| 
								 
								Sentyabrın 15-də Bakıdakı 151 nömrəli məktəbdə 
								Bilik günü ilə əlaqədar tədbir keçirildi.  
								Dövlət himninin səslənməsindən sonra 
								Azərbaycanın Dövlət bayrağı səhnəyə gətirildi. 
								Tədbir başlamazdan əvvəl ulu öndər Heydər 
								Əliyevin və torpaqlarımızın azadlığı uğrunda 
								şəhid olmuş vətən oğullarının əziz xatirəsi bir 
								dəqiqəlik sükutla yad edildi.  
								
								Tədbir iştirakçılarını salamlayan məktəbin 
								direktoru Gülarə Verdiyeva  pedaqoji kollektiv  
								üzvlərini, şagirdləri, xüsusən də birinci sinfə 
								yeni qədəm qoyan birinciləri və onların 
								valideynlərini ürəkdən təbrik etdi.  
								
								Onlara dərslərində uğurlar arzulayaraq bu gün 
								təhsilə göstərilən dövlət qayğısından söz açdı.
								 
								
								
								
								*** 
								
								Bayram tədbiri Bakının Nəsimi rayonunda yerləşən 
								35 nömrəli orta məktəbdə də geniş qeyd edildi. 
								Yeni dərs ili məktəb kollektivi üçün ikiqat 
								bayrama çevrilmişdi. Belə ki, bu il təhsil ocağı 
								ölkə başçısı cənab İlham Əliyevin təsdiq etdiyi 
								Bakı şəhərinin və onun qəsəbələrinin 
								sosial-iqtisadi inkişafına dair Dövlət 
								Proqramına əsasən təmir olunaraq Bilik günündə 
								istifadəyə verilib.   Tədbiri  giriş sözü ilə 
								açan məktəbin direktoru Rəna Naibova təhsilə 
								göstərilən diqqət və qayğıya görə, məktəb 
								kollektivi və valideynlər adından ölkə 
								Prezidenti İlham Əliyevə və Heydər Əliyev 
								Fondunun prezidenti Mehriban xanım Əliyevaya 
								minnətdarlığını bildirdi.  
								
								 Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 
								müavini Ağaəli Əhmədov də birinciləri təbrik 
								etdi. Onlara dərslərində yaxşı oxumağı, həmişə 
								valideynlərinin və müəllimlərin nəsihətlərini 
								eşitməyi tövsiyə etdi.  
								
								Məktəbin açılış mərasimini bildirən rəmzi lent 
								kəsildi. Tədbir iştirakçıları məktəbin müasir 
								standartlara cavab verən yenicə təmirdən çıxmış 
								binası ilə yaxından tanış oldular.  
								
								
								
								*** 
								
								Həmin gün bütün təhsil ocaqlarında olduğu kimi, 
								Bakının Nərimanov rayonunda yerləşən 258 nömrəli 
								orta məktəbdə də bayram sevinci yaşanırdı. 
								Məktəbdə Bilik günü və binanın açılışı mərasimi 
								unudulmaz xatirələrlə yadda qaldı. Bu təhsil 
								ocağı da bu il  əsaslı təmir olunub.  
								
								Tədbirdə iştirak edən Nərimanov Rayon İcra 
								Hakimiyyətinin başçısı A.Fərzəliyev, Bakı Şəhəri 
								üzrə Təhsil İdarəsinin müdir müavini M.Bayramov, 
								millət vəkili A.Əliyev və digərləri çıxışlarında 
								məktəbin pedaqoji kollektivini və birinciləri 
								təbrik etdilər. Birincilər  maraqlı şeirlərlə, 
								mahnılarla, rəqs nömrələri ilə həmin günü 
								unudulmaz xatirəyə çevirdilər.   
								
								
								
								Rəşad ZİYADOV  |