| 
								 
								 Hər 
								il olduğu kimi, bu il də   məktəbəqədər təhsil 
								müəssisələrində  yeni dərs ilinə hazırlıqla  
								bağlı   xeyli  işlər görülüb və görülməkdə davam 
								edir. Paytaxtın 58 nömrəli uşaq bağçasında  
								olarkən bunun şahidi olduq.  Belə ki, qrup 
								otaqlarında səliqə-sahman göz oxşayır, 
								qapı-pəncərələr  təmir olunub, guşələr, stendlər 
								təzələnib, uşaqların əl işlərindən ibarət  rəsm 
								sərgisi yenilənib.  Həyətyanı sahə abadlaşıb, 
								asfalt döşənib, ağacların gövdələri ağardılıb, 
								dibçəklərdə  müxtəlif  güllər becərilib, yeni 
								dərs vəsaitləri alınıb.   Bu işlərin 
								görülməsində  tərbiyəçilər  Afiqə Zeynalova, 
								Roza Xəlilova, Həcər Əlhəsənova, Çimnaz 
								Qəmbərova və başqalarının əməyi də az olmayıb. 
								 
								
								Bağçanın müdiri  Xuraman  Səfərova  qeyd etdi 
								ki, müəssisə  1961-ci ildən fəaliyyət göstərir.  
								2008-ci ildə Təhsil  Nazirliyi tərəfindən  
								əsaslı təmir olunub. 4 qrupdan ibarət olan  
								təhsil ocağında balaca fidanlar  planauyğun 
								şəkildə yerləşdirilib. 
								
								Bağçada istedadlı uşaqların yetişdiyini 
								vurğulayan  Xuraman Səfərova söhbət zamanı ötən  
								tədris ilində  məktəbəqədər yaşlı uşaqlar 
								arasında  keçirilən "Bilik, bacarıq və 
								qabiliyyət"  müsabiqəsinin riyaziyyat və  nitq 
								inkişafı üzrə nominasiyalarında Abbas 
								Hüseynzadənin  və Murad Bağırzadənin I yerin 
								sahibi olduqlarını diqqətimizə çatdırdı.  
								Bildirildi ki, 24 uşaq yaxınlıqda yerləşən 39 
								nömrəli  orta məktəbə yola salınıb.  
								
								
								
								*** 
								
								10 nömrəli körpələr evi-uşaq bağçasında da   
								bütün qrup  otaqlarında əsaslı  təmir işləri 
								aparılıb. Plastik  pəncərələr, taxta qapılar 
								salınıb, tavan və otaqların divarları ağardılıb, 
								döşəmə parketlə əvəz olunub, elektrik  xətləri 
								dəyişdirilib,  istilik sistemi yenisi ilə əvəz 
								olunub.  Həyətyanı sahədə də geniş abadlıq 
								işləri  aparılıb.   
								
								Təhsil Nazirliyi  və  Bakı Şəhəri üzrə Təhsil 
								İdarəsi tərəfindən bağça mebellər, yataq 
								dəstləri, stolüstü oyunlar, dərs vəsaitləri və 
								müxtəlif  avadanlıqlarla təmin olunub. 
								 
								
								Müdir Reyhanə Məcidova   bağçada  əsaslı təmir 
								işlərinin  Bakı Şəhər İcra Hakimiyyəti 
								tərəfindən aparıldığını söylədi. Yeni dərs 
								ilinədək  təmir  başa çatacaq  və müasir 
								tələblərə cavab verən  təhsil ocağı  balaca 
								fidanların ixtiyarına veriləcək. 
								
								
								
								*** 
								
								60 nömrəli  körpələr evi-uşaq bağçasının 
								kollektivi  də  yeni  dərs ilini  böyük ruh 
								yüksəkliyi ilə qarşılamağa hazırlaşır.  Ərazidə 
								və bütün otaqlarda xeyli təmizlik və abadlıq 
								işləri  görülüb. Dəhlizdə uşaqların əl 
								işlərindən ibarət  rəsm sərgisi yenisi ilə əvəz 
								olunub. Qrup otaqlarının divarları ağardılıb, 
								qapı-pəncərələr, döşəmələr rənglənib, həyətyanı 
								sahədə  gül kolları və ağaclar  əkilib, su və 
								elektrik xətləri təmir edilib. 
								
								Müdir Bikə Quliyeva  söylədi  ki, bağçada 4 qrup 
								fəaliyyət göstərir.  Ötən dərs ilində istedadlı 
								uşaqları aşkara çıxarmaq məqsədilə qruplar 
								arasında bilik yarışı keçirilib. Qaliblərə kiçik 
								hədiyyələr təqdim olunub. Bağçanın yetirməsi 
								Tuncay Bakı  Şəhəri üzrə  Təhsil İdarəsinin  
								təşkil  etdiyi  nitq inkişafı nominasiyası üzrə 
								müsabiqədə iştirak edərək  fərqlənib. 
								
								Bağçadan bu il  36 nəfər  uşaq  müxtəlif 
								ümumtəhsil ocaqlarına  yola salınıb. 
								
								Dövlətimiz uşaqların normal, sağlam böyüməsi,  
								əsl vətəndaş kimi yetişməsi   üçün hər cür 
								şərait yaradıb.  
								
								Təhsil işçilərimiz   isə bu diqqət və qayğıdan  
								ruhlanaraq  gələcəyin layiqli vətəndaşlarını 
								yetişdirməyə səylə çalışırlar.  
								
								
								Sifai SƏFƏROVA  |