| 
								 
								
								Mingəçevir Şəhər İcra Hakimiyyəti və Azərbaycan 
								Müəllimlər İnstitutunun Mingəçevir filialının 
								birgə təşkilatçılığı ilə Azərbaycanın dövlət 
								müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr 
								edilmiş "Elmimiz və təhsilimiz 20 ildə" adlı 
								elmi-nəzəri konfrans keçirilmişdir. 
								
								
								Konfransda AMİ-nin Mingəçevir filialının, 
								Mingəçevir Politexnik İnstitutunun və Mingəçevir 
								Turizm Kollecinin professor- müəllim heyəti, elm 
								adamları və şəhər ictimaiyyəti nümayəndələri 
								iştirak edirdilər. 
								
								
								Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər 
								Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül- 
								çiçək dəstələri qoydular. 
								
								
								Konfransı giriş sözü ilə AMİ-nin Mingəçevir 
								filialının direktoru, fizika-riyaziyyat elmləri 
								doktoru, professor Orucəli Rzayev açaraq 
								müstəqilliyimizin töhfəsi olan AMİ-nin 
								Mingəçevir filialı və onun son illərdəki 
								uğurları haqqında məlumat verdi. Regionun 
								qabaqcıl ali təhsil müəssisələrindən sayılan 
								AMİ-nin Mingəçevir filialında bu gün Riyaziyyat 
								və informatika, Riyaziyyat və fizika, İbtidai 
								sinif müəllimliyi, İngilis dili, Azərbaycan dili 
								və ədəbiyyat ixtisasları üzrə 600-dən artıq 
								tələbənin təhsil aldığı və tələbələrin elmlərin 
								sirlərinə səylə yiyələndiyi qeyd edildi. 
								
								
								Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 
								birinci müavini, siyasi elmlər üzrə fəlsəfə 
								doktoru İlham İsmayılov "Azərbaycan elmi və 
								təhsili 20 ildə" adlı məruzə ilə çıxış etdi. 
								
								
								Sonra konfrans öz  işini bölmələrdə davam 
								etdirdi. 
								
								
								İctimai, humanitar, texniki və təbiət elmləri 
								bölmələrində ümumilikdə 61 məruzə dinlənildi. 
								
								
								Filialın akt zalında keçirilən bağlanış 
								mərasimində çıxış edən professor Orucəli Rzayev 
								konfransın əhəmiyyətindən danışıb, burada 
								aparılan qarşılıqlı fikir mübadilələrinin 
								regionun ali məktəblərində çalışan professor- 
								müəllim heyəti və tələbələr üçün faydalı 
								olduğunu vurğulayıb. 
								
								
								Sonra bölmə rəhbərləri öz hesabatlarını təqdim 
								etdilər. Onlar bölmələrdə müzakirə olunan 
								məsələlərin səmərəliliyini daha da artırmaq üçün 
								rəy və təkliflərini bildirib, bu kimi 
								konfransların mütəmadi keçirilməsinin 
								məqsədəmüvafiq olduğunu qeyd etdilər. 
								
								
								Sonda konfrans iştirakçıları AMİ-nin Mingəçevir 
								filialının Kompüter mərkəzi, laboratoriya və 
								kabinetləri ilə tanış oldular.  
								
								
								
								Rahilə HƏSƏNOVA, 
								AMİ-nin Mingəçevir  filialının pedaqoji  
								fakültəsinin dekan müavini  |