| 
								 
								 Sentyabrın 
								20-də Azərbaycan Dillər Universitetinin rektoru, 
								millət vəkili, professor Səməd Seyidov Böyük 
								Britaniyada təhsil üzrə fəaliyyət göstərən 
								ekspert Ömür Yeginsunu və Londonun Uimbildon 
								İngilis dili Məktəbinin marketinq meneceri 
								İzabel Klarkla görüşdü.  
								
								Qonaqları salamlayan  Səməd Seyidov onları 
								ADU-da  görməkdən məmnun olduğunu bildirdi.  
								Rektor universitet rəhbərliyini qonaqlara təqdim 
								etdikdən sonra Böyük Britaniya ilə mövcud olan 
								əlaqələrdən söz açdı. ADU-da beynəlxalq 
								münasibətlərin prioritet təşkil etdiyini 
								bildirən S.Seyidov Böyük Britaniya 
								universitetlərilə ADU arasında olan əməkdaşlığın 
								genişləndiyini vurğuladı. ADU-nun Böyük 
								Britaniyanın  Esseks Universiteti  ilə 
								əməkdaşlıq etdiyini bildirən rektor iki 
								universitet arasında imzalanan müqavilənin 
								şərtlərindən danışdı. Rektor  ADU-da təhsil alan 
								tələbələrin I-II kursları bitirdikdən sonra 
								təhsillərini Esseks Universitetində davam 
								etdirərək ikili diplom alacaqlarını vurğuladı. 
								Rəhbərlik etdiyi ali təhsil ocağının xarici 
								əlaqələr sahəsində seçilən universitet olduğunu 
								diqqətə çatdıran rektor bir çox ölkələrlə 
								əlaqələrin günü-gündən artdığını diqqətə 
								çatdırdı. TEMPUS proqramından danışan  Səməd 
								Seyidov ADU-nun TEMPUS layihələrinə ev sahibliyi 
								etdiyini qeyd etdi və  Avropa Birliyi 
								proqramlarında əməkdaşlıq etməyin çox vacib 
								olduğunu vurğuladı.  
								
								Qonaqlar da, öz növbəsində, ADU-da olduqlarından 
								məmnun qaldıqlarını bildirdilər. Londonda 
								təhsilin inkişaf istiqamətlərinin 
								təkmilləşdirilməsi üzrə ekspert kimi fəaliyyət 
								göstərən Ömür Yeginsu ADU-nun  Esseks 
								Universiteti ilə əməkdaşlığının vacib olduğunu 
								söylədi. O, Esseksin Britaniyanın nüfuzlu 
								universitetlərindən biri olduğunu diqqətə 
								çatdırdı. Xanım Ömür Yeginsu ikitərəfli 
								münasibətlərə təhsil sahəsindəki əməkdaşlığın 
								təkan verdiyini önə çəkdi.   
								
								Görüşdə həmçinin gələcək əməkdaşlığın 
								perspektivləri barəsində də geniş fikir 
								mübadiləsi aparıldı. 
								
								  
								
								
								
								Şakir CƏFƏROV  |