| 
								 
								 Son 
								illər dövlət başçısının həyata keçirdiyi uğurlu 
								sosial-iqtisadi siyasət nəticəsində bütün 
								sahələrdə olduğu kimi, təhsil  sahəsində də 
								Zaqatalada çox böyük irəliləyişlərə nail olunmuş, 
								təhsilin maddi-texniki bazasının 
								möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər 
								həyata keçirilməkdədir. 
								
								Zaqatala RTŞ-ın müdiri Habil Qurbanovun verdiyi 
								məlumatda bildirilir ki, rayonda 2494 uşağı 
								əhatə edən 39 məktəbəqədər tərbiyə müəssisəsi 
								fəaliyyət göstərir. RTŞ-ın xətti ilə ildə 2 dəfə 
								hər yaş qrupu tərbiyəçiləri, musiqi rəhbərləri 
								və tibb bacıları ilə metodbirləşmə yığıncaqları 
								keçirilir. Müəssisə rəhbərləri ilə  ayda bir 
								dəfə seminarlar keçirilir, orada  müəssisədaxili 
								nəzarətə aid mövzular haqqında fikir mübadiləsi 
								aparılır. Bağçalarda istedadlı uşaqlarla iş 
								aparılır, müsabiqələr, sərgilər, yarışlar təşkil 
								edilir. Məktəbəqədər təhsildə daha uğurlu 
								nəticələr qazanmaq üçün müasir tələblərə cavab 
								verən şəraitin olması əsas şərtlərdəndir. 
								
								Məhz
								 elə 
								bunun nəticəsidir ki, möhtərəm Prezidentimiz 
								İlham Əliyevin, YUNESKO-nun və İSESKO-nun 
								xoşməramlı səfiri, millət vəkili Mehriban xanım 
								Əliyevanın diqqət və qayğısı nəticəsində 
								məktəbəqədər təhsilin məzmunu, forma və 
								metodlarında milli mənəvi dəyərlərə əsaslanaraq 
								ciddi dəyişikliklər aparılır. 
								
								H.Qurbanovun verdiyi məlumatda o da vurğulanır 
								ki, məktəbəqədər təhsil müəssisələrinin təmiri 
								ilə əlaqədar ölkə Prezidenti İlham Əliyevin  
								ayırdığı vəsait hesabına Zaqatala şəhər 1,4, 7 
								və 10 nömrəli uşaq bağçalarında əsaslı təmir, 
								yenidənqurma işləri aparılmış, yeni 
								avadanlıqlarla təchiz edilərək cari dərs ilində 
								körpə balaların ixtiyarına  verilmişdir. Bu da, 
								əlbəttə, uşaqlara olan yüksək diqqət və qayğının 
								təzahürüdür.  
								
								
								
								ƏDALƏT  | 
								  |