| 
								 
								 Birincilərin 
								"Bilik" bayramını Bakıdakı 27 nömrəli orta 
								məktəbin I "e" sinfində müşahidə etdik. 
								Al-əlvan, zövqlə  tərtib edilmiş  sinif otağında 
								balacalar əlifba sırası ilə düzülmüşdülər. 
								Onların sinəsini  müxtəlif rənglərdə olan 
								rəqəmlər, hərflər, məktəb ləvazimatlarının 
								maketləri bəzəyirdi.  Azərbaycanın Dövlət himni 
								ilə başlayan tədbirdə birincilər ana, Vətən, 
								torpaq, dostluq haqqında şeirlər söyləyib, 
								mahnılar oxudular. İstedad, bilik və 
								bacarıqlarını  məharətlə nümayiş etdirən  
								birincilərin çıxışları tədbirdə iştirak edən  
								müəllim və valideynləri uşaq dünyasının 
								əsrarəngiz gözəlliyinə, nağıl dünyasına 
								qovuşdurdu. Bu qürur hissini  hamıdan çox 
								yaşayan birincilərin sevimli müəllimi Aynur 
								Abdullayeva oldu. Çünki bu şənlik  həm də 
								onların hesabat tədbiri idi.    
								
								Birincilərdən Rüfət, Riyad, Fərhad, Banu, 
								Məryəm, Ruqiyə, İmran, Nicat və başqaları 
								"Buratino", "Molvina" səhnəciklərini, eləcə də  
								müxtəlif dünya xalqlarının milli rəqslərini ifa 
								etdilər. "Cücələrim" rəqsi isə iştirakçılarda  
								xoş ovqat yaratdı. 
								
								 Məktəbin direktoru Cəmilə Ramazanova  və  
								başqaları şənliyin təşkilatçısı Aynur 
								Abdullayevaya minnətdarlıqlarını bildirib, 
								balacalara öz istək və arzularını  çatdırdılar.  
								  
								
								
								
								Sifai SƏFƏROVA  | 
								  |