| 
								 
								
								Oktyabrın 19-da Azərbaycan Müəllimlər 
								İnstitutunda xalq yazıçısı Mirzə İbrahimovun 100 
								illik yubileyinə həsr olunmuş böyük konfrans 
								keçirildi. 
								
								
								Konfransı giriş sözü ilə institutun rektoru, 
								millət vəkili, professor A.Naxçıvanlı açaraq 
								bildirdi ki, görkəmli dövlət xadimi və 
								ədəbiyyatşünas Mirzə İbrahimov ictimai, bədii, 
								elmi fəaliyyətinin gənc nəslə tanıdılması, 
								əsərlərinin sevdirilməsi günün vacib 
								məsələlərindən biridir. 
								
								
								Professor A.Naxçıvanlı Mirzə İbrahimovun 
								yaradıcılığından, onun əsərlərinin bədii 
								siqlətindən, günümüzün reallığına cavab 
								verməsindən də danışdı. 
								
								
								Konfransdakı çıxışlarda M.İbrahimov alim, 
								yazıçı-dramaturq, ictimai xadim kimi 
								qiymətləndirildi. Professor Fikrət Xalıqov 
								"Mirzə İbrahimovun ədəbi dili haqqında" 
								çıxışında  yazıçı və onun bədii əsərlərinin 
								dili, yazıçının üslubu və s. dil məsələlərindən 
								dilçilik nöqteyi - nəzərindən danışdı. 
								
								
								Dosent Vaqif Qurbanov yazıçının elmi 
								fəaliyyətindən və natiqlik qüdrətindən söz açdı.
								 
								
								
								Professor tənqidçi Təyyar Salamoğlu "Mirzə 
								İbrahimovun "Böyük dayaq" romanında insana 
								humanist münasibət və milli xarakterin bədii 
								təcəssümü kontekstlərində" adlı çıxışında 
								sənətkarın bu əsərini təhlil etdi.  
								
								
								İnstitutun tələbələri İlkin Əsgərov, Türkan 
								Abdullayeva, Gülay Heydərova və Nərmin Rüstəmova 
								Mirzə İbrahimovun yaradıcılığından, dilimizin 
								qorunmasındakı rolundan danışdılar.   |