| 
				
				
				
				
				
				
		 | 
		
				
					
						
				
					
						| 
						  | 
						 
					
						| 
						
												 | 
						 
					
						
						
							
	
		| 
		 
		Liseyin 3 
		məzunu Prezident təqaüdünə layiq görülüb  | 
	 
	 
 | 
							 
							 
						 | 
						 
					
						| 
						
						 | 
						 
					
						
						
							
								| 
								 
								Bakıdakı  fizika-riyaziyyat və informatika 
								təmayüllü liseydə Bilik günü təntənə ilə qeyd 
								olundu. Azərbaycan Respublikasının  Dövlət himni 
								səsləndi. Məktəbin direktor müavini Valeh 
								Bəyalıyev yeni tədris ili münasibətilə  
								şagirdləri təbrik edərək  onlara xoş arzularını  
								bildirdi. 
								
								Direktor  Tariyel Talıbov  təhsilin 
								keyfiyyətinin  yüksəldilməsi,  onun 
								səmərəliyinin  artırılması istiqamətində görülən 
								işlərdən, qazanılan uğurlardan  bəhs etdi.  
								Bildirdi ki, ötən tədris ilində məktəbin 120 
								məzunundan 90-ı   müxtəlif ali məktəblərə daxil 
								olub.  Onlardan 12 nəfər 600-dən yuxarı bal 
								toplayıb.  Məzunlardan Ramin Tağızadə 695 bal, 
								Osman Qarayev  685 bal, Şahmar Nağıyev  672 bal 
								toplayaraq  Prezident təqaüdünə layiq  
								görülüblər.  T.Talıbov  mərkəzləşdirilmiş 
								qaydada keçirilən buraxılış imtahanlarının  
								üstünlüklərindən, yeni qiymətləndirmə 
								sisteminə   keçməklə,  qəbul imtahanlarından  
								yüksək nəticələr əldə olunmasından söz açdı.  
								Direktor  ölkədə təhsilin  inkişafına 
								göstərilən  dövlət qayğısını yüksək 
								dəyərləndirərək, bu sahədə aparılan məqsədyönlü 
								işlərin göz qabağında olduğunu diqqətə çatdırdı. 
								Qeyd etdi ki, əsası  ulu öndərimiz Heydər Əliyev 
								tərəfindən qoyulmuş təhsil siyasəti  möhtərəm 
								Prezidentimiz  cənab İlham Əliyev tərəfindən 
								uğurla davam etdirilir.  
								
								
								
								Sifai SƏFƏROVA  | 
								  | 
							 
						 
						 | 
						 
					
						| 
						  | 
						 
					
						| 
						
						 | 
						 
					 
						 | 
						 
					 
								 | 
		
								
									
										
						
						
						
						
						
						
							
						
							
				|   | 
							 
							
				|   | 
							 
							
				| 
 
BİZ 
TORPAQLARIMIZA QAYIDACAĞIQ!  | 
							 
							
				
						
							
								| 
								
								
								XANKƏNDİ | 
								
								
								
								26.12.1991 | 
							 
							
								| 
								
								
								XOCALI | 
								
								
								
								26.02.1992 | 
							 
							
								| 
								
								
								ŞUŞA | 
								
								
								
								08.05.1992 | 
							 
							
								| 
								
								
								LAÇIN | 
								
								
								
								18.05.1992 | 
							 
							
								| 
								
								
								XOCAVƏND | 
								
								
								
								02.10.1992 | 
							 
							
								| 
								
								
								KƏLBƏCƏR | 
								
								
								
								04.04.1993 | 
							 
							
								| 
								
								
								AĞDƏRƏ | 
								
								
								
								07.07.1993 | 
							 
							
								| 
								
								
								AĞDAM | 
								
								
								
								23.07.1993 | 
							 
							
								| 
								
								
								CƏBRAYIL | 
								
								
								
								23.08.1993 | 
							 
							
								| 
								
								
								FİZULİ | 
								
								
								
								23.08.1993 | 
							 
							
								| 
								
								
								QUBADLI | 
								
								
								
								31.08.1993 | 
							 
							
								| 
								
								
								ZƏNGİLAN | 
								
								
								
								29.10.1993 | 
							 
						 
								 | 
							 
							
				|   | 
							 
							
| 
						  | 
							 
						 
 | 
							 
						 
						
							
| 
														
												
										 | 
							 
							 
						
										 | 
									 
								 
								 |