| 
				
				
				
				
				
				
		 | 
		
				
					
						
				
					
						| 
						  | 
						 
					
						| 
						
												 | 
						 
					
						
						
							
	
		| 
		 
		
		Bakı məktəblərində monitorinq keçirildi  | 
	 
	 
 | 
							 
							 
						 | 
						 
					
						| 
						
						 | 
						 
					
						
						
							
								| 
								 
								
								  Oktyabrın 
								20-də Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə 
								Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 
								paytaxtın Nərimanov rayonundakı orta ümumi 
								təhsil müəssisələrində şagirdlərin dərsə 
								davamiyyətinə dair monitorinq keçirildi. 
								Monitorinqdə Təhsil Nazirliyinin İctimaiyyətlə 
								əlaqə şöbəsinin müdiri Bayram Hüseynzadə, BŞTİ-nin 
								Mətbuat xidmətinin rəhbəri Zəminə Əliqızı və  
								KİV nümayəndələri iştirak edirdilər.  Mətbuat 
								işçilərinin seçimi əsasında Bakının 177, 47 və 
								258 nömrəli orta məktəblərində olan monitorinq 
								qrupunun araşdırmaları zamanı hər üç məktəbdə 
								həm yuxarı, həm də ibtidai sinif şagirdlərinin 
								davamiyyətinin 95 faizdən yüksək olduğu məlum 
								oldu. Monitorinq qrupu həmçinin məktəblərdə 
								tədrisin təşkili və digər məsələlərlə maraqlanıb, 
								jurnalistləri maraqlandıran suallar 
								cavablandırılıb. Monitorinq zamanı Təhsil 
								Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsinin 
								müdiri Bayram Hüseynzadə KİV nümayəndələrinə 
								açıqlamasında bildirdi ki, reydlər hər həftə 
								Bakının bir rayonunda keçiriləcək. 
								Monitorinqlərin keçirilməsinin bu ilin sonunadək 
								davam edəcəyini bildirən B.Hüseynzadə qeyd etdi 
								ki, reydlərin keçiriləcəyi haqqında müəssisə 
								rəhbərlərinə qabaqcadan heç bir xəbərdarlıq 
								olunmayıb. Bildirdi ki, bütün monitorinqlər 
								jurnalistlərin iştirakı ilə həyata keçiriləcək. 
								Reyd üçün seçiləcək məktəblər media 
								nümayəndələrinin istəklərinə uyğun 
								müəyyənləşdiriləcək. İbtidai sinif şagirdlərinin 
								çantalarının ağırlığı ilə bağlı məsələyə toxunan 
								B.Hüseynzadə kitab və iş dəftərlərinin çəkisinin 
								cəmi 2,5-3 kq olduğunu bildirdi. Uşaqlara kiçik 
								çantaların alınmasını və yüngül əşyaların 
								çantalara qoyulmasını valideynlərə tövsiyə etdi. 
								  
								
								
								
								Niyazi RƏHİMOV   | 
								  | 
							 
						 
						 | 
						 
					
						| 
						  | 
						 
					
						| 
						
						 | 
						 
					 
						 | 
						 
					 
								 | 
		
								
									
										
						
						
						
						
						
						
							
						
							
				|   | 
							 
							
				|   | 
							 
							
				| 
 
BİZ 
TORPAQLARIMIZA QAYIDACAĞIQ!  | 
							 
							
				
						
							
								| 
								
								
								XANKƏNDİ | 
								
								
								
								26.12.1991 | 
							 
							
								| 
								
								
								XOCALI | 
								
								
								
								26.02.1992 | 
							 
							
								| 
								
								
								ŞUŞA | 
								
								
								
								08.05.1992 | 
							 
							
								| 
								
								
								LAÇIN | 
								
								
								
								18.05.1992 | 
							 
							
								| 
								
								
								XOCAVƏND | 
								
								
								
								02.10.1992 | 
							 
							
								| 
								
								
								KƏLBƏCƏR | 
								
								
								
								04.04.1993 | 
							 
							
								| 
								
								
								AĞDƏRƏ | 
								
								
								
								07.07.1993 | 
							 
							
								| 
								
								
								AĞDAM | 
								
								
								
								23.07.1993 | 
							 
							
								| 
								
								
								CƏBRAYIL | 
								
								
								
								23.08.1993 | 
							 
							
								| 
								
								
								FİZULİ | 
								
								
								
								23.08.1993 | 
							 
							
								| 
								
								
								QUBADLI | 
								
								
								
								31.08.1993 | 
							 
							
								| 
								
								
								ZƏNGİLAN | 
								
								
								
								29.10.1993 | 
							 
						 
								 | 
							 
							
				|   | 
							 
							
| 
						  | 
							 
						 
 | 
							 
						 
						
							
| 
														
												
										 | 
							 
							 
						
										 | 
									 
								 
								 |