| 
								 
								Azərbaycan Respublikası Prezidentinin 
								"Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət 
								Proqramının təsdiq olunması haqqında" 07 iyul 
								2011-ci il tarixli, 1621 nömrəli  Sərəncamının 
								icrasını təmin etmək məqsədilə  
								
								
								
								ƏMR EDİRƏM:  
								
								1. "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" 
								Dövlət Proqramı"ndan irəli gələn vəzifələrin 
								icrası ilə bağlı Təhsil Nazirliyinin tədbirlər 
								planı təsdiq edilsin (əlavə olunur). 
								
								2. Nazirliyin icraya məsul strukturlarının, 
								yerli təhsili idarəetmə orqanlarının, təhsil 
								müəssisələrinin rəhbərləri planda nəzərdə 
								tutulan tədbirlərin icrasını təmin etsinlər və 
								görülmüş işlər barədə hər ilin dekabr ayının 
								5-dək nazirliyin rəhbərliyinə hesabat versinlər.
								 
								
								3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) 
								əmri "Azərbaycan müəllimi"  qəzetində dərc 
								etdirsin, bu əmri tədbirlər planı ilə birlikdə 
								nazirliyin İnternet səhifəsində yerləşdirsin. 
								
								4. Ümumi şöbə (X.Fərəcov) əmr və tədbirlər 
								planının çoxaldılıb yerlərə çatdırılmasını təmin 
								etsin.  
								
								6. Əmrin icrasına nəzarət nazir müavini 
								E.Qasımova həvalə edilsin.    
								
								
								
								Misir MƏRDANOV, 
								Azərbaycan Respublikasının təhsil naziri 
								8 avqust 2011-ci il   |