| 
								 
								Oktyabrın 1-də Azərbaycan Dillər Universitetində 
								1  və 2 saylı ingilis dili, alman və fransız 
								dili fakültələrinin  IV kurs tələbələrinin 
								pedaqoji təcrübəsinin başlanmasına  həsr olunmuş 
								konfrans keçirildi. Qeyd edildi ki, 2011-2012-ci 
								tədris ilində oktyabrın 1-dən noyabrın 5-dək ADU-nun 
								464 tələbəsi Bakının 26 məktəbində pedaqoji 
								təcrübə keçəcək. 
								
								Konfransda 1 saylı ingilis dili fakültəsinin 
								dekanı, professor Əfqan Abdullayev çıxış edərək 
								pedaqoji təcrübənin tələbələrin həyatında vacib 
								rol oynadığını bildirdi.  
								
								Daha sonra ADU-nun pedaqoji təcrübə rəhbəri 
								Bəxtiyar Həmzəyev  tələbələrin əvvəl olduqları 
								məktəblərdə təcrübə keçəcəklərini diqqətə 
								çatdırdı.  Onun sözlərinə görə, bəzi qruplarda 
								müəllimlərin bölgüsü dərs yükünə uyğun olaraq 
								aparılıb. Konfrans pedaqoji təcrübə rəhbərinin  
								təcrübəyə təhkim olunan müəllim və tələbələrin 
								siyahısını təqdim etməsi ilə yekunlaşdı.   
								
								
								
								Şakir CƏFƏROV  |