| 
								 
								  Təhsil 
								Nazirliyindən aldığımız məlumata görə, 
								2011-2012-ci dərs ilində ölkənin ümumtəhsil 
								məktəblərinin I sinfinə 124274 şagirdin qəbul 
								olunacağı gözlənilir. Məlumatda bildirilir ki, 
								2010 - 2011-ci dərs ilində ölkə üzrə I sinif 
								şagirdlərinin sayı 120420 nəfər olub. 
								2009-2010-cu  tədris  ilində isə  bu göstərici 
								118947 nəfər olmuşdur. 
								Yeni dərs 
								ilində Bakı şəhəri üzrə ümumtəhsil məktəblərinin 
								I sinfinə 33464 şagirdin qəbulu gözlənilir. Ötən 
								tədris ilində bu rəqəm 32812 nəfər  olub. 
								Məlumat üçün 
								bildiririk ki, təhsil nazirinin müvafiq əmri ilə 
								təsdiq olunmuş "Qaydalar"a əsasən, ümumtəhsil 
								məktəblərinə, bir qayda olaraq, hər il 
								sentyabrın 15-dək 6 yaşı tamam olmuş əqli və  
								fizioloji cəhətdən sağlam uşaqlar qəbul 
								edilirlər. 6 yaşı sentyabrın 15-dən  oktyabrın 
								sonunadək tamam olmuş uşaqlar məktəbdə 
								yaradılmış komissiyanın rəyi əsasında vaxtından 
								əvvəl I sinfə qəbul edilirlər. Noyabr ayı 
								ərzində 6 yaşı tamam olmuş xüsusi istedadı ilə 
								fərqlənən uşaqların vaxtından əvvəl I sinfə   
								qəbuluna isə  avqustun əvvəlindən sentyabrın 
								10-dək Təhsil Nazirliyində yaradılmış komissiya 
								tərəfindən baxılıb müvafiq qərar qəbul edilir.  
								
								
								Şakir CƏFƏROV   |