| 
								 
								 Regionların 
								sosial-iqtisadi inkişafı Dövlət Proqramına 
								müvafiq olaraq ölkəmizin əksər bölgələrində yeni 
								məktəb binaları tikilir və ya əsaslı təmir 
								olunur. Belə bölgələrimizdən biri də Qax 
								rayonudur. Rayonun Qıpçaq kəndində Təhsil 
								Nazirliyinin sifarişi ilə 180 şagird yerlik yeni 
								məktəb binası tikilib. İkimərtəbəli məktəb 
								binasında 9 sinif otağı, fizika və kimya 
								laboratoriyaları, kompüter otağı, akt və idman 
								zalları, bufet, arxiv otağı vardır. Binanın 
								istilik, elektrik və kanalizasiya sistemləri 
								artıq qurulub. Hazırda otaqların, dəhlizlərin 
								divarları rənglənir, həyətdə abadlıq işləri 
								aparılır. 
								
								
								
								*** 
								
								Dövlət Proqramı çərçivəsində bu il Balakən 
								rayonunda da iki məktəb binası tikilir. Onlardan 
								biri  Qazböluk kəndindəki 180 yerlik məktəb 
								binasıdır. İnşası yekunlaşmaqda olan bina 11 
								sinif otağı, fənn kabinetləri, laboratoriya, akt 
								zalı, kompüter otağından ibarətdir. Məktəb üçün 
								yeni qazanxana və nasosxana inşa olunub, müasir 
								istilik sistemi qurulub. Hazırda idman zalında 
								tikinti başa çatmaqdadır, əsas korpusda isə 
								tamamlama işləri yerinə yetirilir. Məktəbin 
								həyətində də qızğın iş gedir, həyət 
								abadlaşdırılır, burada gözoxşayan yaşıllıq 
								salınır. 
								
								Rayonun Katex kəndində də yeni məktəb inşa 
								olunub. Katex kənd 2 nömrəli orta məktəb üçün 
								nəzərdə tutulmuş həmin binanın təməli 2010-cu 
								ildə qoyulub. İnşaat işləri isə əsasən bu il 
								aparılıb. Hazırda tikintisi başa çatan 220 
								şagird yerlik məktəb binası Təhsil Nazirliyinin 
								sifarişi ilə inşa olunub. Fənn kabinetləri, 
								laboratoriya otaqları, akt zalı, kompüter otağı 
								və yardımçı binalardan ibarət olan məktəb müasir 
								standartlara uyğun inşa olunub. Qeyd edək ki, bu 
								bina son illər Balakən rayonunda inşa olunan 
								sayca 21-ci məktəb binasıdır.  
								
								
								
								Y.ƏLİYEV  | 
								  |