| 
								 Gənclər üçün 
								Təhsil Mərkəzi (GTM) "Azərbaycanın təhsil 
								kataloqu"nu hazırlayır.  GTM-dən AzərTAc-a 
								bildirmişlər ki, ölkədə ilk dəfə hazırlanacaq 
								kataloqun əsas məqsədi təhsillə əlaqədar olan 
								bütün qurumlar, onların fəaliyyətləri və təklif 
								etdikləri xidmətlər, əlaqə vasitələri və s. 
								haqqında daha rahat məlumat əldə etməkdir.
								 
								Kataloqda 
								yalnız təhsil müəssisələri deyil, eyni zamanda 
								təhsil sahəsi ilə bağlı olan QHT və KİV-lər, 
								kommersiya şirkətləri və kurslar haqqında 
								informasiyalar da yer alacaqdır.  
								Mərkəzin 
								informasiya bölməsindən verilən məlumata görə, 
								kataloqun hazırlanması üçün 7 nəfərlik işçi 
								qrupu yaradılmış və onlar bu sahədə müvafiq 
								işlərə başlamışlar.  Cari ilin sonunadək 
								tamamlanması nəzərdə tutulan kataloq pulsuz 
								paylanacaqdır.   |