| 
								 
								 Kiçikyaşlı 
								uşaqların sevimli jurnalı olan "Göyərçin"in  bu 
								günlərdə işıq üzü görmüş 9 və 10-cu nömrələri öz 
								nəfis tərtibatı və dərc olunmuş yazılarının 
								mövzusu və janr rəngarəngliyi ilə seçilir. 
								
								Jurnalın 9-cu nömrəsi "Dünyaya sülh gərəkdir" 
								şeiri ilə açılır. Sonrakı al-əlvan səhifələrdə 
								poeziya nümunəsi kimi verilmiş Ə.Quluzadənin, 
								R.Möhsümün və Q.İsabəylinin uşaq təfəkkürünü 
								canlandıran, vətən, ana, baba, təbiət haqqında 
								səmimi, ülvi və dəyərli duyğuları əks etdirən 
								şeirləri ideya-məzmun tutumu ilə maraqlıdır. 
								
								Dərginin bu nömrəsində İradə Aytelin "Eynəkli 
								günəş", Rafiq Yusifoğlunun "Rəngli aylar", Günel 
								Almazın "Payız", "Qorxaq kölgə", "Yuva", "Yağış" 
								adlı dərc edilmiş  kiçik hekayələri, müxtəlif 
								ölkələrin nağıllarından tərcümələr balaca 
								oxucuları düşündürən mövzuları  əhatə edir. 
								
								Jurnalın 10-cu nömrəsinin ikinci səhifəsi isə 
								R.Yusifoğlunun dövlət müstəqilliyi gününə həsr 
								olunmuş "Gözün aydın, Azərbaycan" şeiri ilə 
								başlayır. 
								
								Bu nömrədə də bir-birindən maraqlı şeirlər, 
								hekayələr, nağıllarla yanaşı, uşaq rəsmlərindən 
								nümunələr, şəkillər, balacaları təbriklər 
								nömrənin məzmununa xüsusi bir əlvanlıq gətirir. 
								
								 "Göyərçin"in 
								hər iki nömrəsində verilmiş yazılar, şəkillər 
								fidan balalarımızın saf dünyasını, şirin dilini, 
								onların sadə göründüyü qədər qeyri-adi 
								düşüncəsini formalaşdırmağa, zənginləşdirməyə 
								xidmət edir. Elə buna görə də jurnalın bu 
								nömrələri də, sübhəsiz, ömrümüzün bir parçası 
								olan uşaqlar tərəfindən sonsuz sevinc və maraqla 
								qarşılanacaq.  
								
								
								
								ƏDALƏT   | 
								  |