| 
								 
								Müəllimlik şərəfli  peşədir. Mənə görə bu peşəni 
								özünə ömür yolu seçənlər dünyanın xoşbəxt 
								insanlarıdır. Çünki müəllim öz çətin əməyi ilə 
								neçə-neçə insanı həyata hazırlayır, ömürlərinə 
								işıq salır. 
								
								Belə müəllimlərdən biri də Goranboy rayonu 
								Səfikürd kənd orta məktəbinin kimya-biologiya 
								müəllimi İsgəndər Fərhad oğlu Səklikovdur. 
								
								Məktəbin pedaqoji kolektivinin və dərs dediyi 
								şagirdlərin sevimlisi olan İsgəndər Səklikov 
								2006-cı ildə "Əməkdar müəllim" fəxri adına layiq 
								görülmüşdür. 
								
								"Arı kəşfi", "İnsan zaman heykəlidir", "Xalq 
								təbabətindən bir damla", "Xalq pedaqogikasından 
								bir damla" və "Şagird üçün qısa izahlı kimya 
								lüğəti" kitablarının müəllifidir. 
								
								Öz qarşısına yeni-yeni nailiyyətlər əldə etmək 
								məqsədi qoyan, bu yolda yorulmadan çalışan 
								İsgəndər müəllim 2010-2011-ci dərs ilində 
								keçirilən "Ən yaxşı müəllim" müsabiqəsinin 
								qalibi olmuşdur. İsgəndər müəllimin "Ən yaxşı 
								müəllim" adını alması bizi də sevindirir və daha 
								yaxşı çalışmağa sövq edir. Ona şərəfli işində 
								yeni-yeni uğurlar, cansağlığı arzulayırıq.  
								
								
								
								Şəmşir RÜSTƏMOV, 
								Goranboy rayonu Səfikürd kənd  
								tam orta məktəbinin coğrafiya müəllimi  |