| 
								 
								
								"2008-2012-ci illərdə təhsil sisteminin 
								informasiyalaşdırılması Dövlət Proqramı" 
								çərçivəsində 26200 min təhsil işçisi təhsildə 
								İKT-nin tətbiqi üzrə müxtəlif  təlimlərdə 
								iştirak edəcəkdir. "Mədəd" təşkilatının icraçı 
								direktoru Vüsal Xanlarovun sözlərinə görə, İKT 
								üzrə savadlılığının artırılmasına yönəldilmiş 
								təlimlərə 2011-ci ilin sonuna kimi təhsil 
								sisteminin 21300 nəfər pedaqoji heyəti cəlb 
								olunacaq. Təlim kursları Ağcabədi, Ağdaş, 
								Ağstafa, Ağsu, Astara, Balakən, Bakı, Bərdə, 
								Beyləqan, Biləsuvar, Cəlilabad, Daşkəsən, Füzuli, 
								Gədəbəy, Goranboy, Göyçay, Göygöl, İmişli, 
								Kürdəmir, Lənkaran, Masallı, Mingəçevir, Lerik, 
								Qazax, Qəbələ, Quba, Qusar, Samux, Şamaxı, Şəki, 
								Şəmkir, Tərtər, Tovuz, Ucar, Xaçmaz, Yevlax, 
								Zaqatala, Zərdab rayonlarını əhatə edir. 
								Təlimlər təhsil sisteminin pedaqoji heyətinə 
								tədris prosesində informasiya-kommunikasiya 
								texnologiyalarından effektiv istifadə etməsi 
								üçün  Rİ-SOL "Müəllimlərin Peşəkarlıq 
								Səviyyəsinin Təkmilləşdirilməsi" və İntel "Gələcək 
								üçün Təhsil" təlim vəsaitləri əsasında keçirilir. 
								 
								
								
								Bu ilin sonuna kimi təhsil sisteminin 
								inzibati-idarəetmə heyətinin 3700 min nəfəri də 
								İKT üzrə təlimlərə cəlb ediləcəkdir. 
								İnzibati-idarəetmə heyəti üçün təlimlər Bakı, 
								Sumqayıt, Ağdam, Astara, Cəbrayıl, Daşkəsən, 
								Füzuli, Göyçay, Gədəbəy, Qobustan, Qubadlı, 
								Şəmkir, Şuşa və Xocalı məktəblərini əhatə edir. 
								
								
								Bundan əlavə, "1 şagird-1 kompüter" layihəsi 
								üzrə 300 müəllim, "Həmkara dəstək" layihəsi üzrə 
								300 müəllim, "Fənlər üzrə elektron təhsil 
								resurslarının hazırlanması" layihəsi  üzrə 350 
								nəfər, Azərbaycan Respublikası Təhsil Nazirliyi 
								tərəfindən seçilmiş pilot məktəblərinin pedaqoji 
								heyətinin təhsil portalından istifadə üzrə 250 
								müəllim də xüsusi təlim keçəcəkdir.   | 
								  |