| 
								 
								Bu  günlərdə Ekoloji parkda  1 və 2 nömrəli  
								uşaq evlərinin 50 nəfər şagirdi üçün  Beynəlxalq 
								Sülh Gününə həsr edilmiş  tədbir keçirilib.  
								ARDNŞ-ın Ekologiya İdarəsi, YUNESKO, YUNİSEF, 
								Ekologiya və Təbii Sərvətlər  Nazirliyi, Təhsil 
								Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və "ELS" 
								Müstəqil  Araşdırmalar  Mərkəzinin  təşəbbüsü 
								ilə  təşkil olunan  mərasim uşaqlarda xoş ovqat  
								yaratmaqla bərabər, onlara sülh anlamının 
								mahiyyətini  dərindən dərk etməyə  köməklik 
								göstərdi, bütün dünya uşaqlarının  sülh, 
								mehribanlıq, dostluq, qardaşlıq şəraitində  
								yaşamasının vacibliyini dərk etdirdi. Tədbirdə 
								torpaq, ərazi iddiası  uğrunda aparılan yersiz  
								müharibələrin insan qırğınına  necə səbəb 
								olduğundan bəhs olundu, müharibəyə nifrət, sülhə 
								məhəbbət hissləri aşılandı. Eko-Mərkəzin 
								konfrans zalında  Sülh günü ilə bağlı keçirilən  
								seminarda qeyd edildi  ki, ərazisinin 20 faizi  
								işğala məruz qalmış Azərbaycan bütün 
								səviyyələrdə  danışıqları  sülh yolu ilə  davam 
								etdirməyi vacib  sayır. 
								
								Sonda  ARDNŞ-ın Ekologiya İdarəsi tərəfindən 
								uşaqlara hədiyyələr təqdim olundu.   
								
								
								S.SƏFƏROVA  | 
								  |