| 
				
				
				
				
				
				
		 | 
		
				
					
						
				
					
						| 
						  | 
						 
					
						| 
						
												 | 
						 
					
						| 
						 
						   | 
						 
					
						
						
							
	
		| 
		 
		Prezident İlham Əliyev Binəqədi qəsəbəsindəki 179 nömrəli orta məktəbin
		 
		binasında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub  | 
	 
	 
 | 
							 
							 
						 | 
						 
					
						| 
						  | 
						 
					
						
						
							
								| 
								 
								 Azərbaycan 
								Respublikasının Prezidenti İlham Əliyev 
								sentyabrın 5-də Bakının Binəqədi qəsəbəsindəki 
								179 nömrəli orta məktəbin binasında aparılan 
								əsaslı təmir və yenidənqurma işləri ilə tanış 
								olmuşdur.  
								Görülən 
								işlərlə bağlı dövlət başçısına məlumat verildi. 
								İki birləşmiş korpusdan ibarət olan 179 nömrəli 
								məktəbdə 2350 şagirdin təhsil aldığı bildirildi. 
								İki mərtəbədən ibarət korpuslardan biri 1936-cı 
								ildə, üç mərtəbədən ibarət digər korpus isə 
								2005-ci ildə inşa olunub. Yeni dərs ili 
								ərəfəsində 179 nömrəli orta məktəb binası əsaslı 
								şəkildə təmir edilib. Sinif otaqları, dəhliz və 
								ayrı-ayrı fənn kabinetləri müasir standartlar 
								səviyyəsində yenidən qurulub. Məktəbdə 
								şagirdlərin təhsili üçün lazım olan bütün şərait 
								yaradılıb.  
								Həyata 
								keçirilən əsaslı təmir və yenidənqurma işləri 
								ilə yaxından tanış olan dövlət başçısı yeni 
								məktəb binasının inşası üçün müvafiq yer 
								ayrılması barədə göstərişlər verdi.  
								
								
								 AzərTAc  | 
								  | 
							 
						 
						 | 
						 
					
						| 
						  | 
						 
					
						| 
						
						 | 
						 
					 
						 | 
						 
					 
								 | 
		
								
									
										
						
						
						
						
						
						
							
						
							
				|   | 
							 
							
				|   | 
							 
							
				| 
 
BİZ 
TORPAQLARIMIZA QAYIDACAĞIQ!  | 
							 
							
				
						
							
								| 
								
								
								XANKƏNDİ | 
								
								
								
								26.12.1991 | 
							 
							
								| 
								
								
								XOCALI | 
								
								
								
								26.02.1992 | 
							 
							
								| 
								
								
								ŞUŞA | 
								
								
								
								08.05.1992 | 
							 
							
								| 
								
								
								LAÇIN | 
								
								
								
								18.05.1992 | 
							 
							
								| 
								
								
								XOCAVƏND | 
								
								
								
								02.10.1992 | 
							 
							
								| 
								
								
								KƏLBƏCƏR | 
								
								
								
								04.04.1993 | 
							 
							
								| 
								
								
								AĞDƏRƏ | 
								
								
								
								07.07.1993 | 
							 
							
								| 
								
								
								AĞDAM | 
								
								
								
								23.07.1993 | 
							 
							
								| 
								
								
								CƏBRAYIL | 
								
								
								
								23.08.1993 | 
							 
							
								| 
								
								
								FİZULİ | 
								
								
								
								23.08.1993 | 
							 
							
								| 
								
								
								QUBADLI | 
								
								
								
								31.08.1993 | 
							 
							
								| 
								
								
								ZƏNGİLAN | 
								
								
								
								29.10.1993 | 
							 
						 
								 | 
							 
							
				|   | 
							 
							
| 
						  | 
							 
						 
 | 
							 
						 
						
							
| 
														
												
										 | 
							 
							 
						
										 | 
									 
								 
								 |