| 
								 
								
								Bakıdakı 124 nömrəli məktəbdə dövlət 
								müstəqilliyimizin bərpasının 20 illiyi ilə 
								əlaqədar müəllim və şagirdlərin iştirakı ilə "dəyirmi 
								masa" keçirildi. Diskussiya şəklində keçən 
								tədbirdə müstəqillik gününün tarixinə nəzər 
								salındı, xalqımızın əldə etdiyi azadlıq və 
								müstəqilliyin necə  çətinliklər hesabına 
								qazanıldığı vurğulandı. Bir tarixi həqiqətə 
								xüsusi diqqət yetirildi: qazanılan azadlıq 
								qorunmazsa, onun iflası qaçılmazdır. 
								Müstəqilliyin təhlükə qarşısında qaldığı o 
								ziddiyyətli, qarmaqarışıq illərdən xalqımızı 
								xilas edən,  müstəqil Azərbaycanın qurucusu, 
								ümummilli lider, dahi öndər Heydər Əliyevin 
								misilsiz xidmətlərindən danışıldı. Şagirdlər, 
								sözün əsl mənasında, müstəqillik, azadlıq 
								məfhumlarının nəinki bütövlükdə bir xalqın, 
								həmçinin ayrılıqda hər bir insan  həyatının ən 
								vacib və ən dəyərli yaşam tərzi, qazandığı ən 
								böyük nailiyyət oduğu fikrinə gəldilər. 
								 
								
								
								Tədbirdə Xəzər rayon Ziyalılar Cəmiyyətinin 
								sədri, tarixçi-etnoqraf Təvəkkül Səlimov, Şağan 
								Mədəniyyət Evinin direktoru Tərlan Məlikov, 124  
								nömrəli məktəbin direktoru Sevda Abdullayeva, 
								məktəbin tarix müəllimi Zülfiyyə Niftaliyeva və 
								digərləri çıxış edərək, şagirdlərə öz dəyərli 
								tövsiyələrini verdilər.   
								
								
								
								Arizə MAHMUDOVA, 
								Bakıdakı 124 nömrəli məktəbin  
								təlim-tərbiyə işləri üzrə direktor müavini  | 
								  |