| 
								 
								"SOS-Azərbaycan" uşaq kəndində yaşayan 20 uşaq 
								yay tətili günlərini səmərəli və mənalı  
								keçirib. Onlar  Quba Özəl Türk Liseyinin 
								ərazisində təşkil olunan "Şahinlər" yay 
								istirahət düşərgəsində  dincəliblər. SOS  uşaq 
								kəndinin sakini,  XXI Əsr Beynəlxalq  Təhsil və 
								İnnovasiya Mərkəzinin VII sinif şagirdi  Əziz 
								Rəhimli   öz təəssüratlarını bizimlə bölüşüb 
								dedi: 
								- Getdiyimiz 
								gün liseyin qarşısındakı uca dağa çıxaraq  
								müstəqil Azərbaycan  Respublikasının üçrəngli 
								bayrağını  dağın zirvəsinə sancdıq. 15 gün 
								ərzində  yaxşı gəzib istirahət etdik, idmanın 
								müxtəlif növləri ilə  məşğul olduq. Avtomat 
								silahı  söküb-yığmağı öyrəndik. Hərbi maşınlar 
								və döyüş texnikası ilə  yaxından tanış olduq.
								 
								Biz Quba 
								məzarlığında  vəhşi ermənilərin törətdiyi  
								soyqırımı qurbanlarının  xatirəsini yad etdik. 
								Qubada bizimlə bərabər  müxtəlif ailələrdən 
								olan  uşaqlar da var idi. Biz onlarla birgə  
								dincəlirdik, gəzintilərə gedirdik, bu da bizim 
								cəmiyyətə  interqasiya etməyimizə, ünsiyyət 
								qurmağımıza, özümüzə  yeni-yeni dostlar  
								tapmağımıza  şərait yaradırdı. Birgə yarışlarda 
								iştirak edirdik. Fərqlənən uşaqlara  hədiyyələr, 
								diplomlar və  medallar verildi.  Uşaqlardan 
								Tural Nadirov güləş üzrə I yerə çıxdığı, Habil 
								Xəlilov  isə  futbol yarışlarında  fərqləndiyi 
								üçün  medallarla  təltif olundular. Nümunəvi 
								davranışıma görə mənə qol saatı hədiyyə  edildi. 
								Xoş 
								xatirələrlə kəndə qayıdan, orada keçirdikləri 
								günləri həmişə xatırlayacaqlarını söyləyən Əziz 
								Rəhimli yay istirahətinin  təşkilatçılarına 
								kəndin uşaqları  adından minnətdarlığını  
								bildirdi.  
								
								
								Sifai SƏFƏROVA  |