| 
								 
								 Rusiya 
								Federasiyasında artıq 2 ildir ki, ali 
								məktəblərin reytinqi açıqlanır. Ölkənin nüfuzlu 
								xəbər agentliklərindən hesab olunan "İnterfaks" 
								agentliyi və "Exo Moskvı" radiostansiyası 2 
								ildir ki, davamlı olaraq Rusiyanın ali 
								məktəblərinin reytinqini təşkil edirlər. Ötən 
								ilki reytinq ali məktəbləri 2 kateqoriya üzrə - 
								klassik və hüquq universitetləri və digər 
								kateqoriyalardan 50 ali təhsil ocağı üzrə təhlil 
								edib. 
								
								Cari ildə tədqiq olunan obyektlərin tərkibi 
								genişləndirilib. Klassik universitetlərdən başqa 
								reytinqə milli tədqiqat universitetləri (həm 
								tədqiqat, həm də təhsil müəssisəsi hesab 
								olunanlar) də cəlb olunub. Bütövlükdə bu 
								qəbildən olan universitetlər sırasına 29 elmi 
								tədqiqat universiteti daxil olub. Ötən il RF-də 
								"Müəllim ili" olduğundan pedaqoji, humanitar, 
								linqvistik  ali məktəblərin reytinqi də tərtib 
								olunub. 2011-ci ilin reytinq cədvəli 104 
								universitet və 71 pedaqoji ali məktəbi əhatə 
								edir. Reytinq cədvəli tərtib olunarkən 
								universitetlərin innovasiya və tədqiqatçılıq 
								fəaliyyətinə xüsusi diqqət yetirilib. Metodoloji 
								kriteriya kimi "İnnovasiya və elmi işlərin 
								kommersiyalaşdırılması" əsas götürülüb. Reytinq 
								cədvəlinə əsasən ilk beşliyə aşağıdakı 
								universitetlər daxildir: M.V.Lomonosov adına 
								Moskva Dövlət Universiteti, Sankt-Peterburq 
								Dövlət Universiteti, Moskva Fizika Texnika 
								İnstitutu (elmi tədqiqat statuslu), Rusiya 
								Xalqlar Dostluğu Universiteti, Novosibirsk və 
								Tomsk Dövlət universitetləri (5-6-cı yerləri 
								bölüşürlər). Reytinq cədvəlinin tərtib olunması 
								metodologiyasında dəyişikliklərdən sonra ilk 
								onluğa Bauman və Sankt-Peterburq Politexnik, 
								Sibir Federal universitetləri də daxil olublar. 
								
								Ali məktəblərin reytinqi abituriyentlər  və 
								onların valideynləri üçün əhəmiyyət kəsb edir. 
								Reytinq bu və ya digər universitetin nə dərəcədə 
								keyfiyyətli  təhsil verməsini göstərir. Nüfuz 
								cədvəli həm də işəgötürənlər üçün də kadrların 
								seçimində oriyentir hesab oluna bilər. Ali 
								məktəblərin özləri də reytinq cədvəlinin 
								açıqlanmasında maraqlıdırlar. Bu, onlara öz 
								işlərini daha yaxşı qurmağa və fəaliyyətlərinin 
								keyfiyyətini yüksəltməyə imkan verir. 
								
								 RF-də hesab edirlər ki, reytinq cədvəli milli 
								təhsil sisteminin beynəlxalq rəqabət 
								qabiliyyətinin güclənməsinə xidmət edir.  |