| 
								 
								 ABŞ-ın 
								Alabama Hantsvill Universitetinə dəvət olunmuş 
								azərbaycanlı tələbələr İREX-in "İctimai 
								məsuliyyət üzrə Azərbaycan tələbə liderləri üçün 
								Birləşmiş Ştatlar institutu tədrisi" (SUSI) 
								layihəsi çərçivəsində "Azərbaycan günü" 
								keçirmişlər.  
								AzərTAc xəbər 
								verir ki, universitetin "Frank Franz Hall" 
								zalında 100-dək xarici qonağın iştirakı ilə 
								keçirilən tədbir "Yallı" rəqs musiqisi ilə 
								başlanmışdır.  
								Azərbaycanlı 
								tələbələr Samir Qədirov və Linara Əliyeva 
								ölkəmiz haqqında təqdimatla çıxış etmişlər. 
								Təqdimatda Azərbaycanın tarixi, mədəniyyəti, 
								coğrafiyası, musiqisi, milli geyimləri, milli 
								mətbəxi, atributları və şəhərləri haqqında geniş 
								məlumat verilmişdir.  
								Tədbirin bədii 
								hissəsində Könül Hüseynova Cəmilə Əhmədzadənin 
								ifa etdiyi "Sarı  gəlin"  xalq  mahnısının 
								sədaları altında milli rəqslərimizdən ibarət 
								kompozisiya   göstərmişdir.  
								Sonra qonaqlar 
								Azərbaycan mətbəxinin ləziz nümunələri ilə 
								bəzədilmiş süfrəyə dəvət olunmuşlar.  
								Qeyd edək ki, 
								SUSI layihəsi İREX Azərbaycan və ABŞ Dövlət 
								Departamentinin Təhsil və Mədəniyyət Bürosu 
								tərəfindən təşkil olunmuşdur. Layihədə iştirak 
								etmək üçün Azərbaycanda fəaliyyət göstərən 
								universitetlərin I-III kurs tələbələri arasından 
								23 nəfər seçilmişdir.  
								Layihənin əsas 
								məqsədi Azərbaycan gənclərini ictimai 
								məsuliyyətdə daha fəal iştirak etmək üçün 
								maarifləndirmək, Amerika institutları proqramını 
								tədris etmək və iki ölkə arasında mübadiləni 
								genişləndirməkdir.  
								Layihə 
								çərçivəsində gənclərin əvvəlcə Alabamaya, sonra 
								isə Arizona ştatına və Vaşinqtona səfərləri 
								nəzərdə tutulmuşdur. Hər ştatda Azərbaycanla 
								bağlı xüsusi bir günün keçirilməsi 
								planlaşdırılmışdır.   |