| 
				
				
				
				
				
				
		 | 
		
				
					
						
				
					
						| 
						  | 
						 
					
						| 
						
												 | 
						 
					
						
						
							
	
		| 
		 
		Kiyev 
		şəhərinin üç məktəbində soydaşlarımıza Azərbaycan dili öyrədilir  | 
	 
	 
 | 
							 
							 
						 | 
						 
					
						| 
						
						 | 
						 
					
						
						
							
								| 
								 
								Bu ilin əvvəllərində Ukraynanın paytaxtı Kiyev 
								şəhərinin Təhsil və Elm İdarəsi ilə Bakı Şəhəri 
								üzrə Təhsil İdarəsi arasında əməkdaşlıq haqqında 
								müqavilə imzalanıb. Hər iki şəhərin təhsil 
								sahəsində əməkdaşlıq əlaqələrini daha da inkişaf 
								etdirmək məqsədi daşıyan müqavilədə nəzərdə 
								tutulan tədbirlər hazırda uğurla həyata 
								keçirilir. Heydər Əliyev adına 
								Ukrayna-Azərbaycan Təhsil, Elm-mədəniyyət, İdman 
								Mərkəzindən verilən məlumata görə, müqavilə 
								çərçivəsində yeni tədris ilindən Kiyevin üç 
								ümumtəhsil müəssisəsində - 37, 188 və 247 
								nömrəli məktəblərində 50-dən çox məktəbyaşlı 
								soydaşımıza Azərbaycan dili öyrədilir. Həmin 
								şagirdlər Azərbaycan Respublikası Təhsil 
								Nazirliyinin dəstəyi ilə zəruri tədris 
								ləvazimatları ilə təmin olunublar. Sözügedən 
								mərkəzin və "Beynəlxalq Azərbaycançılıq 
								İnstitutu" ictimai təşkilatının birgə təşkil 
								etdikləri Azərbaycan dilindən fakültativ kurs 
								üzrə məşğələləri təcrübəli müəllim Səfayə 
								Naibova aparır. Həmin müəllimin müvafiq təlim 
								kursundan keçməsinə kömək göstərilməsi üçün bu 
								günlərdə "Beynəlxalq Azərbaycançılıq İnstitutu" 
								ictimai təşkilatının və Heydər Əliyev adına 
								Ukrayna-Azərbaycan Təhsil, Elm-mədəniyyət, İdman 
								Mərkəzinin rəhbərlikləri tərəfindən məktubla 
								Təhsil Nazirliyinə müraciət edilib. 
								
								İctimai təşkilatın prezidenti O.Krapivin və 
								Mərkəzin direktoru, professor A.Quliyevin 
								imzaladıqları məktubda eyni zamanda sözügedən 
								kursun yaradılmasında və şagirdlərin müvafiq 
								tədris materialları ilə təminatında 
								göstərdikləri kömək və qayğı üçün Təhsil 
								Nazirliyinə və Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 
								minnətdarlıq bildirilir. 
								
								
								Yusif ƏLİYEV  | 
								  | 
							 
						 
						 | 
						 
					
						| 
						  | 
						 
					
						| 
						
						 | 
						 
					 
						 | 
						 
					 
								 | 
		
								
									
										
						
						
						
						
						
						
							
						
							
				|   | 
							 
							
				|   | 
							 
							
				| 
 
BİZ 
TORPAQLARIMIZA QAYIDACAĞIQ!  | 
							 
							
				
						
							
								| 
								
								
								XANKƏNDİ | 
								
								
								
								26.12.1991 | 
							 
							
								| 
								
								
								XOCALI | 
								
								
								
								26.02.1992 | 
							 
							
								| 
								
								
								ŞUŞA | 
								
								
								
								08.05.1992 | 
							 
							
								| 
								
								
								LAÇIN | 
								
								
								
								18.05.1992 | 
							 
							
								| 
								
								
								XOCAVƏND | 
								
								
								
								02.10.1992 | 
							 
							
								| 
								
								
								KƏLBƏCƏR | 
								
								
								
								04.04.1993 | 
							 
							
								| 
								
								
								AĞDƏRƏ | 
								
								
								
								07.07.1993 | 
							 
							
								| 
								
								
								AĞDAM | 
								
								
								
								23.07.1993 | 
							 
							
								| 
								
								
								CƏBRAYIL | 
								
								
								
								23.08.1993 | 
							 
							
								| 
								
								
								FİZULİ | 
								
								
								
								23.08.1993 | 
							 
							
								| 
								
								
								QUBADLI | 
								
								
								
								31.08.1993 | 
							 
							
								| 
								
								
								ZƏNGİLAN | 
								
								
								
								29.10.1993 | 
							 
						 
								 | 
							 
							
				|   | 
							 
							
| 
						  | 
							 
						 
 | 
							 
						 
						
							
| 
														
												
										 | 
							 
							 
						
										 | 
									 
								 
								 |