| 
								 
								Sumqayıtda Beynəlxalq dəniz gününə həsr olunmuş  
								geniş ekoloji  təmizlik aksiyası keçirilib. "Planetimizi 
								dəniz tullantılarından təmizləyək! Sumqayıtı 
								ekoloji təmiz şəhərə çevirək!" devizi altında 
								keçirilən aksiyanı ARDNŞ-ın "Azərkimya" 
								İstehsalat Birliyinin  ekologiya idarəsi, şəhər 
								"Qızıl Aypara" Cəmiyyəti və təhsil şöbəsi təşkil 
								etmişdilər. Tədbir iştirakçıları əvvəlcə 
								Sumqayıt Şəhər Rəsm Qalereyasında məktəblilərin 
								dəniz və ekologiya mövzusuna həsr etdikləri rəsm 
								əsərlərindən və əl işlərindən ibarət sərgi ilə 
								tanış olublar. 
								
								Uşaqlara Beynəlxalq dəniz gününün tarixi, 
								əhəmiyyəti, mövcud  ekoloji problemlər, onların 
								aradan qaldırılması yolları, dənizin ekoloji 
								mühitinin qorunması, müxtəlif tullantılarla  
								çirklənməsi  və bunun qarşısının alınması  
								yolları haqqında geniş məlumatlar verilib. 
								
								Sonra  məktəblilərin  ekoloji problemlərə həsr 
								edilən məruzələri dinlənilib. Tədbirin  
								yekununda  kimyaçıların təşəbbüsü ilə  azyaşlı  
								uşaqlardan yaradılmış  "Balaca ekoloqlar"  
								qrupunun  fəal üzvlərinə  hədiyyələr təqdim 
								olunub. Daha sonra gənc ekoloqlar  qruplara 
								bölünərək  şəhərin sahil boyu zolağının 
								əvvəlcədən  müəyyən olunmuş  sahələrində 
								təmizlik  işləri aparıblar.  
								
								
								
								S.SƏFƏROVA   |