter nisbəti təmin edilmişdir. 
								
								
								 Ölkəmizin tarixində ilk dəfə olaraq Azərbaycan 
								tarixi, biologiya, fizika və kimya fənləri üzrə 
								elektron tədris resursları (multimedia CD) və 
								əyani vəsaitlər hazırlanıb məktəblərə 
								çatdırılmışdır. Bununla da Azərbaycan təhsil 
								sistemində İKT infrastrukturunun inkişafı və 
								İKT-nin tətbiqinin müasir standartlar 
								səviyyəsinə çatdırılması prioritet istiqamətə 
								çevrilmişdir. 
								
								
								Beynəlxalq təşkilatlarla əməkdaşlıqla yanaşı, 
								Təhsil Nazirliyi İKT-nin təhsil sistemində 
								tətbiqi üzrə dünyanın qabaqcıl ölkələrinin 
								təcrübəsindən də yararlanır. "Helwett Packard" 
								(HP) şirkətinin maliyyə dəstəyi ilə 2006-cı ilin 
								iyununda Təhsil Nazirliyinin nümayəndə heyəti 
								Böyük Britaniyanın Belfast şəhərində "Elektron 
								təlimi sahəsində innovasiyalar" mövzusunda 
								keçirilən beynəlxalq seminarda iştirak etmişdir.
								 
								
								
								"İntel" şirkəti uzun illərdir ki, dünyada 
								İKT-nin təhsil sistemində səmərəli tətbiqinə 
								yönəlmiş proqramlar həyata keçirir. "Gələcək 
								üçün təhsil" "İntel"in dünyada həyata keçirdiyi 
								7 innovasiya proqramından biridir. Proqram 
								ümumtəhsil, texniki peşə məktəblərinin və 
								pedaqoji ali  məktəblərin müəllimlərinin 
								ixtisasının artırılmasına yönəlmişdir. Bu 
								proqram dünyanın 37 ölkəsində uğurla həyata 
								keçirilir. Rusiya və Ukraynadan sonra Azərbaycan 
								MDB məkanında 3-cü ölkədir ki, bu proqrama 
								qoşulmuşdur.  
								
								
								 2005-ci ildə Mingəçevir şəhərində "KÜR" 
								Elektron Avadanlıqları Zavodu yaradılmış və indi 
								məktəblərimiz həmin zavodun istehsal etdiyi 
								kompüterlərlə təmin olunur. 
								
								
								 İKT yalnız ümumi orta təhsil sistemində deyil, 
								ali təhsil müəssisələrində də geniş tətbiq 
								olunur. Hazırda kadr hazırlığını İKT üzrə 
								bacarıqlar aşılamadan həyata keçirmək mümkün 
								deyildir. İndi respublikamızın ali və orta 
								ixtisas məktəblərində informasiya və 
								kommunikasiya texnologiyaları  sahəsində 
								ixtisaslar üzrə kadrlar hazırlanır. Bakı Dövlət 
								Universitetində, ADNA, ADPU, AMİ və digər ali 
								məktəblərdə, Bakı Kompüter Kollecində 
								informatika ixtisası üzrə həm müəllim, həm də 
								mühəndis kadrları hazırlanır.   
								
								
								Respublikamız müstəqillik qazandıqdan sonra İKT 
								üzrə qanunvericilik bazası da genişləndirilmış, 
								Prezident fərman və sərəncamları ilə  bir sıra 
								sənədlər qəbul edilmişdir. 
								
								
								Beləliklə, ötən 25 il ərzində informatika üzrə 
								məktəb kursu daim yeniləşir və təkmilləşdirilir. 
								Perspektivdə isə görüləsi hələ çox işlər var. 
								Apardığımız araşdırmalar aşağıdakı  təklifləri 
								irəli sürməyə imkan verir: 
								
								
								1. İnformatika kursunun məzmunu və tədrisi 
								yolları daim yeniləşdirilməli və tətbiqi proqram 
								təminatından asılı olaraq zənginləşdirilməlidir. 
								
								
								2. İnformatika kursunun həm kurikulumu, həm  də 
								proqram-metodiki sistemi daim təkmilləşdirilməli 
								və yeniləşdirilməlidir. 
								
								
								3. Müəllimlərin hazırlığının məzmunu həm ali və 
								orta ixtisas məktəblərində, həm də 
								ixtisasartırma mərhələsində daim yeniləşməli və 
								zənginləşdirilməlidir. Xüsusilə ali məktəblərin 
								ibtidai təhsilin pedaqogikası və metodikası 
								ixtisası üzrə müəllim hazırlığının məzmununa 
								informatika üzrə daim yeniləşən biliklərin daxil 
								edilməsi vacibdir. 
								
								
								4. İnformatika üzrə fasiləsiz təhsil 
								konsepsiyası, fənnin kurikulumu istiqamətlərində 
								işlər davam etdirilməlidir. 
								
								
								5. Məktəblərin İnternetə qoşulması işi davam 
								etdirilməli, İnternetdən istifadə zamanı 
								uşaqların təhlükəsizliyi məqsədilə  arzuolunmaz 
								kontentin filtrasiyasından istifadə edilməlidir. 
								
								
								Sonda qeyd edim ki, informatika sahəsinə  daim 
								dövlət qayğısının göstərilməsi bu sahədə  
								müəllimlərimizin  gələcəkdə də yeni uğurlar 
								qazanmasına inam yaradır.  
								
								
								
								Akif ƏLİYEV, 
								Təhsil Nazirliyinin TİMS  
								şöbəsinin baş məsləhətçisi,  
								
								akif_aliev@mail.ru  |