| 
				
				
				
				
				
				
		 | 
		
				
					
						
				
					
						| 
						  | 
						 
					
						| 
						
												 | 
						 
					
						
						
							
	
		| 
		 
		
		Xarici mətbuat səhifələrində  | 
	 
	 
 | 
							 
							 
						 | 
						 
					
						| 
						
						 | 
						 
					
						
						
							
								
								
									
										| 
										 
										
										İtaliyada UNO-lara dair mühazirələr 
										oxunur  | 
									 
									
										|   | 
									 
									
										| 
										 
										
										İtaliyada əsasən əlavə təhsil alan 
										yaşlılar üçün fəaliyyət göstərən Verona 
										Universitetində (Terza Eta e 
										dell'Educazione Permanente) cari dərs 
										ilində yeni kurs - başqa planetlərin 
										sakinlərinə həsr olunan  mühazirələr 
										başlayıb. Belə bir qeyri-adi kursun 
										tədris olunması barədə məlumatı 
										universitetin rektoru Corco Sarkelleti 
										təsdiqləyib. "Elmi nöqteyi -nəzərdən 
										onlar hardadır? Xarici sivilizasiyanın 
										izi ilə" adlı mühazirəni Kənd 
										Təsərrüfatı və Filologiya Elmləri 
										Akademiyasının prezidenti Qaleasso 
										Şaretta oxuyacaq. Universitetdə dərslər 
										oktyabr ayında başlayıb. Tədris 
										müəssisəsinin əməkdaşları qeyd edirlər 
										ki, təhsil ocağının fəaliyyətdə olduğu 
										30 il ərzində tələbələrin sayı 3 min 
										nəfəri keçib. Corriere della Sera 
										qəzetinin yazdığına görə, 
										universitetdəki mühazirələrə qadınlar 
										daha çox maraq göstərir. Bu il maraqla 
										qarşılanmış mühazirə   kurslarına 2 
										mindən artıq qadın dinləyici yazılıb.   | 
									 
									
										|   | 
									 
									
										| 
										 
										
										
										Türkiyə universitetlərinə maraq daha da 
										artır   
										
										
										Türkiyə təhsil məkanı kimi getdikcə 
										populyarlıq qazanmaqdadır. Məlumatlara 
										görə, son 5 il ərzində Türkiyədə ali 
										təhsil alan xarici tələbələrin sayı 50 
										faiz artıb. Bu barədə Student Selection 
										and Placement Center təşkilatının 
										hesabatında bildirilir. Hesabatdan məlum 
										olub ki, 2011-2012-ci dərs ilində 
										Türkiyə universitetlərində 147 ölkədən 
										25,5 min tələbə təhsil alır. 
										2006-2007-ci  illərdə isə onların sayı 
										16,4 min nəfər olub. Xarici tələbələrin 
										əsas hissəsi (3,5 min nəfər) 
										Azərbaycanın payına düşür. Şimali Kipr, 
										Türkmənistan, İran, Bolqarıstan, 
										Almaniya, Yunanıstandan olan tələbələrin 
										ümumi sayı  min nəfərdir. Hesabata görə, 
										xarici tələbələrin əksəriyyəti əsasən 
										Anadolu Universitetində (4 min nəfər) 
										oxuyur. Daha sonra İstanbul Universiteti 
										və Ankaradakı Orta Doğu Texnik  
										Universiteti gəlir.  
										   | 
									 
									
										|   | 
									 
									
										| 
										 
										
										
										Rusiyada uşaq bağçalarının problemləri 
										həll olunacaq   | 
									 
									
										|   | 
									 
									
										| 
										 
										
										 Rusiya 
										prezidenti Dmitri Medvedev Federasiya 
										Şurasına və hökumətə birlikdə uşaq 
										bağçalarının problemləri ilə ciddi 
										məşğul olmağı tapşırıb. Dövlət başçısı 
										şəhərətrafı iqamətgahında keçirdiyi 
										müşavirədə uşaq bağçalarında yer 
										çatışmazlığı probleminin ən ciddi 
										şəkildə həll olunması zəruriliyindən 
										danışıb. Onun sözlərinə görə, istər iri 
										şəhərlərdə, istərsə də kiçik yaşayış 
										məntəqələrində bu problem özünü 
										göstərməkdədir. Prezident bəyan edib ki, 
										yerlərdə insanlarla görüşlərində, ilk 
										növbədə, uşaq bağçaları ilə əlaqədar 
										olan problemlər barədə məsələ qaldırılır.  
										Bir sıra bələdiyyələr şikayətlənirlər ki, 
										yeni uşaq bağçalarının tikintisinə və 
										fəaliyyətdə olanların saxlanmasına və 
										təmir olunmasına pul çatışmır. Medvedevə 
										görə ayrılmış milyardlarla rubl vəsaitlə 
										bu problemi kökündən həll etmək mümkün 
										deyil.  
										
										
										   D.Medvedev bəyan edib ki, gələn il 
										uşaq bağçalarında və məktəbəqədər digər 
										müəssisələrdə əlavə yerlərin yaradılması 
										üçün dövlət büdcəsindən 1 milyard rubl 
										və 8 milyard rubla qədər büdcələrarası  
										kredit ayrılması nəzərdə tutulub. 
										 
										
										
										"9 milyard rubl az pul deyil, lakin 
										gələn il də problemi bu vəsaitlə  həll 
										etmək mümkün olmayacaq. Lakin bu vəsait 
										hesabına uşaq bağçalarında 1 milyon 
										əlavə yer yaradılması nəzərdə tutulub", 
										- deyə prezident bildirib. Məktəbəqədər 
										təhsil sistemində 600 min insanın 
										çalışdığını bəyan edən prezident bu 
										sahədə əməkhaqlarının az olduğunu da 
										etiraf edib.    | 
									 
									
										|   | 
									 
									
										| 
										 
										
										Böyuk Britaniyada gənclərin 20 faizi 
										məktəbləri əsas biliklərə yiyələnmədən 
										tərk edir   | 
									 
									
										|   | 
									 
									
										| 
										 
										
										Böyuk Britaniyada orta məktəbləri əsas 
										oxu-yazı vərdişlərinə yiyələnmədən tərk 
										edənlərin sayı artmaqdadır. Bu barədə 
										ölkədə aparılmış araşdırmalar deməyə 
										əsas verir. Məlumatlara görə, gənclərin 
										20 faizi məktəbləri əsas biliklərə 
										yiyələnmədən tərk edir. Məlum olub ki, 
										ötən əsrin 60-cı illərindən başlayaraq 
										bu sahədə vəziyyət dəyişməyib. 
										Ekspertlər hesab edir ki, bu, hər bir 
										konkret şagirddən və onun ailədə hansı 
										tərbiyə almasından asılıdır. 
										Mütəxəssislər qeyd edir ki, londonlu 
										məzunların əksəriyyətinin baza savadı 
										yoxdur.  
										
										
										Söhbət 3-4 ilini universitetlərdə 
										keçirmiş gənclərdən gedir. Belə məlum 
										olub ki, onların əksəriyyəti əslində 
										universitetə getməyiblər. Hazırda ölkədə 
										18-24 yaşlı 800 min  gənc işsizdir.    | 
									 
									
										|   | 
									 
									
										| 
										 
										
										Litvada universitetlər birləşir   | 
									 
									
										|   | 
									 
									
										| 
										 
										
										 Litva 
										hökuməti ölkənin bir sıra ali 
										məktəblərini optimallaşdırmaq və bəzi 
										universitetləri birləşdirməyi nəzərdə 
										tutub. Lakin hökumətin bu qərarı litvalı 
										tələbələr tərəfindən  etirazlarla 
										qarşılanıb. Vilnüs Universitetinin 
										humanitar fakültəsinin tələbələri qəbul 
										etdikləri qətnamədə bəyan ediblər ki, 
										hökumət bu planları ilə tələbələrin 
										Konstitusiyada təsbit olunmuş azad 
										surətdə ali məktəb seçmək hüququnu pozur. 
										Onlar universitetlərin zorakı yolla 
										birləşdirilməsinin yolverilməz olduğunu 
										qeyd ediblər.    | 
									 
									
										| 
										 
										
										Ukraynada gözdən əlil uşaqlar üçün 
										dərslik nəşr olunacaq   | 
									 
									
										|   | 
									 
									
										| 
										 
										
										Ukraynanın təhsil və elm, idman və 
										gənclər naziri Dmitri Tabaçnikin 
										sözlərinə görə, gələn ildən başlayaraq 
										görmə qabiliyyəti pozulmuş ən kiçik 
										məktəblilər üçün Brayl şriftli 
										dərsliklər nəşr  olunacaq. 
										
										
										Qeyd olunur ki, hazırda 120 minə yaxın 
										ukraynalı uşaq bu və ya digər formada 
										inklüziv təhsil alır. Nazir D.Tabaçnikin 
										sözlərinə görə, bu cür təhsil forması 
										xüsusi tələbatı olan uşaqlara təhsil 
										vermək imkanı yaradır.  Məlumata görə, 
										Brayl şriftli dərsliklər olduqca az 
										miqdarda nəşr olunacaq, çünki görmə 
										qabiliyyəti pozulmuş uşaqlar  üçün 
										dərsliklər çox bahadır.    | 
									 
									
										|   | 
									 
									
										| 
										 
										
										Qırğızıstanda təhsil dəyərləri 
										itməkdədir   | 
									 
									
										|   | 
									 
									
										| 
										 
										
										 Qırğızıstan 
										prezidenti Roza Otunbayeva ölkənin 
										təhsil sisteminin üzləşdiyi ciddi 
										problemlərə toxunub. Onun sözlərinə görə,  
										Qırğızıstanda təhsil dəyərləri 
										itməkdədir.  "Son vaxtlar bizim 
										cəmiyyətimizə xas olan ənənəvi yüksək 
										təhsil  dəyərlərinin itməkdə olduğu 
										müşahidə olunmaqdadır", - deyə prezident 
										bildirib. Dövlət başçısı bəyan edib ki, 
										cəmiyyətdə biliklərin qiymətdən 
										düşməsinin səbəbi ailədə, məktəbdə, 
										cəmiyyətdə əhvali-ruhiyyənin 
										dəyişməsində axtarılmalıdır. Onun 
										sözlərinə görə, bir sıra sosial-iqtisadi 
										problemlər üzündən uşaqlar erkən yaşdan 
										əmək fəaliyyəti ilə məşğul olmağa məcbur 
										olur, bu isə təhsilə olan istəyin 
										azalmasına gətirib çıxarır. Ölkənin 
										Milli Statistika Komitəsinin hesabatına 
										istinad edən prezident bildirib ki, 
										məktəblərə getməyən uşaq və 
										yeniyetmələrin sayı 30 mini keçib. Bu 
										faktı BMT-nin Uşaq Fondu da təsdiqləyir.  
										Kənd yerlərində məktəbə getməyən 
										uşaqların sayı iki dəfə çoxdur. "Biz  
										savadsız nəsillərin böyüməsini, savadsız 
										ölkə olmağı özümüzə  rəva görə bilmərik", 
										- deyə prezident bildirib.  
										
										
										 Qeyd edək ki, ölkənin cənubundakı 
										Batken və Oş vilayətlərində uşaqların 55 
										faizi müvafiq dərs vəsaitləri və geyim 
										olmadığı üçün məktəbə gedə bilmir. 
										Uşaqların 39 faizdən çoxu məktəbə 
										ümumiyyətlə getmir, 46 faizi yalnız 
										rüblükləri yekunlaşdırmaq üçün məktəbə 
										baş çəkir, 22 faizi isə ağır kənd 
										təsərrüfatı işlərinə cəlb olunub. 
										 
										
										
										Qırğızıstanın Təhsil Nazirliyinin 
										məlumatına görə, ölkədə müəllimlərin 70 
										faizinin pedaqoji təhsili yoxdur. 
										2010-cu ildə qırğız məktəbliləri PISA 
										beynəlxalq qiymətləndirmə reytinqində 
										sonuncu - 65-ci yeri tutublar.    | 
									 
								 
								
								
								 Xarici 
								mətbuat materialları əsasında hazırladı: 
								Oruc MUSTAFAYEV  | 
								  | 
							 
						 
						 | 
						 
					
						| 
						  | 
						 
					
						| 
						
						 | 
						 
					 
						 | 
						 
					 
								 | 
		
								
									
										
						
						
						
						
						
						
							
						
							
				|   | 
							 
							
				|   | 
							 
							
				| 
 
BİZ 
TORPAQLARIMIZA QAYIDACAĞIQ!  | 
							 
							
				
						
							
								| 
								
								
								XANKƏNDİ | 
								
								
								
								26.12.1991 | 
							 
							
								| 
								
								
								XOCALI | 
								
								
								
								26.02.1992 | 
							 
							
								| 
								
								
								ŞUŞA | 
								
								
								
								08.05.1992 | 
							 
							
								| 
								
								
								LAÇIN | 
								
								
								
								18.05.1992 | 
							 
							
								| 
								
								
								XOCAVƏND | 
								
								
								
								02.10.1992 | 
							 
							
								| 
								
								
								KƏLBƏCƏR | 
								
								
								
								04.04.1993 | 
							 
							
								| 
								
								
								AĞDƏRƏ | 
								
								
								
								07.07.1993 | 
							 
							
								| 
								
								
								AĞDAM | 
								
								
								
								23.07.1993 | 
							 
							
								| 
								
								
								CƏBRAYIL | 
								
								
								
								23.08.1993 | 
							 
							
								| 
								
								
								FİZULİ | 
								
								
								
								23.08.1993 | 
							 
							
								| 
								
								
								QUBADLI | 
								
								
								
								31.08.1993 | 
							 
							
								| 
								
								
								ZƏNGİLAN | 
								
								
								
								29.10.1993 | 
							 
						 
								 | 
							 
							
				|   | 
							 
							
| 
						  | 
							 
						 
 | 
							 
						 
						
							
| 
														
												
										 | 
							 
							 
						
										 | 
									 
								 
								 |