| 
								 
								
								Oktyabrın 12-də Bakıdakı 229 nömrəli orta 
								məktəbdə dövlət müstəqilliyinin  bərpasının 20 
								illiyi ilə əlaqədar "açıq dərslər" keçirildi.  
								Məktəbin direktoru Fəridə Bağırova  qonaqları 
								salamlayaraq  keçirilən tədbirin əhəmiyyəti 
								haqqında  məlumat verdi.  Qonaqlar məktəbin  
								təlim-tərbiyə işləri ilə yaxından tanış olduqdan 
								sonra II "b" sinfində Laləzər Hüseynovanın ana 
								dili, IV "a"sinfində Sücaət Musayevanın  ana 
								dili, VI "b" sinfində Yeganə Ağayevanın 
								riyaziyyat, X "b" sinfində  Gülnarə Ağayevanın 
								ədəbiyyat və X "b" sinfində Şəhla Qarayevanın 
								ingilis dili dərslərində iştirak etdilər. Sonra 
								"dəyirmi  masa" arxasında dinlənən dərslər 
								ətraflı  təhlil  olundu. 
								
								
								"Açıq dərs"lərdə iştirak edən Bakı Şəhəri üzrə 
								Təhsil İdarəsi Metodmərkəzinin  metodistləri 
								Aidə Quliyeva,   Fəridə Mürsəlova  və başqaları  
								bildirdilər ki,  bu dərslər Milli Kurikulumun 
								tələb etldiyi standartlar əsasında yüksək 
								səviyyədə keçdi. Müəllimlər dərsdə əyani 
								vəsaitdən və digər vasitələrdən  səmərəli  
								istifadə etdilər və  fənlərarası inteqrasiya   
								yaratdılar. 
								
								
								Nizami Rayon İcra Hakimiyyəti başçısının 
								humanitar məsələlər üzrə müavini Gülnaz 
								İsrafilova, Bakıdakı 238 nömrəli orta məktəbin 
								direktoru  İlqar Talıbov, 32  nömrəli orta 
								məktəbin direktoru Sevda Abdullayeva və digər 
								qonaqlar da  dinlənən dərslər barədə öz 
								fikirlərini dedilər və müəllimlərin işlərindən 
								çox razı qaldıqlarını bildirdilər.  
								
								
								Şakir CƏFƏROV  |