| 
								 
								Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq 
								2011-2012-ci dərs ilində respublikanın 
								ümumtəhsil məktəblərinin I siniflərində dərs 
								deyəcək, həmçinin son üç ildə fənn 
								kurikulumlarının tətbiqi üzrə kursdan keçməyən 
								ibtidai sinif müəllimləri üçün iyun-avqust 
								aylarında təlim kurslarının təşkil edilməsi 
								nəzərdə tutulub. 
								
								Hazırda Lerik rayonunda da həmin kurslar 
								keçirilir. İki mərhələdə təşkil olunmuş 
								kursların I mərhələsi 4-14 iyul 2011-ci il, II 
								mərhələsi isə 18-29 iyul 2011-ci il tarixlərində 
								keçirilməsi nəzərdə tutulub. Artıq I mərhələdə 
								məşğələlər yekunlaşmış, 51 sinif müəllimi 
								kursdan keçmişdir. Qeyd edək ki, məşğələləri 
								"İnkişaf" Elmi Mərkəzinin müəllimləri Məlahət 
								Şirinova və Sevinc Hüseynova aparır. 
								Məşğələlərin yüksək səviyyədə keçirilməsi üçün 
								Lerik RTŞ tərəfindən hər cür şərait yaradılmış, 
								onun keçirildiyi otaqlar texniki təlim 
								vasitələri ilə təchiz olunmuşdur. İştirak edəcək 
								müəllimlər dəqiqləşdirilmiş, rayon mərkəzindən 
								uzaqda yerləşən məktəblərdən gələnlər üçün 
								yataqxana təşkil olunmuşdur. 
								
								Kursun sonunda müəllimlərə Təhsil Nazirliyi 
								tərəfindən müəyyən edilmiş vahid formada 
								sertifikat veriləcək.  
								
								
								
								H.MİRZƏYEV, 
								Lerik RTŞ-ın metodisti  |