| 
				
				
				
				
				
				
		 | 
		
				
					
						
				
					
						| 
						  | 
						 
					
						| 
						
												 | 
						 
					
						
						
							
	
		| 
		 
		2011-ci il 
		üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb  | 
	 
	 
 | 
							 
							 
						 | 
						 
					
						| 
						
						 | 
						 
					
						
						
							
								| 
								 
								
								 Stokholmda 
								İsveç Nobel Komitəsi 2011-ci il üzrə Nobel 
								mükafatı laureatlarının adlarını açıqlayıb. Bu 
								barədə Nobel Komitəsi məlumat yayıb. Fiziologiya 
								və təbabət sahəsində  Nobel mükafatına 
								professorlar Bryüs Boytler (Amerika), Ralf 
								Ştaynman (Kanada) və Jül Xofman (Lüksemburq) 
								layiq görülüblər. Karolina Tibb İnstitutundan 
								verilmiş məlumata əsasən onlar immunologiya, 
								xüsusən anadangəlmə immunitet sahəsində inqilabi 
								araşdırmalarına görə Nobel mükafatına sahib 
								çıxıblar.  Ənənəyə uyğun olaraq təbabət və 
								fiziologiya üzrə qaliblər Stokholmdakı dünyanın 
								ən yaxşı tibb universitetlərindən biri hesab 
								olunan  Karolina İnstitutunun 50 professoru 
								tərəfindən müzakirə olunaraq dəstəklənib. Jül 
								Xofman anadangəlmə immunitetdə Toll geninin 
								mühüm rolunu kəşf edib. Bryüs Boytler Toll-a 
								bənzər reseptorları tədqiq edib.  
								Ralf Ştaynman dendrit hüceyrələrin başlıca 
								roluna dair araşdırmalarına görə mükafata layiq 
								görülüb.  Alimlər araşdırmaları ilə infeksiya 
								xəstəliklərilə mübarizə sahəsində inqilabi 
								metodların yaradılmasına təkan veriblər. 
								Professorlar Boytler və Xofman orqanizmin ön 
								müdafiə xətti olan immun sisteminin 
								aktivləşdirilməsi sahəsində araşdırmalar 
								aparıblar. Professor Ştaynman isə infeksiya 
								xəstəliklərinə dentritik hüceyrələrin köməyi ilə 
								üstün gəlmək yolunu kəşf  edib.  Xatırladaq ki, 
								builki Nobel mükafatının həcmi, həmişə olduğu 
								kimi, 10 milyon İsveç kronudur (1,4 milyon ABŞ 
								dolları). Mükafatın təqdim olunması mərasimi 
								dekabrın 10-da Stokholmda keçiriləcək.  
								Anadangəlmə immunitet - bu, canlı orqanizmlərin 
								hətta əvvəllər heç bir vaxt kontaktda 
								olmadıqları patogen hüceyrələri aşkar etmək və 
								onları zərərsizləşdirmək qabiliyyətidir. Təkamül 
								nöqteyi-nəzərdən bu, ən qədim sistemdir və bütün 
								çoxhüceyrəli heyvan və bitki orqanizmlərində 
								mövcuddur. 
								
								
								
								Təbabət və fiziologiya üzrə qaliblər 
								
								  
								
									
										
										
										  | 
										
										 
										
										Jül Xofman 1941-ci ildə  Lüksemburqda 
										anadan olub, Fransa Elmlər 
										Akademiyasının (2007-2008-ci illər) 
										sabiq prezidentidir.  1964-cü ildən CNRS 
										sistemində çalışır. 1996-cı ildə 
										drozofilləri tədqiq edən alim Toll 
										geninin anadangəlmə immun sistemində 
										rolunu kəşf edib. Xofmanın kəşfi 1995-ci 
										ildə Nobel mükafata layiq görülmüş 
										almaniyalı professor Kristian 
										Nuslyn-Folxardın işlərinə əsaslanır.  | 
									 
									
										|   | 
										  | 
									 
									
										
										
										  | 
										
										 
										
										Bryüs Boytler 1957-ci ildə Amerikada 
										anadan olub, Kaliforniyadakı Skripps 
										İnstitutunun genetika bölməsinin 
										rəhbəridir.1998-ci ildəki Toll-a bənzər 
										reseptorlara həsr olunmuş işlərinə görə 
										Nobel mükafatına layiq görülüb. Siçanlar 
										üzərində tədqiqatlar aparan alim müəyyən 
										edib ki, drozofil və təkhüceyrəlilər 
										oxşar anadangəlmə immun mexanizminə 
										malikdirlər. Boytlerin kəşfi növlü 
										immunitetin tədqiqatında sıçrayışa səbəb 
										olub və hazırda insan və siçan 
										orqanizmlərində çoxlu miqdarda Toll 
										reseptorları tapılıb ki, onlar zərərli 
										bakteriya molekullarına təsir edirlər.  | 
									 
									
										|   | 
										  | 
									 
									
										
										
										  | 
										
										 
										
										Ralf Ştaynman 1943-cü ildə Kanadada 
										anadan olub, Amerikadakı Rokfellər 
										Universitetinin professorudur. Qeyd edək 
										ki, tibb üzrə  2011-ci ildə Nobel 
										mükafatı laureatı adına layiq görülmüş 
										Ralf  Ştaynman sentyabrın 30-da vəfat 
										edib. Bu xəbəri ABŞ-ın Rokfeller 
										Universitetinin rəsmi nümayəndəsi 
										bildirib. Həkimlər 2 il bundan əvvəl 
										alimin  mədəaltı vəzisində xərçəng 
										xəstəliyi aşkar ediblər.  Xatırladaq ki, 
										Nobel Komitəsinin nizamnaməsinə görə, 
										heç bir alimə ölümündən sonra Nobel 
										mükafatı verilmir. Komitə Ştaynmanın 
										ölümündən xəbərsiz olduğunu açıqlayıb. 
										Ştaynmanın ölüm xəbərindən Komitə 3 gün 
										sonra xəbərdar olub. Beləliklə də 
										Ştaynmanın Nobel mükafatına layiq 
										görülməsinə dair qərar qüvvədə qalıb. 
										Nobel Komitəsinin baş katibi Qoran 
										Xansson Ştaynmanla bağlı olan vəziyyəti 
										unikal situasiya adlandırıb. Çünki alim  
										Nobel mükafatı ilə təltif olunmasına 
										dair qərarın qəbul olunmasına bir neçə 
										saat qalmış dünyasını dəyişib.     | 
									 
									
										|   | 
										  | 
									 
									
										| 
										
										Fizika üzrə qaliblər 
										
										  | 
									 
									
										|   | 
										  | 
									 
									
										| 
										 
										
										Oktyabrın 4-də Stokholmda fizika 
										sahəsində Nobel mükafatı qaliblərinin 
										adları açıqlanıb.  Amerikalı alimlər Sol 
										Perlmutter və Adam Rayss, həmçinin 
										avstraliyalı Brayan Şmidt kosmologiya 
										sahəsində işlərinə görə bu mükafata 
										layiq görülüb. Fizika üzrə Nobel 
										mükafatının məbləği 1,44 milyon 
										dollardır. Mükafatın tam yarısı Sol 
										Perlmutterə çatacaq, digər yarısı isə 
										Brayan Şmidtlə Adam Rayss arasında 
										bölünəcək.  | 
									 
									
										| 
										 
										
										   | 
										
										   
										
										
										Sol Perlmutter 1959-cu ildə Amerikanın 
										İllinoys ştatında, Urbana şəhərində 
										anadan olub. O, Kaliforniya 
										Universitetinin astrofizika 
										professorudur.   
										   | 
									 
									
										|   | 
										  | 
									 
									
										
										
										  | 
										
										 
										
										Adam Rayss 1969-cu ildə Vaşinqtonda 
										anadan olub.  O, Baltimordakı Kosmik 
										Teleskopiya Elmi-Tədqiqatlar 
										İnstitutunun və Con Hopkins 
										Universitetinin  astronomiya və fizika 
										professorudur.   | 
									 
									
										|   | 
										  | 
									 
									
										
										
										  | 
										
										 
										
										Brayan Şmidt  Amerika və Avstraliya 
										vətəndaşıdır. O, 1967-ci ildə ABŞ-ın  
										Montana ştatının Missule şəhərində 
										anadan olub. Hazırda Avstraliya Milli 
										Universitetində çalışır.   | 
									 
									
										|   | 
										  | 
									 
									
										| 
										
										Kimya üzrə qalib  | 
									 
									
										|   | 
										  | 
									 
									
										
										
										  | 
										
										 
										
										Oktyabrın 5-də Nobel Komitəsi kimya üzrə 
										ən mötəbər elmi mükafata İsrail alimi 
										Daniel Şextmanı kvazikristalları kəşf 
										etdiyinə görə layiq görüb. Mükafatın 
										həcmi on milyon İsveç kronudur (1,4 
										milyon ABŞ dolları). Kvazikristallar adi 
										kristal və amorf maddələr kimi bərk 
										maddələrin struktur formalarından 
										biridir. 70 yaşlı alim bu xəbəri böyük 
										sevinclə qarşılayıb.   | 
									 
								 
								
								
								
								Xarici mətbuat materialları əsasında hazırladı: 
								Oruc MUSTAFAYEV  | 
								  | 
							 
						 
						 | 
						 
					
						| 
						  | 
						 
					
						| 
						
						 | 
						 
					 
						 | 
						 
					 
								 | 
		
								
									
										
						
						
						
						
						
						
							
						
							
				|   | 
							 
							
				|   | 
							 
							
				| 
 
BİZ 
TORPAQLARIMIZA QAYIDACAĞIQ!  | 
							 
							
				
						
							
								| 
								
								
								XANKƏNDİ | 
								
								
								
								26.12.1991 | 
							 
							
								| 
								
								
								XOCALI | 
								
								
								
								26.02.1992 | 
							 
							
								| 
								
								
								ŞUŞA | 
								
								
								
								08.05.1992 | 
							 
							
								| 
								
								
								LAÇIN | 
								
								
								
								18.05.1992 | 
							 
							
								| 
								
								
								XOCAVƏND | 
								
								
								
								02.10.1992 | 
							 
							
								| 
								
								
								KƏLBƏCƏR | 
								
								
								
								04.04.1993 | 
							 
							
								| 
								
								
								AĞDƏRƏ | 
								
								
								
								07.07.1993 | 
							 
							
								| 
								
								
								AĞDAM | 
								
								
								
								23.07.1993 | 
							 
							
								| 
								
								
								CƏBRAYIL | 
								
								
								
								23.08.1993 | 
							 
							
								| 
								
								
								FİZULİ | 
								
								
								
								23.08.1993 | 
							 
							
								| 
								
								
								QUBADLI | 
								
								
								
								31.08.1993 | 
							 
							
								| 
								
								
								ZƏNGİLAN | 
								
								
								
								29.10.1993 | 
							 
						 
								 | 
							 
							
				|   | 
							 
							
| 
						  | 
							 
						 
 | 
							 
						 
						
							
| 
														
												
										 | 
							 
							 
						
										 | 
									 
								 
								 |