| 
								 
								  İyulun 
								12-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və 
								Yenidənhazırlanma İnstitutunda sosial iş, 
								Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və 
								informatika, psixologiya və məktəbəqədər 
								tərbiyəçi ixtisasları üzrə institutu bitirən 
								müdavimlərə həsr olunmuş "məzun günü" keçirildi. 
								Tədbirdə institutun professor-müəllim heyəti ilə 
								yanaşı, məzunlar və qonaqlar iştirak edirdilər. 
								
								Tədbiri giriş sözü ilə açan BPKİYİ-nin rektoru, 
								professor Asəf Zamanov məzunları əlamətdar gün 
								münasibətilə təbrik edərək, onlara gələcək 
								həyatlarında uğurlar arzuladı. Bildirdi ki, 
								"məzun günü" institutun tarixində ilk dəfə 
								keçirilir və bunun ənənəyə çevrilməsi nəzərdə 
								tutulub. Əsası ulu öndər Heydər Əliyev 
								tərəfindən qoyulan təhsil islahatlarının 
								uğurlarından söz açan professor A.Zamanov 
								ümummilli liderin layiqli davamçısı Prezident 
								İlham Əliyevin elmə, təhsilə daim böyük önəm 
								verdiyini və bu sahələrin inkişafı ilə bağlı 
								imzaladığı sərəncamların əhəmiyyətindən danışdı. 
								2010-2011-ci tədris ilində Təhsil Nazirliyinin 
								müvafiq əmr və sərəncamlarına uyğun olaraq 
								institutda 5 ixtisas üzrə (sosial iş, Azərbaycan 
								dili və ədəbiyyat, riyaziyyat və informatika, 
								psixologiya və məktəbəqədər tərbiyəçi) 
								yenidənhazırlanma təhsilinə müdavimlər qəbul 
								edilmişdi. İnstitut rəhbərliyi və pedaqoqlar 
								tədris prosesində müdavimlərin təhsilinə yüksək 
								tələbkarlıqla yanaşmış, dərsə səthi yanaşan 
								müdavimlər institutdan  kənarlaşdırılmışlar. 
								Bunun məntiqi nəticəsi kimi tədris zamanı  
								keçirilən monitorinqlər nəticəsində yüksək 
								keyfiyyət nəticələri əldə olunmuşdur. 
								Yeniliklərdən biri də ondan ibarətdir ki, sosial 
								iş ixtisası üzrə təhsil respublika səviyyəsində 
								ilk dəfə məhz bu institutda həyata keçirilib. 
								Belə bir məsuliyyətli işi instituta həvalə 
								etməsinə görə təhsil naziri Misir Mərdanova 
								institutun professor-müəllim heyəti adından 
								minnətdarlığını bildirən rektor A.Zamanov 
								vurğuladı ki,  bu etimadı doğruldacağımıza 
								ümidvaram. Buraxılış imtahanlar ında 
								imtahan komissiyası sədrlərinin fəaliyyətlərini 
								yüksək qiymətləndirən A.Zamanov Milli Məclisin 
								üzvləri Hadı Rəcəbli, Bəxtiyar Əliyev başda 
								olmaqla professorlar Sabir Mirzəyev, Fərrux 
								Rüstəmov və Adil Babayevə təşəkkürünü bildirdi. 
								Qeyd etdi ki, yüksək təşkilati səviyyədə keçən 
								buraxılış imtahanlarının nəticələrinə görə 112 
								müdavim təhsili uğurla başa vurmuş, bir nəfər də 
								"qeyri-kafi" qiymət almamışdır. Məzunlara 
								respublikamızın gələcək həyatında əsl Azərbaycan 
								vətəndaşı kimi xidmət etməyi, təhsilimizi daha 
								da ucalara qaldırmağı tövsiyə edən professor 
								A.Zamanov onların institutun adını şərəflə 
								təmsil edəcəklərinə ümidvar olduğunu bildirdi. 
								
								Çıxış edənlər institutun tədris işləri üzrə 
								prorektoru, pedaqogika üzrə fəlsəfə doktoru 
								Möhsün Alışov, filologiya üzrə fəlsəfə doktoru 
								Aydın Paşayev, dosent Allahverdi Eminov və 
								başqaları məzunlara uğurlar arzuladılar. 
								
								Sonda professor A.Zamanov institutu fərqlənmə 
								ilə bitirənlərə diplomlar təqdim etdi. Xatirə 
								şəkilləri çəkildi.  
								
								
								
								Niyazi RƏHİMOV   | 
								  |