| 
				
				
				
				
				
				
		 | 
		
				
					
						
				
					
						| 
						  | 
						 
					
						| 
						
												 | 
						 
					
						
						
							
	
		| 
		 
		Londonda 
		Kembric və Oksford universitetləri ilə rəqabət aparacaq özəl universitet 
		yaradılır  | 
	 
	 
 | 
							 
							 
						 | 
						 
					
						| 
						
						 | 
						 
					
						
						
							
								| 
								 
								Böyük Britaniyada universitetlər arasında 
								rəqabət güclənir.  "The Sunday Times" qəzetinin 
								yazdığına görə, Londonda Kembric və Oksford 
								universitetləri ilə rəqabət apara biləcək yeni 
								özəl universitet yaradılır. Filosof Ey Si 
								Qreylinq bir sıra sponsorlardan Yeni Humanitar 
								Kollecin (New College of the Humanities) 
								yaradılması barədə çoxmilyonluq qrant alıb. Bu 
								kollec öz strukturuna görə Amerikanın azad 
								incəsənət kolleclərini xatırladacaq.  Kollecdə 
								tədris işinə Böyük Britaniyanın 14 "ulduz" 
								professoru cəlb olunacaq. Onların arasında 
								təkamülçü bioloq Riçard Dokinz, 
								psixoloq-koqnitivist Stiven Pinker, tarixçilər 
								Devid Kennadeyn və Nial Ferqyuson, genetik Stiv 
								Cons, Oksfordun keçmiş professoru Kristofer Riks 
								var. Yeni kollec tələbə qəbulu üzrə ərizələrin 
								qəbuluna iyuldan başlayacaq. 3 illik universitet 
								kursu isə 2012-ci ildən start götürəcək. İl 
								ərzində 375 tələbə qəbul olunacaq. Tələbələrə 
								ingilis dili, tarix, iqtisadiyyat, fəlsəfə və 
								hüquq tədris olunacaq. Tələbələr 1 əsas və 2 
								əlavə profil seçəcəklər. Təhsil haqqı dövlət ali 
								məktəbləri üçün olan haqdan 2 dəfə artıq olacaq. 
								Professorlar digər ali məktəblərdəki 
								həmkarlarından 25 faiz artıq maaş alacaqlar.  | 
								  | 
							 
						 
						 | 
						 
					
						| 
						  | 
						 
					
						| 
						
						 | 
						 
					 
						 | 
						 
					 
								 | 
		
								
									
										
						
						
						
						
						
						
							
						
							
				|   | 
							 
							
				|   | 
							 
							
				| 
 
BİZ 
TORPAQLARIMIZA QAYIDACAĞIQ!  | 
							 
							
				
						
							
								| 
								
								
								XANKƏNDİ | 
								
								
								
								26.12.1991 | 
							 
							
								| 
								
								
								XOCALI | 
								
								
								
								26.02.1992 | 
							 
							
								| 
								
								
								ŞUŞA | 
								
								
								
								08.05.1992 | 
							 
							
								| 
								
								
								LAÇIN | 
								
								
								
								18.05.1992 | 
							 
							
								| 
								
								
								XOCAVƏND | 
								
								
								
								02.10.1992 | 
							 
							
								| 
								
								
								KƏLBƏCƏR | 
								
								
								
								04.04.1993 | 
							 
							
								| 
								
								
								AĞDƏRƏ | 
								
								
								
								07.07.1993 | 
							 
							
								| 
								
								
								AĞDAM | 
								
								
								
								23.07.1993 | 
							 
							
								| 
								
								
								CƏBRAYIL | 
								
								
								
								23.08.1993 | 
							 
							
								| 
								
								
								FİZULİ | 
								
								
								
								23.08.1993 | 
							 
							
								| 
								
								
								QUBADLI | 
								
								
								
								31.08.1993 | 
							 
							
								| 
								
								
								ZƏNGİLAN | 
								
								
								
								29.10.1993 | 
							 
						 
								 | 
							 
							
				|   | 
							 
							
| 
						  | 
							 
						 
 | 
							 
						 
						
							
| 
														
												
										 | 
							 
							 
						
										 | 
									 
								 
								 |