| 
								 
								
								 Bakıdakı 
								Azərbaycanın  Milli Qəhrəmanı Eldar Tağızadənin 
								adını daşıyan 164 nömrəli orta məktəbdə  hər  
								həftənin şənbə günü vətənpərvərlik mövzusunda  
								tədbir keçirilir. Oktyabrın 15-də  məktəbdə 
								Azərbaycan dili və ədəbiyyat müəllimləri  Həcər 
								Bəşirovanın və Təranə  Bağırovanın 
								təşkilatçılığı ilə Azərbaycanın dövlət 
								müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr 
								edilmiş ədəbi-bədii gecə keçirildi. Şagirdlərin 
								ifasında Dövlət himni səsləndirildi. Tədbirin 
								aparıcıları Nərmin və Aysel mərasimin   məqsəd 
								və məramından bəhs edərək, sözü məktəbin 
								direktoru Kəmalə Qədirovaya verdilər. K.Qədirova 
								mərasim iştirakçılarını əlamətdar gün 
								münasibətilə təbrik etdi.  Qeyd etdi  ki, əsası 
								ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan 
								təhsil islahatları  bu gün ölkəmizdə  uğurlu 
								nəticələrini verməkdədir. Təhsilin keyfiyyəti 
								artır, bu sahədə yeni, müasir baxışlar 
								formalaşır. Həyatımız gündən-günə  yeniləşir,  
								zamanın və şəraitin diqtəsi ilə  yeni modellər, 
								daha mükəmməl  konsepsiyalar  həyata vəsiqə alır. 
								Vurğulandı ki, dövlət müstəqilliyinə 
								qovuşduğumuz ötən illər ərzində  bütün 
								parametrlərdə, o cümlədən təhsil sahəsində  
								inkişaf və tərəqqi  göz qabağındadır.  Ümummilli 
								liderimiz Heydər Əliyevin  təhsilə göstərdiyi  
								diqqət və qayğı bu gün  ulu öndərin siyasi 
								kursunun layiqli davamçısı  möhtərəm 
								Prezidentimiz cənab İlham Əliyev tərəfindən   
								uğurla davam etdirilir. 
								
								
								Tədbirin sonunda  məktəbin  şagirdləri  Nərmin 
								və  Nigar  unudulmaz şairimiz M.Arazın  "Azərbaycan 
								dünyam mənim" şeirini söylədilər.  Jalə, Ləman, 
								Nübar, Simuzər, Mehin,  Vüsalə, Əli və  İsmayıl  
								müstəqillik gününə və vətənpərvərlik  mövzusuna  
								həsr olunmuş şeirlər, bayatılar  söyləyib, 
								mahnılar oxudular.  
								
								
								Sifai SƏFƏROVA   | 
								  |