| 
								 
								Sentyabrın 25-də  Bakı SOS Uşaq kəndində Bakcell 
								şirkətinin dəstəyi ilə Beynəlxalq Sülh  Gününə 
								həsr edilmiş "Uşaqlar sülhə səsləyir" adlı  
								tədbir keçirilib. Bu barədə SOS Uşaq Kəndləri- 
								Azərbaycan Assosiasiyasının İctimaiyyətlə 
								əlaqələr üzrə mütəxəssisi İlhamiyyə Rzayevadan 
								aldığımız məlumatda bildirilir. Tədbirdə bir 
								qrup istedadlı rəssam təmənnasız olaraq 
								uşaqlarla bərabər SOS kəndindəki evləri  əlvan 
								rənglərlə  boyayıblar və ərazini  uşaqların 
								zövqünü, qonaqlarınsa gözünü oxşayacaq bir 
								məkana  çeviriblər. 
								
								Sonda münsiflər heyəti ən gözəl boyanmış üç  
								evin sakinlərini mükafatlandırıb. Bundan əlavə, 
								sülh oyunları silsiləsindən mini-futbol  üzrə  
								icma komandası ilə yarış keçirilib.   Qalib 
								komandaya kubok verilib. 
								
								Eyni zamanda burada "Bacarıqlı əllər" dərnəyinin  
								qızları   öz əl işlərini sərgiləyiblər.  Uşaqlar 
								tətbiqi sənət və idman sahəsində öz 
								bacarıqlarını   nümayiş etdiriblər.  
								
								
								
								Şakir CƏFƏROV  |