| 
								 
								 Ölkəmizin 
								bütün bölgələrində olduğu kimi, Masallı 
								rayonunda da təhsilə böyük qayğı yeni, yaraşıqlı, 
								müasir standartlara cavab verən məktəb 
								binalarının tikintisində özünü göstərir. 
								Masallıda son illərdə 32 təhsil ocağı  üçün  
								yeni bina tikilib, onlarca məktəb əsaslı təmir 
								olunub. 
								
								Təkcə bu dərs ilində Masallının 2 ucqar kəndində 
								- Hüseynhacılı və Yolağacda müasir məktəb 
								binalarının istifadəyə verilməsi, şahmat 
								məktəbinin əsaslı təmirdən sonra açılışı, eləcə 
								də 6 kənddə yeni təhsil ocağının bünövrəsinin 
								qoyulması  təhsilin  inkişafı sahəsində həyata 
								keçirilən tədbirlərdəndir. 
								
								Dövlət müstəqilliyimizin iyirminci ildönümü 
								ərəfəsində rayonun Hüseynhacılı kəndində yeni 
								dərs ili başlayan gün 180 şagird yerlik məktəb 
								binasının istifadəyə verilməsi  təhsil ocağının 
								pedaqoji kollektivinin, şagird və valideynlərin 
								sevincinə səbəb olmuşdur. Ətrafındakı 
								səliqə-sahmanı, asfaltlaşdırılmış həyəti ilə 
								diqqəti çəkən məktəb ikimərtəbəlidir. 
								
								Məktəbdə çalışan 23 müəllim və texniki işçi, 156 
								şagird builki yeni dərs ilini yeni məktəbdə 
								qarşıladı. Müasir tipli məktəb hər cür məktəb 
								ləvazimatı ilə təchiz olunub. Məktəbin pedaqoji 
								kollektivi və kənd ictimaiyyəti bu diqqət və 
								qaygıya görə ölkə başçısı İlham Əliyevə dərin 
								minnətdarlığını bildirir. 
								
								Yeni dərs ilində rayonun Yolağac kəndində 180 
								şagird yerlik yaraşıqlı sinif otaqları, geniş 
								dəhlizi, laboratoriyaları, kompüter, tibb otağı, 
								akt və idman zalı olan məktəbin istifadəyə 
								verilməsi də təhsil ocağının kollektivi, şagird 
								və valideynlər tərəfindən ölkə başçısına 
								minnətdarlıq hissi ilə qarşılanıb. 
								
								Eyni zamanda bu günlərdə Masallı rayonunda 
								şahmat məktəbinin yaradılmasının 25 illiyi 
								münasibətilə binanın əsaslı təmiri və 
								yenidənqurulması bu idman növünə qayğının yeni 
								təzahürü kimi qeyd edilməlidir. 
								
								Məktəbin birinci və ikinci mərtəbələrində yarış 
								zalı, məşğələ və monitor yerləşir. Otaqlar 
								şahmat dəstləri, stol, stul, kompüter, nümayiş 
								lövhələri ilə təchiz edilib. Üçüncü mərtəbədə 
								geniş və işıqlı yarış zalı böyük tədbirlər üçün 
								nəzərdə tutulub. Burada kompüter mərkəzi, 
								direktor və müşavirə otaqları vardır. 
								
								İnanırıq ki, Masallı şahmatçıları əvvəlki 
								ənənələri yaşadaraq dövlətin bu gözəl və 
								qiymətli hədiyyəsinə də yüksək nəticələrlə cavab 
								verəcəklər.  
								
								
								Ədalət DAŞDƏMİRLİ  |